D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə176/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   172   173   174   175   176   177   178   179   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qeyd etdiyimiz fonetik hadisəyə Kül-tigin abidəsində də rast 
gəlmək mümkündür.
Üçünc Yəgin Silik bəgin gedimlik torık ot binin təgdi, ol at 
anta ölti: tərcüməsi: Üçüncü dəfə Yəgin silig bəyin geyimli kəhər 
atını minib hücum etdi, o ot orada öldü (1, səh. 76)
Komuğı biş otuz sülədimiz, üç yegirmi sünüşdimiz tərcüməsi: 
Cəmi iyirmi beş dəfə qoşun çəkdik. (1, səh.73).
Tokuz oğuz bəgləri, bodunı, bu sabımın edgüti esid katığdı 
tinlə! Tərcüməsi: doqquz oğuz bəyləri, xalqı bu sözümü yaxşıca 
eşit, möhkəmcə dinlə! (1, səh. 72).
Pürkiz  koğan  türkimiz  bodunımız  erti.  Bilmədügin. 
Tərcüməsi.  Türkiş  xaqan  türkünüz,  xalqımız  idi  bilmədiyi.  (1, 
səh. 73)
Sonuncu  nümunəyə  diqqət  yetirsək  görərik  ki,  bilmədügün 
sözü müasir ədəbi dilimizdə işlənən bilmədiyin sözüdür. Abidədə 
işlənən sözlə müqayisə etdikdə aydın olur ki, sözdə işlənmiş şü-
hudi keçmiş zaman şəkilçisi dı
4
 – dü
4
 – formasında işlənmiş, y 
bitişdiricisi isə g samiti ilə ifadə olunmuşdur. 
6. k>g. k səsinin g səsi ilə əvəzlənməsi hadisəsi
Bu hadisə dialekt və şivələrimizdən əsasən cənub qrupu dia-
lekt və şivələrinə aiddir. Qeyd etdiyimiz hadisəyə bir neçə sözdə 
qapalı e/ü saitlərindən və bəzən də o səsindən əvvəl təsadüf olunur. 
Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Ordubad, Culfa və 
Şahbuz dialektlərində bu fonetik hadisəyə daha çox rast gəlinir. 
Məsələn: geçi, geçmiş, geşdi, geşniş, gobud və s. (2. səh. 185) bu 
kimi sözlərdə söz önündə k səsinin yerinə g samiti işlənir. Eyni 
vəziyyətlə Kül-tigin abidəsində də rastlaşırıq, lakin bu abidə də 
k>g əvəzlənməsi ilə söz sonunda rastlaşırıq. Məsələn Umay təg 
ögim katun kutuna inim Kül tigin ər at bultı.Tərcüməsi: Ulmaytək 
anam xatunun bəxtinə kiçik qardaşım Kültigin igid adın qazandı. 


177

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin