77
Müharibədə ölüm-itim çox ola bilər. Silahsız əhalinin öldürülməsi
isə soyqırımıdır. Soyqırımından da təhlükəli olan Ģey –
həmin soyqırımı unutmaqdır. M ü ə l l i f
Ağdaban faciəsi
Kəlbəcər Batalyonu bölgənin həm Ermənistanla, həm də Dağlıq
Qarabağla olan çox uzun sərhədini qorumaqda davam edirdi. Bu qədər
böyük ərazinin müdafiəsini təşkil etmək-bir batalyon üçün çox çətin idi.
Həm canlı qüvvə, həm də hərbi texnika çatışmırdı. Sərhəd kəndlərinin
hərəsində bir tağım yerləşdirmidik. Bölük və tağımlar arasında əlaqə
demək olar ki yox idi. 12 ədəd sərhəd məntəqəsində yerləşdirilmiş bölük
və tağımlar bir-birləri ilə şəhər telefonları ilə əlaqə saxlayırdılar.
1992-ci il fevralın sonu və martın əvvəllərində Kəlbəcərdə xalq
cəbhəsi üzvlərindən ibarət ikinci bir batalyon yaradılmışdı. Həmin
batalyona İlham Həsənov komandirlik edirdi. Bu batalyonda heç bir
qayda-qanun və nizam-intizam yox idi. Onlar Müdafiə Nazirliyi
tərəfindən bizim btalyona ayrılmış avtomat silahlarla silahlanaraq
müstəqil fəaliyyət göstərirdilər. Bütün bunlara baxmayaraq biz
Kəlbəcərin müdafiəsində onlardan da istifadə etməyi lazım bilirdik.
Çünki bizim batalyonun qüvvələri 100 kilometrdən çox ərazinin
müdafiəsində durmaq üçün azlıq edirdi. Bakıdan gəlmiş 60 nəfərlik dəstə
isə çoxdan geriyə-Bakıya çağırılmışdı.
Mart ayının sonu idi. Xalq cəbhəsi batalyonunun komandiri
İlham Həsənov bizə müraciət edərək, Ağdaban, Söyüdlü, Mərcimək və
Çərəkdar mövqelərinin onlara təhvil verilməsini xahiş etdi. Çünki
Kəlbəcərin sərhəddi çox uzun olduğuna görə bizim batalyonun şəxsi
heyəti və silahımız bəs etmirdi ki, bütün ərazini qoruya bilək. Komandir,
qərərgah rəisi və mən məsləhətləşərək onların təklifi ilə razılaşdıq.
Beləliklə Söyüdlüdəki Qaraqaya, Ağdaban, Çərəkdar və Mərcimək
mövqelərini xalq cəbhəsi batalyonuna təhvil verdik. Bununla da biz
əsasən Ermənistanla sərhəd olan mövqelərimizi möhkəmləndirdik.
Ağdaban, Çərəkdar və Mərcimək kəndlərində olan bizim batalyonun
əsgərlərini hər ehtimala qarşı, elə həmin kəndlərdə ehtiyatda saxladıq.
Aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər rus ordusunun
qüvvələri ilə birlikdə Ağdabana hücum etdilər. Onlar əvvəlcədən
kəşfiyyat apararaq Ağdaban yüksəkliyində xalq cəbhəsi batalyonu
döyüşçülərinin keşikdə olmadığını yəqin etmiş və kəndi mühasirəyə
almışdılar. Səhər açılanda isə kəndi gülləboran etmişlər. Bu xəbəri
eşidəndə əvvəlcə inanmadıq. Çünki demək olar ki, hər gün bizə belə
zənglər edilir, yalan məlumatlar gəlirdi. Biz məlumatı dəqiqləşdirdikdən
sonra dərhal silahlandıq və maşınlara minərək Ağdabana yola düşdük.
