14 avqust 1994-cü il saat 22.35 Bu gün gizir Həsənov ön mövqedə növbədədir. Kiçik leytenant
Yadigar Ağayev qazmada mənim yanımdadır. O, 2-ci tağımın
komandiridir. Kürdəmirdə anadan olub. 1992-ci ildən orduda xidmətə
başlayıb. Bacarıqlı oğlandır, Ağdam və Tərtər bölgələrində gedən
döyüşlərdə iştirak edib. Bir ay olar ki, başqa hərbi hissədən bizim bölüyə
göndərilib. Bəzən tariximizdən, məşhur adamlardan maraqlı əhvalatlar
danışır.
Mənim uçaqlıq dostlarımdan biri olan Şirinov Süleyman
Məhəmməd oğlu da mənim bölüyümdə xidmət edir. Onu bir ay əvvəl
başqa əsgərlərlə birlikdə bizim tabora göndəriblər. Mən tabor
komandirindən xahiş edərək onu öz bölüyümün şəxsi heyətinə daxil
etdim. Boş vaxtımızda Süleymanla oturub uşaqlıq xatirələrindən danışır,
kəndimizin gözəl yerlərini, sərin bulaqlarını, meşələrini xatırladırıq bir-
birimizə...
Radioda atəşin kəsilməsini qeyri-müəyyən vaxtadək uzadıldığını
deyirlər. Danışıqlar baş tutsa ermənilər tezliklə işğal etdikləri ərazılərdən
çıxmalıdırlar...