Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə97/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   93   94   95   96   97   98   99   100   ...   541
II. Vəzifə öhdəlikləri

Stasionar xidməti üzrə 

6. 

Həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 



profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. 

7. 

Müvafiq   qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   stasionar 



şəraitində   aparılması   taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator 

tədqiqatların,   müayinə   və   müalicənin   aparılması)   və   diaqnozunu   müəyyən   edir, 

fizioloji və patoloji doğuşları aparır. 

8. 


Zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, 

o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir.

9.  

Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 



olaraq   müalicə   planına   dəyişiklik   edir   və   əlavə   müayinə   metodlarının   zəruriliyini 

müəyyən edir. 

10.  Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 

ixtisası üzrə məsləhət verir.

96



11.  Ginekoloji   xəstəliklərin,   hamiləlik   və   doğuşların,   doğuşdansonrakı 

dövrün     fəsadlarının   qarşısının   alınması   və   azaldılması   üzrə   profilaktik   tədbirlərin 

keçirilməsində iştirak edir.

12.  Ailə planlaşdırılması və reproduktiv sağlamlıq məsələləri üzrə işi təşkil 

edir. 

13.  Orta   və   kiçik   tibb   personalının   işinə   rəhbərlik   edir,   öz   vəzifə 



öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

14.  Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 

avadanlıqların  istismarının,  reaktiv  və dərman   preparatlarının səmərəli  istifadəsinin 

düzgünlüyünə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin 

mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.

15.  Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

16.  Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.

17.  Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

18.  Sanitar-maarifləndirmə işini aparır. 

19.  Etik davranış qaydalarına riayət edir. 

20.  Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını,   peşəkar 

səviyyədə və vaxtında icra edir.

21.  Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

22.  Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

23.  Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı   və   sanitariya   qaydalarının   pozulmasının   aradan   qaldırılması   üzrə,   rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 

Ambulator-poliklinika xidməti üzrə 

24.  Həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə ambulator tibbi yardım göstərir. 

25.  Müəyyən   edilmiş   qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin 

ambulator   aparılması   taktikasını   və   müayinə   planını   hazırlayır.   Anamnezə,   klinik 

müşahidə və müayinəyə, həmçinin klinik-laborator tədqiqatların nəticələrinə əsasən 

diaqnozu müəyyənlişdirir. 

26.   Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni 

təyin edir və nəzarət edir, diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

27.  Hamilələrə   antenatal   xidməti   göstərir,   onların   vaxtlı-vaxtında   patronaj 

olunmasına nəzarət edir. Zərurət yarandığı hallarda patronajı özü həyata keçirir.

28.  Müəyyən olunmuş hestasiya müddətində hamilələrə dəyişmə vərəqəsi və 

hamiləlik və doğum zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı hamilə 

qadınlara əmək qabiliyyəti olmamaq vərəqəsi verir. 

97



29.  Ginekoloji   xəstəliklərin,   hamiləlik   və   doğuşların,   doğuşdansonrakı 

dövrün   fəsadlarının qarşısının alınması və azaldılması   üzrə profilaktik tədbirlərin 

keçirilməsində iştirak edir.

30.  Hamilələri aşkar edir (hamiləliyin 12 həftəsinədək) və onların dispanser 

müşahidəsini təşkil edir. 

31.  Hamilələrin doğuşa fiziki və psixoprofilaktik hazırlığı üzrə məşğələləri və 

onların “analar məktəbi”ndə təlimləndirilməsini keçirir, döşlə əmizdirmənin üstünlüyü 

barədə məlumat verir. Pəhriz qidalanması üzrə məsləhətlər verir. 

32.  Doğum   evlərinin   və   xəstəliyin   profili   üzrə   başqa   müalicə-profilaktika 

müəssisələrinin patologiya şöbələrində hospitallaşdırılmaya ehtiyacı olan hamilələri 

aşkar edir. 

33.  Müasir  müalicə  metodlarından  istifadə  etməklə   ginekoloji xəstəliklərin 

erkən   aşkarlanması   və   müalicəsi     məqsədi   ilə   qadınların   profilaktik   ginekoloji 

baxışının təşkili və aparılmasını həyata keçirir. 

34.  Ginekoloji xəstələrin vaxtında dispanser qeydiyyatına götürülməsini və 

dinamik   müşahidəsini,   onların   sanator-kurort   müalicəsi,   eləcə   də   başqa   müasir 

müayinə və müalicə vasitə və metodlarından istifadə  etməklə, müalicə-sağlamlaşdırıcı 

tədbirlər   kompleksinin   və   dispanserləşdirilməsinin   səmərəliliyinin   təhlilinin 

aparılmasını həyata keçirir. 

35.  Stasionar müalicəyə ehtiyacı olan ginekoloji xəstələri aşkar edir. 

36.  Ailə planlaması və reproduktiv sağlamlıq məsələləri üzrə işi təşkil edir. 

37.  Orta   və   kiçik   tibb   personalının   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

38.  Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

39.  Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

40.  Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.

41.  Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

42.  Sanitar-maarifləndirmə işini aparır. 

43.  Etik davranış qaydalarına riayət edir. 

44.  Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını,   peşəkar 

səviyyədə və vaxtında icra edir.

45.  Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

46.  Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

47.  Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı   və   sanitariya   qaydalarının   pozulmasının   aradan   qaldırılması   üzrə,   rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.

98




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin