Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə205/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   201   202   203   204   205   206   207   208   ...   298
Ключевые слова: школьники, развитие, исторические информации, обществен-
ные событие, принцип 
 Key words: schoolchild, developed, historical information, social events, principle 
 
Məktəblilərdə  ictimai  hadisələr,  tarixi  məlumatlar  haqqında  təsəvvürlərin  formalaşdı-
rılması üzrə işin məzmunu nəzəri ədəbiyyatda və təcrübədə lazımınca işlənilməmişdir. Tədqi-
qatlar göstərir ki, məktəblilərin hər zaman ictimai və tarixi hadisələrə maraq göstərmələrinə 
baxmayaraq, bu təsəvvürlərin dairəsi müəyyən edilmədiyindən onların formalaşmasına zəmin 
yaranmır. Biliklərin sistemsiz, əlaqəsiz mənimsədilməsi onun dəqiqliyini həmişə təmin etmir 
və yüksək əqli, əxlaqi keyfiyyətlərin formalaşmasına zəmanət vermir. 
Orta ümumtəhsil məktəb müəllimi “Azərbaycan Respublikasının ümumtəhsil məktəb-
ləri üçün həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IX siniflər) ”(Bakı-2013) əl-
də  rəhbər  tutaraq  yerli  imkanları  nəzərə  almaqla  məktəblilərə  verilməsi  zəruri  olan  biliklər 
dairəsini müəyyənləşdirməlidir. Problemlə əlaqədar idrak materiallarını düzgün planlaşdırmaq 
lazımdır  ki,  məktəblilər  tarixi  məlumatları  il  ərzində  tədricən,  müəyyən  sistemlə  mənimsə-
sinlər. Materialı mövzular üzrə planlaşdırmaq məqsədə müvafiqdir. İdrak materialının həcmi-
nə, mürəkkəbliyinə və öyrədilmə müddətinə görə mövzular müxtəlifdir. Bir qayda olaraq, hər 
bir mövzu üzrə dərslər il ərzində bir neçə dəfə təşkil olunmalı və hər dəfə məlumatın dairəsi 
genişləndirilməlidir.  Hər  bir  mövzu  üzrə  iş  dərs  məşğələsini,  oyunları,  əməyi,  məktəblilərin 
sərbəst  fəaliyyətini,  bəziləri  bayramları  əhatə  etməlidir.  Tematik  planlaşdırma  məktəblilərin 
ətraf  aləm,  insanların  sosial  vəziyyəti,  cəmiyyətdə  baş  verən  hadisələr  haqqında  sistemli 
məlumat almalarını təmin edir. 
Tarixi  məlumatların  və  ictimai  həyat  hadisələri  haqqında  məlumatların  məzmunu 
müəyyənləşdirilərkən biz tədqiqatın qarşısında duran vəzifələri rəhbər tutduq. Belə ki, mək-
təblilər üçün bədii əsər seçilərkən, söhbətlərin, kütləvi tədbirlərin mövzusunu müəyyənləşdi-
rərkən  məktəblilərin  ictimai  həyat  hadisələri  haqqında,  tarixi  məlumatlar  haqda  biliklərinə, 
mənəvi keyfiyyətlərinin  inkişafına onların necə təsir göstərəcəyi nəzərə alındı. Bu baxımdan 
məlumatlar qruplaşdırıldı, sistemləşdirildi. Tarixi  qanunauyğunluğun mahiyyətini əks etdirən 
əsas məlumatlar, aydın, tipik faktlar və onların təsvirləri seçildi. Hər bir məlumat seçilərkən 
məktəblinin yaş xüsusiyyətləri və anlaq səviyyəsi, marağı və meyli nəzərə alınmış və istifadə 
üçün tövsiyə edilmişdir. 
Bütün  ictimai  hadisələr  və  tarixi  məlumatlar  haqqında  informasiyaların  məktəblilər 
üçün  əlverişli  olmadığını  nəzərə  alaraq,  onların  problem  baxımından  seçilməsi  qayğısına 
qaldıq. Bu zaman, əsasən, aşağıdakı iki meyar əsas götürüldü:  
1)
 
Məlumatların  “Azərbaycan  Respublikasının  ümumtəhsil  məktəbləri  üçün  həyat 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin