BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə38/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   34   35   36   37   38   39   40   41   ...   542
Məhəmmədqızı A., Bərdəli Ş. 

 “Bərdə” – B: 2004 




 

102

 

SƏDULLAH  BƏRDƏİ 

 

Bərdədə aparılan arxeoloji işlərin nəticəsi sübut edir ki, Hülakilər 

dövründə (1256-1357) şəhərin üç əsrlik tənəzzülündən sonra yenidən 

tərəqqi etməsi dövrü başlanır. Təbii ki, belə yüksəliş şəhərdə sənət və sə-

nətkarlıq, incəsənət və mədəniyyətlə yanaşı, elm və tədrisəmeylli adamla-

rın da yetişməsinə səbəb olmuşdur.  

Bu zaman Bərdə  şəhərində müxtəlif janrlarda yazan şairlər, gör-

kəmli dilçilər, bilikli hüquqşünaslar da yetişmişlər. Həmin dövrdə yaşayıb 

yaratmış alim, şair, dilçi, özünəməxsus dəsti-xəttə malik, təmiz yaradıcı-

lıq təfəkkürü olan sənətkarlardan biri də Sadəddin Sədullah Bərdəi olmuş-

dur. 

Bu görkəmli alim təqribən XVI əsrin ikinci yarısında Bərdədə 



anadan olmuşdur. Sədullah özünün yay istirahətini doğma Kəpki adlı gö-

zəl yaylaqlarda keçirərdi. Azərbaycan EA Respublika Əlyazmaları İnsti-

tutunda onun həmin yaylaqlara yazmış olduğu çoxlu şeirləri saxlanılır. 

Ərəb dilində yazılmış bu şeirlər Sədullahın öz dövrünün dərin bilikli və 

həssas poetik təbə malik şair olmasına dəlalət edir. XIV – XV əsrlərin 

qüdrətli  şairlər dəstəsinə daxil olan Sədullah öz şeirlərində yaşadığı di-

yarın gözəlliklərini, saf və ülvi məhəbbətini, zamanın haqsızlıqlarını, özü-

nün keçirdiyi təlaş, iztirab və  kədəri həssaslıqla tərənnüm etmişdir.  Şair 

özünün “Hədaiq – dəqaiq” adlı əsərində bayatı da yazmışdır. 

Həmin bayatılar eşq, məhəbbət, sədaqət, dostluq, vətənə sevgi, 

gəncliyin tərbiyəsi kimi son dərəcə nəcib mənəvi-sosial problemlərə həsr 

edilmişdir. Bu bayatıların  əksəriyyəti altılıq üslubu ilə tamamlanmışdır. 

Burada birinci qoşa misra dövrün ictimai haqsızlığı  və  bərabərsizliyinə, 

ikinci azad sevgi, saf məhəbbət, sevmək və sevilmək kimi arzuya, üçüncü 

sətir qoşası isə etibarsız, namərd, səbatsız adamların ifşasına və bəzən də 

tərbiyəvi mövzuya həsr edilmişdir. Həmin bayatılardan bir neçəsini oxu-

culara təqdim etmək yəqin ki, maraqlı olardı: 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin