Qalib gəlmək arzusu-qələbənin ehtiyat mənbəyidir.
D. U r b a n i
təhlələri ehtiyat edərək gəlməmişdilər. İndi boş qalmış həmin yurd
yerıəri-arxac yerləri qaralırdı. Gəlinqaya, Qaraarxac, Gülü düzü, Xanım
dərəsi, Sarıyer, Alagöllər, Sərçəlidağ, Qırmızıdağ, Keyti-Mehdi və digər
yurd yerləri boş qalmışdı. Başından qonaq-qarası əskik olmayan Ceyran
bulağı, Küpə bulaq, Ağbulaq, Sarıbulaq, Yüzbulaq, Məftilli bulaq da elə
bil bu təklikdən bezmişdi. Elə bil ki, at belində gəlin aparan, qara
zurnanın səsinə yallı gedən, cıdıra çıxan, çövkan və çomaq oynadan
təhlə-tərəkəmə dəliqanlıları çoxdan unudublar Sarıyeri...
Ətrafda dağların quzey yamaclarında hələ əriməmiş qar qalmışdı.
Çobanlar tez-tez bizə ət göndərirdi. Çörək və digər ərzaqları isə
batalyondan gətirirdik. Bərdə təhlələrindən Əlizamin, Fərəc, Fərzalı və
başqaları, həmçinin Zar kəndindən İsmayıl kişi, Mürvət, Ellaz kişi və
başqaları da Sarıbulağın yaxınlığında çadır qurmuşdular. Onlar çox vaxt
bizim yanımıza gəlir, çatışmamazlıqlarla maraqlanır, söhbət edir, maşın
olmayanda öz atlarını əsgərlərə verir ki, gedib İstisudan çörək gətirsinlər.
Odun qurtaran kimi leytenant Z.Tağıyevlə iki-üç əsgəri maşınla meşəyə
göndərirdim. Yeməyimizi əsgərlərdən İbrahimov Kamal və Məhərrəmov
Zabil hazırlayırdılar.
Çadırda darısqallıq idi. Həm komandirlər, həm də əsgərlər çadıra
sığışmırdıq. Buna görə də bir neçə gündən sonra komandirə məlumat
verərək bir ədəd ekskvatorun lazım olduğunu bildirdim. Həmin gün
komandirin göndərdiyi ekskvatorla həm səngərlərimizi genişləndirdim,
həm də Sarıbulağın yanında əsgərlər üçün qazma tikdirdim. Meşədən
ağac gətirib qazmanın üstünü örtdük və əsgərləri ora köçürdük, biz
zabitlər isə rabitəçi əsgərlərlə əvvəlki kimi çadırda qaldıq.
Boş vaxtlarımız demək olar ki az olurdu. Mən mümkün qədər əsgərlərin
darıxmaması üçün də tədbirlər görürdüm. Əsgərlərin qarmonu var idi.
Boş vaxtlarda gizir Ş.Bəxtiyarov qarmon çalır, əsgərlər oxuyub,
oynayırdı. Bəzən çobanlar da bizə qoşulurdu. Tez-tez əsgərləri İstisuya
hamama göndərirdim. Bir dəfə özüm də İstisuya enmişdim.
Komandirimiz polkovnik-leytenant Eldar Həsənovla və zabit yoldaşlarla
görüşüb söhbət etdik. Baş leytenantlar Sarıyev Qurban, Mirzəliyev Akif,
Yusifov Yusif, Nəbiyev Hüseyn və digərləri ilə oturub yemək yedik.
Qurbanla Yusif öz zarafatlarından qalmır, digər yoldaşlar və onların
aşlarına gələn məzəli əhvalatlardan danışırdılar. Onlar hətta, hər kəsə bir
ləqəb qoşaraq gülməli bir şer də yazmışdılar...
* * *
Sarıyerdə bizim mövqelərə ermənilər dəfələrlə hücum etmiş,
səngərlərimizi top atəşinə tutmuş, lakin əsgərlərimizin qoçaqlığı, sayıqlığı
89
Qəhrəmanlıq heç vaxt qabaqcadan düĢünməklə əldə edilmir.