78
DöyüĢ zamanı qaçmaq axmaqlıqdır. Gülləyə fərqi yoxdur
harana dəyəcək - sinənə yoxsa kürəyinə. D. A n d r a Ģ i
Kəndə yaxınlaşmaq mümkün deyildi. Kənd alovlar içərisində idi. Kəndin
aşağı tərəfindən köməyə gəlmiş maşın atəşə tutulmuş və 9 nəfər şəhid
olmuşdu. Ona gərə də biz kəndə Çayqovuşan tərəfdən girməyin mümkün
olmadığını bilərək, Bağırlı kəndi tərəfdən irəliləməyi lazım bildik. Bir
neçə əlverişli yüksəkliyə çıxdıq və erməniləri atəşə tutduq. Ermənilərin
kəndi tərk etmək fikri yox idi, onlar evləri, Mal-qaranı, maşınları qarət
edib daşımaqla məşğul idilər. Bizim atəşimizlə düşmən çaş-baş qalaraq,
yeni mövqelər tutmağa çalışdı. Lakin qarətlə məşğul olduqlarından bizə
müqavimət göstərə bilmədilər və itki verərək kəndi tərk etməyə
başladılar. Bu döyüşdə leytenant H.Abbaovun komandanlığı ilə
yüksəkliklərin birinə çıxarılan “Qrad” qurğusunun atəşi isə daha səmərəli
oldu. Hücum əmri ilə yüksəklik və qayalıqlardan yavaş-yavaş enərək
kəndə yaxınlaşırdıq. Ağdabana yaxınlaşdıqda kəndin tamamilə
yandrıldığını və evlərin hələ də tüstüləndiyini gördük. Artıq saat 3 olardı.
Biz kəndə daxil olanda ermənilərin törətdikləri vəhşilikləri görüb dəhşətə
gəldik. Ermənilər gecə kəndi mühasirəyə almış, hətta kəndə gələn yeganə
yolu nəzarətə götürmüşdülər. Ağdabanlıların köməyinə gələn 9 nəfərlik
dəstə elə kəndin girəcəyində gülləboran edilmişdi. Cəmi 32 nəfər kənd
sakini öldürülmüş, beş nəfər əsir aparılmışdı. Ermənilər qocalara,
qadınlara, uşaqlara aman verməmiş, hətta səkkiz yaşlı qız uşağını yabaya
sancmışdılar. Kəndin silahlı gəncləri öz atəşləri ilə əhalinin əksəriyyətinin
Bağırlı kəndi istiqamətində mühasirədən çıxıb qaçmalarına kömək
etmişdilər. Ağdabanın müdafiəsində qəhrəmanlıq göstərən Mahmud kişi
(kənddə ona “Mamoy” deyirdilər) Aşıq Şəmşirin qəbrini özünə səngər
seçərək, kənd əhalisinin əksəriyyətinin düşmən əlinə keçməsinin qarşısını
almışdı. O özünün beşaçılan tüfəngi ilə erməniləri yaxına buraxmamış və
bir neçə erməni başkəsənini sərrast atəşlə öldürmüş, bir addım da geriyə
çəkilməmişdir. Ermənilərin və rusların birləşmiş 500 nəfərədək bir
ordusu ilə təkbətək döyüşən Mahmud kişi bir saatadək onları yaxına
buraxmamışdır. Məkrli düşmən onu mühasirəyə almış və arxadan həmlə
etmişlər. Mahmud kişi qəhrəmancasına döyüşərək şəhid olmuşdu. Bu
qeyri-bərabər döyüşdə Ağdabanlı gənclərdən də bir neçəsi erməni və rus
işğalçılarına qarşı tək-tək orda-burda döyüşsələr də düşmən hücumlarının
qarşısını ala bilməmişlər. Kəndi ələ keçirən ermənilər bütün evləri qarət
etmiş, əhalinin mal-qarasını, avtomobillərini aparmış və evləri
yandırmışdılar. Həmin gün Aşıq Şəmşirin evi və əlyazmaları da
79
Əvvəlcədən düĢünərək, dərk edərək torpaq və
vətən uğrunda özünü fəda etmək-qəhrəmanlıqdan üstündür.
M ü ə l l i f
yandırılmışdı. Ermənilərin Ağdaban kəndində törətdikləri bu vəhşiliklər
nəinki cinayət idi, bu həm də xalqımıza qarşı növbəti
soyqırımı idi.
Ermənilərin növbəti hücumunun qarşısını almaq üçün
həmin gecə
biz Ağdaban kəndinin bütün yüksəkliklərində öz əsgərlərimizi
mövqelərdə yerləşdirdik. Onlara həmin gecə əlavə silah-sursat və ərzaq
gətirdim, gecə olsa da bütün mövqeləri gəzdim, komandir və əsgərlərə
lazımi tövsiyələr verdim, səhərədək onların yanında qaldım.
Kəlbəcər batalyonunun ilk əsgərləri - ĠSTĠSU-1992-ci il