Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə93/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   89   90   91   92   93   94   95   96   ...   541
II. Vəzifə öhdəlikləri

6. 


Həkim-laborant   ona   həvalə   edilmiş   öhdəliklərə   müvafiq   olaraq 

laboratoriya tədqiqatlarını aparır.

7.  

Analitik və diaqnostik cəhətdən etibarlı metodların istifadəsini təmin edir.



8. 

Tədqiqatların   yeni   metodlarının   və   avadanlıqların   öyrənilməsi   və 

tətbiqində iştirak edir.

9. 


Digər   ixtisaslı   həkimlərə   laboratoriya   diaqnostikası   məsələləri   üzrə 

məsləhətlər verir.

10. 

Müalicə-profilaktika   müəssisəsinin   müalicə   bölmələrinin   heyəti   üçün 



bioloji materialın götürülməsi və laboratoriyaya çatdırılması qaydaları üzrə tövsiyələr 

tərtib edir.

11. 

Laboratoriya   tədqiqatlarının   nəticələrinin   aydınlaşdırılmasında   iştirak 



edir.

92



12.   Tədqiqatların   keyfiyyətinə   laboratoriyadaxili   və   laboratoriyadan   kənar 

nəzarətin aparılması üzrə tədbirləri həyata keçirir.

13.   Öz işinin və ona tabe orta tibb təhsilli mütəxəssislərin işlərinin təhlilini 

aparır, onları iş yerində cihaz və reaktivlərlə təhlükəsiz davranma qaydaları barədə 

təlimatlandırır.

14. 


Öz işi barədə aylıq hesabatları hazırlayır, laboratoriyanın illik hesabatının 

tərtibində iştirak edir.

15.   İxtisaslarının     artırılması   məqsədi   ilə   həkimlər   və     orta   tibb   təhsilli 

mütəxəssislər üçün  onların öz ixtisasları üzrə məşğələlər aparır.

16. 

Orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası qaydalarının və 



sanitar-epidemioloji rejimin yerinə yetirilməsinə nəzarət edir. 

17. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.

18.   Alət,   aparat   və   avadanlıqların   istismarının,   dərman   preparatlarının 

səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və 

əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.

19.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. Tibbi və 

digər   sənədlərin,   o   cümlədən   laboratoriya   tədqiqatları   üzrə   sənədlərin   müəyyən 

edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

20. 

Sanitar-maarifləndirmə   işini   aparır.   Həkim   etikasının   qayda   və 



prinsiplərinə riayət edir.

21. 


Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını,   eləcə   də   öz 

peşəkar fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra 

edir.

22. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

23. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



24. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir.

25.


Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə və müştərilərə təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür. 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin