18 avqust 1994-cü il saat 21.18 Artıq üç aydır ki, ermənilərlə atəşin kəsilməsinə riayət edilir. Bu
gün bölüyün müşahidəçiləri düşmən tərəfdə hərəkət aktivliyi xəbərini
verdilər. Özüm səngərdə xeyli müşahidə apardım və hər ehtimala qarşı
bölüyü döyüş hazırlığı vəziyyətinə gətirdim, silah-sursatımızı bir daha
yoxladım. Axşamüstü məlum oldu ki, ermənilər növbəni dəyişirlər.
Ötən gecə oğlanlarım Ayazla Namiqi yuxuda görmüşəm...
Bir neçə gündür ki, ön səngərlərlə əlaqə yollarının qazılması ilə
məşğuluq. Əvvəlcə iki ekskvator gətirdim, ikisi də qırıldı. Indi məcbur
olub əl ilə qazırıq. Əsgərlər istidə əziyyət çəkirlər. Əsasən axşam və
səhərin sərinliyində işləyirik. Kiçik leytenant Yadigar beş günlük
məzuniyyətə, getdi. Qurbanı ön mövqeyə növbəyə göndərdim, gizir
Əlövsət iki əsgərlə kəndə soğan gətirməyə gedib.
289
Əsgər Süleyman Şirinov tərxis olunması barədə sənədləri (hərbi
xidmətə yararsız olması barədə) gətirib tabor qərərgahına verib.
Bundan başqa biz zabit və gizirlər bir ay qabaq mina