130
BAXŞƏLİYEV BAXŞƏLİ
HƏSƏN OĞLU
Baxşəli Həsən oğlu Baxşəliyev keçən
əsrin 70-80-ci illərində xalqımızın ümum-
milli lideri Heydər Əliyevin rəhbərliyi ilə
Respublikamızda vüsət alan əzəmətli qurucu-
luq işlərinin fəal iştirakçısı olmuş, böyük
öndərimizin Azərbaycanın sosial-iqtisadi
tərəqqisi və çiçəklənməsi naminə qarşıya
qoyduğu bütün vəzifələri öz fəaliyyəti sahəsində şərəf və ləyaqətlə yerinə
yetirmişdir. O, mənalı həyat yolu keçmiş, ömrünün son 18 ilini isə Azər-
baycan SSR-in Maliyyə naziri vəzifəsində xalqına və vətəninə sədaqətlə
xidmət etmişdir.
B.H.Baxşəliyev 1920-ci il avqust ayının 20-də Bərdə şəhərində
doğulmuşdur. Əmək fəaliyyətinə 1937-ci ildə başlayan B.H.Baxşəliyev,
1940-cı ildən Bərdə rayon maliyyə şöbəsində baş inspektor, baş mühasib,
nəzarətçi-müfəttiş vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan
SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə
keçirilmişdir. Sonra Nəzarət-təftiş İdarəsinin şöbə rəisi, Azərbaycan SSR
Dövlət Sığorta Baş İdarəsinin rəisi olmuş, 1968-ci ildə isə Azərbaycan
SSR Maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. 1970-ci
ildən 1987-ci ilədək Respublikanın Maliyyə naziri olmuşdur. Təcrübəli
maliyyə işçisi, yüksək ixtisaslı mütəxəssis B.H.Baxşəliyev Respublikanın
Maliyyə naziri olaraq özünü bacarıqlı rəhbər, təşəbbüskar dövlət adamı,
qabiliyyətli təşkilatçı kimi göstərmişdir. İşlədiyi həmin məsul vəzifədə o,
büdcə və maliyyə sisteminin təkmilləşdirilməsi, maliyyə intizamının möh-
kəmləndirilməsi işinə və bütövlükdə respublikamızın sosial-iqtisadi inki-
şafına böyük töhfələr vermişdir. Onun hərtərəfli biliyi və yorulmaz fəaliy-
yəti sayəsində respublikamızda maliyyə, kredit və sığorta sistemi xeyli in-
kişaf etdirilmiş, SSRİ miqyasında aparıcı mövqe tutmuşdur, Maliyyə Na-
zirliyi isə dəfələrlə keçici Qırmızı Bayraq almış və Sosialist Yarışmasının
qalibi elan edilmişdir. Respublikada yüksək ixtisaslı maliyyəçi kadrların
hazırlanması sahəsində də B.H.Baxşəliyevin əvəzsiz rolu və böyük zəh-
məti olmuşdur.
131
B.H.Baxşəliyev respublikanın ictimai-siyasi həyatında da fəal işti-
rak etmiş, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Respublika zəhmətkeşləri arasında xalq elçisi kimi böyük nüfuz qazan-
mışdır. Onun uzunmüddətli məhsuldar fəaliyyəti ölkənin yüksək mükafat-
ları ilə – 2 “Qırmızı Əmək Bayrağı” ordeni, “Xalqlar Dostluğu”, “Şərəf
Nişanı” ordenləri və SSRİ medalları ilə qeyd edilmişdir. Ona həmçinin
“Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı verilmişdir.
Dostları ilə paylaş: |