Pedaqogika, Fəlsəfə, Psixologiya bir araşdırıcı Qurd obrazına fəqdi aspektdən yanaşır, onu öz təhlil
prizmasından keçirir, ona görə də həmişə yeni söz demək, yeni
fikir söyləmək olur».
Milli mənəvi abidələrimizdə, daşlaşmış heykəllərdə, türk mi-
fik təfəkküründə Qurd bir neçə funksiyanı yerinə yetirir, yəni biz
onu bir neçə rolda görürük. «Göytürk» dastanında türklərin məhz
bir qurddan törədikləri öz əksini tapmışdır. Dastandan aydın olur
ki, Aşina adlı bir ailədən törəmiş göytürklər Lil adlı bir məmləkət
tərəfindən məğlub edilib hamısı öldürüldülər. Təkcə on yaşlı bir
oğlan uşağı qaldı. Düşmənlər onun ayağını kəsib bir bataqlığa
atdılar. Onu bir dişi qurd bəsləyib böyütdü. Onlar dağda bir ma-
ğarada yaşadılar və Qurd oğlandan 10 uşaq doğdu. Bu 10 oğlanın
hərəsi sonradan bir soyun əsasını qoydu və bu soylar türklərin
əcdadları olublar.
Folklorşünas Sədnik Paşayevin topladığı və ön söz yazdığı
«Yanardağ əfsanələri»n də göstərilir ki, həm mifdə, həm də daşın
üstündəki təsvirdə Aşina qıçları kəsilmiş uşağı əmizdirir. Qur-
dun uşağı əmizdirməsi motivi türk folklorunda geniş yayılmışdır.
Tovuz bölgəsində Alıdədə haqqında xeyli əfsanə var. Onlardan
birində Alıdədənin balaca oğlu itir və onu Qurd tapıb əmizdirir.
Alıdədə uşağı tapıb evə gətirir. Ona deyir ki, anan Mahpeykərdi,
atan da mənəm. Uşaq isə cavabında bildirir ki, mənim anam Boz-
qurddur, mən onun döşündən süd əmmişəm».
Epos, nağıl və dastanlarda, milli mənəvi dəyərlərin parlaq
təzahürü kimi təsvir olunan daş abidələrdə görünən Qurd rəsmləri
bəzən Canavar simvolunda təqdim olunur. Amma bu canavarları
darmadağın edən Qurdlar türk oğlu, türklərdir. Bu deyim də Or-
xon - Yenisey abidələrində ucadan səslənir.
Mahmud Kaşğarlı yazırdı ki, türklər Qurda gücün, mərdliyin
rəmzi, simvolu kimi baxırdı və onu tülküyə qarşı qoyurdu. Uşaq
anadan olanda oğlan və qız olduğunu bilmək üçün soruşurdu-