R b a y c a n X z r d n z g m


qədim və müasir memarlıq abidələrini



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə52/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   47   48   49   50   51   52   53   54   55
qədim və müasir memarlıq abidələrini 

əhatə edən valehedici trek

Beynəlxalq Avtomobil Federasiyası tərə-

findən yüksək qiymətləndirilən Bakı trekinin 

layihəsi  almaniyalı  memar  Herman  Tilkeyə 

məxsusdur.  Yarışın  keçirildiyi  Bakı  şəhər 

halqası  ilə  bağlı  üç  variantın  hazırlandığı-

nı  vurğulayan  Herman  Tilke:  “Hazırkı  treki 

seçməyimizin  səbəbi  Bakının  tarixi,  müasir 

görünüşünü  dünyaya  çatdırmaqdır.  Müəllifi 

olduğum  bütün  treklər  mənim  üçün  əzizdir. 

Ancaq Bakı şəhər halqası hazırda onların ara-

sında mənə ən doğma olanıdır”. 

Həqiqətən  də  İçərişəhərin  qala  divar-

ları  ətrafında  tam  yeni  bir  macəranın  eniş-

li-yoxuşlu dar keçidləri ilə yanaşı, sahilboyu 

müasir göydələnlərə və Xəzər dənizinə ecaz-

kar  mənzərənin  açıldığı  geniş  sürət  zolağını 

özündə birləşdirən Bakı şəhər halqasında bo-

lidləri ilə şütüməyi pilotlar özləri də səbirsiz-

liklə gözlədiklərini bildirirdilər. Ona görə ki, 

Melburn, Monako və Sinqapur kimi, Bakı da 

şəhər trasına ev sahibliyi edirdi. Belə ki, Ba-

kıda keçirilən yarış zamanı avtomobillər də-

nizkənarı bulvar boyunca hərəkət edir, şəhə-

rin  ən  qədim  hissəsi  olan  və  UNESCO-nun 

dünya  irsi  siyahısına  daxil  edilən  İçərişəhər 

Tarix-Memarlıq  Qoruğunun  ətrafında  dövrə 

vururdular. Beləliklə, yarışı izləyən televiziya 

tamaşaçıları və qonaqlar şəhərin tam simasını 

görmək imkanı qazanırdılar.

Müxtəlif çətinlikli 20 döngəsi, dar keçid-

ləri və ən maraqlısı sahil boyunca saatda 340 

kilometr sürətlə hərəkət etmək imkanı verən 

2,2  kilometr  uzunluğunda  olan  hissə  Bakı 

şəhər  halqasını  cari  Formula-1  təqvimində 

ən sürətli şəhər treki olmasına imkan verirdi. 

Qran-pridə  orta  sürət  210,  maksimum  sürət 

isə saatda 340 kilometr nəzərdə tutulsa da, ya-

rışda ən yüksək sürət də məhz elə bu hissədə 

saatda 364 kilometr olaraq qeydə alındı.




Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin