partlayırdı. Mən düşmənin hücum etmədiyini, ancaq uzaqdan top atəşi ilə
mövqelərimizi atəşə tutduğunu yəqin etdikdən sonra “Kristal” raketi və
92
Qətiyyətsiz komandir- əsgərlərini ölümə aparar
. M ü ə l l i f
minaatanlarla onlara tərəf atəş açmaq əmri verdim. 5-6 atəşdən sonra
düşmən susduruldu. Ölən və yaralanan olmadı. Itki vermədik. Döyüşdən
sonra top mərmilərinin düşdüyü yerləri nəzərdən keçirdim. Əsgərlər
səngərin içərisindən top mərmisinin qəlpələrini tapıb gətirdilər. Qəlpələr
əsgərlərə dəyməmişdi.
Döyüşün nəticəsi barədə batalyon komandirinə məlumat verdim.
Raketçilərdən Şükürov Nemət, Həsənov İlqar, Hümbətov Eldar və
digərləri qoçaqlıq göstərdikləri üçün onlara təşəkkür etdim.
Ikinci mövqeyə qalxıb minaatanlara və onların mərmilərini
yoxlayarkən məlum oldu ki, mərmilərdən 3 ədədi əskikdir. Mən
əsgərlərdən soruşsam da heç kəs boynuna almadı. Sonra əsgər Musa
yanıma gələrək minaatanla erməni mövqelərinə atəş açdığını dedi. Sən
demə Musa icazə almadan ermənilərin mövqelərini minaatanla atəşə
tutduğu üçün onlar da bizim mövqelərimizi top atəşinə tutublar...
İyul ayının əvvəlləri idi. Bir neçə gün idi ki, hər gecə qalın
duman çökürdü. Belə dumanda hətta ayağımızın altını da görmək belə
mümkün olmurdu. Həmişə əsgərlərə tapşırırdım ki, belə vaxtlarda daha
ayıq-sayıq olsunlar. Çünki düşmən kəşfiyyatı belə havada fəallıq göstərir,
səngərlərimizə yaxınlaşmağa cəhd edirlər. Yenə də dumanlı bir gecə idi,.
Gecə yarıdan keçmişdi, saat 3 olardı, 3-cü keşikdə güllə səsləri eşitdim.
Elə bu vaxt telefon zəng çaldı. Qasımov İsmət və Ağalarov Sarvan orada
keşik çəkirdilər. Sarvan telefonla bildirdi ki, sol cinahdan, Sərçəlidağ
istiqamətindən mövqelərimizə tərəf adamların yaxınlaşdığını görüblər.
Duman seyrələn vaxt gecənin qaranlığında kölgələrin göründüyünü
bildirdilər. Mən onlara həmin ərazini atəş altında saxlamağı əmr etdim və
“Həyəcan” - komandası ilə əsgərləri qaldırdım. Əvvəlcədən müəyyən
etdiyimiz mövqeləri tutduq. Ermənilər 3-cü keşiyin qarşı tərəfindəki
Sərçəlidağ istiqamətindən mövqelərimizi atəşə tutmuşdular. Dumanda
güllələrin haradan atıldığını müəyyən etmək çətin idi. Buna baxmayaraq
mən arasıkəsilmədən atəş açmağı əmr etdim. Bir saata yaxın döyüşdə
düşməni mövqelərimizdən uzaqlaşdırdıq. Güllələrimiz azalmışdı, düşmən
yenidən hücuma keçə bilərdi. Telefonla çadıra-leytenant Z.Tağıyevə zəng
etdim ki, bizə patron göndərsin. Bir azdan əsgərlər patron gətirdilər.
