1. Bu vəzifə təlimatı həkim-mikrobioloqun vəzifə öhdəliklərini, hüquq və
(xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada “mikrobiologiya” ixtisası üzrə peşə hazırlığı keçmiş,
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur
və vəzifədən azad edilir.
4. Həkim-mikrobioloq bilavasitə şöbə müdirinin tabeliyində fəaliyyət
göstərməklə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5. Həkim-mikrobioloq aşağıdakıları bilməlidir:
Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını, səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları və təlimat-metodik
sənədləri;
5.2.Sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioliji xidmətin təşkilini;
5.3. mikrobiologiyanın ümumi və xüsusi məsələlərini;
5.4. immunologiyanın problemlərini, immunitet mexanizmini, infeksiyaya dair
nəzəriyyəni;
5.5. tədqiqatın serologiya metodlarını;
5.6. infeksion xəstəliklərin epidemiologiyası və profilaktikasının əsas
məsələlərini;
5.7. bakterial infeksiyaların patogenez və klinikasının əsas məsələlərini;
5.8. dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi etika və deontologiyanın əsaslarını;
5.10. yoluxucu xəstəliklərin kompleks müalicəsinin gedişinin xüsusiyyətlərini,
prinsiplərini;
5.11. mikrobioloji diaqnostikanın müasir üsullarını, mikrobioloji laboratoriyanın
təşkili, strukturu və ştatlarını, laboratoriyanın təchizatını, mikrobiologiya üzrə
normativ-hüquqi və təlimat-metodik sənədləri;
5.12. tibbi sənədlərin tərtibatını;
5.13. mikrobioloji laboratoriyanın fəaliyyətinin planlaşdırılmasını və
hesabatının tərtibatını, laboratoriyanın fəaliyyətinə nəzarət qaydalarını və üsullarını;
5.14. Kompyuterlə və digər müasir informasiya texnologiyaları vasitələri ilə
işləməyi;
5.15. standartlaşdırma və metrologiyanın əsaslarını;
5.16. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, biotəhlükəsizlik
qaydalarının, yanğına qarşı mühafizə qayda və normalarını, mülki müdafiə işlərinin
təşkili və aparılması məsələlərini bilməlidir.
Dostları ilə paylaş: