“azercell” ölkədə ilk dəfə
olaraq SMS filtrasiyası
tətbiq edir
Mobil rabitə xidmətlərindən istifadə zama-
nı abunəçiləri çox vaxt narahat edən hallardan biri
nömrələrinə çoxlu sayda reklam xarakterli SMS-lərin
gəlməsidir. Daim öz abunəçilərinin qayğısına qalan
Azərbaycanın lider mobil operatoru “Azercell Tele-
kom” ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi
SMS filtrasiyası imkanını tətbiq edir. SMS filtrini tətbiq
etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-
lərinin qarşısını almaq mümkündür. Abunəçi SMS
filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər.
Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və
yaxud boş SMS göndərməklə arzuolunmaz reklam
mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər.
Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin
balansından heç bir məbləğ çıxılmır.
Hər zaman öz abunəçilərini məmnun etməyi
düşünən “Azercell” şirkəti bundan sonra da
müştərilərinin mobil rabitə xidmətlərindən daha
rahat və sərbəst istifadəsi üçün şərait yaratmaqda
davam edəcəkdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünva-
nına müraciət edə bilərsiniz.
Dostları ilə paylaş: |