Məqalənin aktuallığı. Orta təhsil səviyyəsində kimyanın tədrisi prosesində elmilik
prinsipinin gözlənilməsi, yeni təlim metodlarının şagirdlərin yaşına və inkişaf səviyyəsinə
uyğun seçilib, düzgün tətbiq olunmasıdır. Təcrübəsindən asılı olmayaraq, kimyanın təd-
risində yeni təlim üsullarından və təcrübə mübadiləsindən ustalıqla istifadə etməklə, gün-
dən-günə inkişaf edən, daim irəliləyən həyatla ayaqlaşmaq üçün kimya dərslərinin müasir
tələblər səviyyəsində keçirilməsi gündəlik həyatımızın aktual problemlərindən biridir.