24 avqust 1994-cü il saat 22.00 Bu gün qazmaların tikilməsi ilə məşğul olduq. Əsgərlərin
müxtəlif döyüş əşyalarına baxış keçirdim. Çatışmayan dəbilqələrin
gətirilməsini təşkil etdim. Tağım komandirlərinə bir sıra tapşırıqlar
verdim. Gizir Bəxtiyarov növbədədir. Dünən gecə 3-cü taborda xidmət
edən döyüş yoldaşım leytenant Zahid Hüseynov mənimlə görüşməyə
gəlmişdi. Bir az söhbət etdik. Yemək hazırladıq, yeyib içdik. Gecə saat 2-
də Zahid getmək istədi, amma yük maşını işə düşmədi. Yaxınlıqdakı
tankçıları köməyə çağırdıq və maşını tanka qoşaraq işə saldıq.
Yadigar Bakıdan qayıdıbdı. Mənə bir dəst hərbi paltar alıb
gətirib.