Səhərəyaxın atəşi dayandırmaq əmri verdim. Artıq düşmən çəkilib
getmişdi. Səhərədək əsgərlərin yanında qaldım. Hava işıqlananda ətrafı
nəzərdən keçirdim. Səngərdən 6-7 metr aralıda ermənilərin patronla dolu
bir avtomat darağını tapdıq və ayaq izlərindən məlum oldu ki, düşmən
kəşfiyyatı bizim səngərlərə yaxınlaşırmış. Əsgərlərimiz sayıqlıq
göstərəndə isə məqsədlərinə nail olmayaraq geriyə çəkilib uzaqdan
93
Qələbə sevinci insana allah tərəfindən verilən ən gözəl
nemətlərdən biridir. Bu nemətin dadını sözlə ifadə etmək
çətindir, gərək onu özün dadasan.
M ü ə l l i f
mövqelərimizi atəşə tutublar. Lakin əsgərlərin qoçaqlığı nəticəsində heç
bir itki vermədən düşməni mövqelərimizdən uzaqlaşdırdıq...
1992-ci il iyul ayının 11-də-yayın ortasında Sarıyerə qar yağdı.
Yayın ortasında yağan qar çadırımızı az qala üstümüzə çökdürəcəkdi.
Axşamdan yağan qar dayanmaq bilmirdi. Mən keşikçilərin bir saatdan bir
dəyişdirilməsini əmr etdim və səhərədək yatmadım. Səhər açılanda hər
tərəfin qarla örtüldüyünü gördük. Çobanlar qoyunların məhv olmaması
üçün sürüləri Zar, Zivel və Mollabayramlı kəndlərinə tərəf aparmış və
bununlada sürüləri məhv olmaqdan xilas etmişlər. Çünki aşağılarda-
kəndlər ətrafında qar örtüyü nazik idi. Iki gün ərzində qar əridi. Yalnız
dağların quzey yamaclarında bəlkə də yüz illərin qarı yenə də ərimədi.
Batalyona Polkovnik-leytenant Eldar Həsənov komandir təyin
etmişdilər. O bir neçə dəfə Sarıyerə gəlib mövqeləri və bölüyün döyüş
hazırlığını yoxladı, öz tövsiyələrini verdi, çatışmamazlıqları aradan
qaldırmağı
tapşırdı.
Mən
bölükdə
xidmət
edən
əsgərlərin
qoçaqlıqlıqlarından, döyüş vaxtı yüksək hazırlıqlı olmaları barədə
komandirə məlumat verdim və döyüş epizodlarından danışdım. Bölük ön
mövqedə ayıq-sayıq durduğu üçün komandir əsgərlərə və mənə təşəkkür
etdi...
Bir dəfə də tabor komandiri polkovnik-leytenant E.Həsənov iki
qadın jurnalistlə gəlmişdi. Adlarını unutmuşam, amma birinin soyadı
Qonaqlı idi. Onlar əsgərlərlə görüşüb söhbət etdilər və sonra ön səngərləri
görmək istədiklərini bildirdilər. Biz onlarla ön mövqeyə-dağların
zirvəsinə qalxdıq, səngərlərə baxdılar, növbədə olan əsgərlərlə söhbətlər
etdilər. Biz bütün yayı Sarıyerdə qaldıq. Bu müddət ərzində batalyonun
Göyçə ilə həmsərhəd olan digər mövqelərində də tez-tez döyüşlər baş
verir, ermənilər itki verərək geri çəkilirdilər.
1992-ci ilin yayında-biz Sarıyerdə ön mövqedə olduğumuz
vaxtlar Ağdərə bölgəsi Əfsanəvi Alay və Goranboy, Tərtər batalyonları
tərəfindən azad edilmiş, ermənilər sıxışdırılaraq Xankəndi ətrafına
çəkilmişdilər. Bu döyüşlərdə Kəlbəcər Batalyonunun, yəni 712 saylı
batalyonun əsgər və zabitləri də iştirak etmişlər. Belə ki, 10-13 avqustda
Qozlu kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında Batalyon
komandirinin əmri ilə mənim bölüyümün 10 nəfər əsgəri də iştirak
etmişdi. Həmin döyüşə könüllü olaraq gedən bizim bölüyün
döyüşçülərindən çavuş Qurbanov Zülfüqar, Sarıyev Fariz və Xəlilov
İlham, Cabbarov Əkbər həlak oldular, leytenant Xəlilov Xəlil, sıravi
94
Abbasov Mahir, Musayev Nazim, Hüseynov Qərib, Seyidov Fariz
yaralanmış, çavuş Atayev Famil, İsmayılov Adil, Hüseynov Xəqani və
digərləri sağ-salamat bölüyə qayıtmışlar. Həmin döyüşdə batalyonun
zabiti leytenant Əmirov Rəsul da həlak oldu. Ümumiyyətlə həmin
döyüşdə bizim batalyonun 13 nəfər döyüşçüsü həlak olmuş, on nəfər
yaralanmışdır.
Sarıyerdə ön mövqedə noyabr ayının sonunadək qaldıq. Artıq
bütün təhlə-tərəkəmələr yaylaqları tərk etmiş, qoyun sürüləri çəkilib
Arana getmiş, hər tərəf qarla örtülmüşdü. Külək qarı sovurur, dərələrə və
yollara doldururdu. Kənd və qəsəbələrlə əlaqə tamamilə kəsilmişdi. Artıq
maşın yolları qarla örtüldüyündən batalyonun qərərgahı ilə əlaqə
tamamilə
kəsilmişdi.
Telefon xətləri zədələnmiş, ratsiyaların
batareykaları zəifləmiş, qərərgaha gediş-gəliş mümkün deyildi. Ön
mövqedə səngərdə keşikdə durmaq isə olduqca çətinləşmişdi. Səngərdə
keşik çəkmək və dayanmaq mümkün deyildi. Ona görə keşikçiləri bir
saatdan bir dəyişdirirdim. Qışda burada heç vaxt yaşamaq və ya ön
mövqedə dayanmaq mümkün olmazdı. Ona görə də komandir ön
mövqedən İstisuyun yaxınlığına-Taxta adlanan məntəqəyə köçməyi əmr
etmişdi. Lakin hərbi sursatı və əşyaları daşımaq üçün traktor lazım idi.
Avtomobil qarda hərəkət edə bilməzdi. Biz köçməyi gecikdirsəydik,
yollarda qar daha da qalınlaşar, maşın və traktor hərəkət edə bilməz,
bütün əşyalar, minaatanlar, sursat və digər ləvazimatlar orada qala bilərdi.
Yolları qar doldurduğu üçün, yalnız, traktor hərəkət edə bilərdi. Traktor
axtarmaq üçün yaxınlıqdakı kəndlərə getməli oldum. İstisu, Zar, Molla
Bayramlı, Zəylik kəndlərində işlək vəziyyətdə olan traktor tapa
bilmədim. Bəzi traktorçular traktorların nasaz olduğunu bəhanə gətirir,
belə qar-çovğunda Sarıyerə getməkdən imtina edirdilər.
Nəhayət Ayrım kəndindən Hidayətin DT-75 markalı traktoru ilə
Sarıyerə gedəsi olduq. Tuneldə traktoru işə salıb, qoşqusu ilə 40-45 km
yolu İstisuya doğru hərəkətə başladıq. Axşam İstisuda traktora yanacaq
doldurub gecə səhərədək Sarıyer istiqamətində yol getdik. Hər tərəf qarla
örtülü idi, yol demək olar ki, seçilmirdi. Qar işığında uzaqda görünən
dağlara görə səmti müəyyən edirdim. Bəzi yerlərdə yolu itirir,
xəndəklərin üstündən keçir, bəzən isə geri qayıdıb yenidən yolu
axtarırdıq. Bəzi yerlərdə isə yolu doldurmuş qarı kürüyərək özümüzə yol
açır, yenidən hərəkətə başlayırdıq. Hidayətin qoçaqlığı və təcrübəsi
sayəsində səhər açılanda Sarıyerə çatdıq. Traktorun mühərriki bütün
gecəni dayanmadan işləmişdi. Mühərriki dayandırsaydıq, su donar və bir
daha traktoru işə sala bilməzdik. Çadırın yanına çatanda səhərəyaxın idi.
Baş leytenant Ramiz Əhmədov hərbi qaydada salam verərək heç bir
|