Qəhrəmanlıq bir anda baĢ verir. M ü ə l l i f
və müdafiə döyüşünün düzgün təşkil edilməsi nəticəsində düşmən
istəyinə nail ola bilməmişdi.
...İyun ayının sonu idi. Mən əsgər Məmmədlə kəşfiyyata
getmişdim. Məqsədim düşmənin Arpaçay sahilindəki ön mövqelərini və
düşmən artilleriyasının yerini müəyyən etmək və hədəfləri
dəqiqləşdirmək idi. Səhərəyaxın yuxudan qalxdıq və səngərlərimizə
doğru dırmaşdıq. Səngərdəki əsgərlərə bir sıra tapşırıqlar verdim, bizi
izləməyi və diqqətli olmalarını bildirdim. Sonra qabağa keçərək bir qədər
sola döndük və Sərçəlidağın ətəklərinə yaxınlaşdıq. Ora çatanda artıq
səhər açılmış, dərələrdəki çən-duman çəkilib getmişdi. Biz Arpaçayın sol
sahilindəki çox da hündür olmayan bir dağın üstünə qalxırdıq. Dağın
zirvəsinə çatmamış qulağımıza maşın səsi gəldi. Səs dağın o biri üzündən
gəlirdi. Elə bil maşın dağa qalxır, bizə tərəf irəliləyirdi. Ani olaraq
fikirləşdim ki, düşmən bizdən tez dağın yüksəkliyinə çatsa məhv olarıq.
Çünki, düşmən bizdən yüksəkliyə çıxsa, bizim heç bir gizlənmək və
geriyə çəkilmək imkanımız olmaz, ovuc içi kimi görünən çökəklikdə
qalardıq. Ona görə də mən tez “düşməni qabaqlayaq, dağın üstünə
qalxaq”-dedim və Məmmədlə bərabər səs gələn tərəfə qaçmağa başladıq.
Dağın üstünə çatıb uzandıq və Arpaçaya doğru uzanan yola baxdıq.
Maşın və ya adam görünmürdü, səs də kəsilmişdi. Mən ətrafa diqqətlə
baxmağa başladım. Birdən sağ tərəfimizdə bizdən təqribən 800-900 metr
məsafədə, dərənin ayağında bir yük maşını və onun yanında 5-6 erməni
gördük. Bizim tamamilə açıqlıqda uzanmağımıza baxmayaraq. onlar bizi
görmürdülər. Düşmənə buradan da atəş açmaq olardı, lakin özümüzün
mövqelərimizdən xeyli uzaqlaşmışdıq. Atəş açmaqla dümənin ehtiyat
qüvvələrini ayağa qldıraraq burada məhv olardıq. Çünki səngərlərimizdə
iki-üç kilometr uzaqlaşmışdıq. Ona görə biz sürünərək geriyə çəkilmək
və xırda təpəliyin arxasından onlara yaxınlaşmaq istədik. Bir az geriyə
çəkildik və ön mövqelərdəki əsgərlərini də xəbərdar etdik. Keşikdəki
əsgərlər də düşmənləri görmüş və həyəcan siqnalı ilə bütün bölüyü
səngərlərə qaldırmışdılar. Bizim səngərlərlə düşmənlərin arası 1500-1800
metr olardı. Mən Məmmədi göndərərək iki əsgərlə yanıma qayıtmasını və
digər əsgərlərin bizi izləməsini tapşırdım. Məqsədim görünməyən yerlə
düşmənin sağ cinahına keçmək və onlara daha da yaxınlaşmaq idi.
Məmmədlə əsgərlər 20 dəqiqəyə gəldilər və biz xirda təpəliyin
görünməyən tərəfi ilə düşmənin olduğu yerə yaxınlaşmağa başladıq.
Sürünə-sürünə sağ tərəfdəki təpənin başına çatdıqda ermənilərin
maşına doluşaraq qaçmaq istədiyini gördük və qəfil atəşlə onları
|