185 qüvvənin modulunun F=k
düsturunu
=
də nəzərə alsaq, elektrik sahəsinin
intensivliyi üçün aşağıdakı ifadəni alarıq.
Nöqtəvi yükün verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin modulu
yükün miqdarı ilə düz, sahəni yaradan yüklə verilən nöqtə arasındakı məsafənin kvadratı ilə
tərs mütənasibdir.
E =
=k
=k
Bircins sahədə yükün yerdəyişməsi zamanı görülən iş yükün miqdarı, elektrik
sahəsinin intensivliyinin modulu və qüvvə xətti istiqamətində yükün yerdəyişməsinin modulu
hasilinə bərabərdir.
A=F d=qEd
Elektrik qüvvəsinin gördüyü işin düsturu h hündürlüyündən sərbəst düşən cismə təsir
edən ağırlıq qüvvəsinin gördüyü işin A=mgh düsturuna oxşardır. Lakin elektrik yükü q cismin
m kütləsindən fərqli olaraq, həm müsbət, həm də mənfi ola bilər. Mənfi q yükü qüvvə xətti
istiqamətində yerini dəyişərsə, sahənin görrdüyü iş mənfi olar. Elektrik sahəsinin iki nöqtəsi
arasında yükün yerdəyişməsi zamanı görülən işin həmin yükün miqdarına nisbəti elektrik
gərginliyi adlanır. Gərginlik skalyar kəmiyyət olub , U hərfi ilə işarə edilir.
U=
q=1Kl olduqda ədədi qiymətcə U=A alınır. Deməli, iki nöqtə arasındakı gərginlik
ədədi qiymətcə müsbət vahid yükün (1Kl) bu nöqtələr arasında yerdəyişməsi zamanı sahənin
gördüyü işə bərabərdir. Gərginliyin vahidi italyan alimi A.Voltanın şərəfinə volt (1V)
adlandırılmışdır:
[U]=
=
=1
=1V
1V elə iki nöqtə arasındakı gərginliyə deyilir ki, 1Kl yük bir nöqtədən digər nöqtəyə
hərəkət edərkən elektrik sahəsi 1C iş görsün. Başqa gərginlik vahidlərindən də istifadə olunur:
kilovat (1kV), meqavolt (1MV), millivolt (1mV).
1kV=
V; 1MV=
V; 1mV=
V.
Sahədə yükün iki nöqtə arasında yerdəyişməsi zamanı görülən iş yükün miqdarı ilə
bu nöqtələr arasındakı elektrik gərginliyinin hasilinə bərabərdir:
A=q U
Elektrik gərginliyi sahənin iki nöqtəsi arasında hərəkət etdirilən q yükünün
miqdarından asılı deyildir. Elektrik gərginliyi sahəni yaradan mənbə yükünün miqdarından və
nöqtələrin sahədəki vəziyyətindən asılıdır. Bircins elektrik sahəsində eyni qüvvə xətti
üzərindəki iki nöqtə arasındakı gərginlik sahə intensivliyinin modulu ilə bu nöqtələr
arasındakı məsafənin hasilinə bərabərdir.
U=
=
=Ed
Radiusu R olan naqil kürənin səthində yüklər bərabər paylanır. Kürənin daxilində
sahənin intensivliyi sıfra bərabərdir. Kürənin mərkəzindən r
R məsafərində isə sahənin
intensivliyinin modulu