II. Vəzifə öhdəlikləri
6.
Həkim-metodist əhalinin sağlamlıq göstəricilərini və tibb təşkilatının,
bölmələrinin fəaliyyətinin göstəricilərini hesablayır.
7.
Bölgə səhiyyəsinin, bölgənin sosial-iqtisadi inkişaf planına daxil edilmək
üçün tibb müəssisəsinininkişaf planının layihəsini tərtib edir.
8.
Bölgənin konkret vəziyyətinin təhlili əsasında əhaliyə tibbi xidmətin
müxtəlif növlərinin inkişafını planlaşdırırvə tibb təşkilatlarında təşkilatlarda əməyin
elmi təşkilinin elementlərinin qabaqcıl təcrübəsinin tətbiqi üzrə işi təşkil edir.
9.
Planlaşdırılmış tədbirlərin icrasına nəzarət sistemini təşkil edir.
10.
Tibb müəssisəsininişçilərinə təşkilati-metodik iş məsələləri üzrə təlimat
keçir.
11.
Təcrübə mübadiləsi üzrə məşğələ, seminar, müşavirə və konfranslar təşkil
edir.
12.
Bölgədə, tibb təşkilatlarında planlaşdırılmış tədbirlərin yerinə
yetirilməsinə nəzarəti həyata keçirir.
13.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
14.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: |