DƏDƏ QORQUD ARAŞDIRMALARI Əql eşq ilə bir məkanda - vücudunda olsa da eşqə düşəndən
əqli getmiş, yalnız bütün vücudu eşqdir. Eşq bütün varlığına
hakim kəsilmişdir. Nəsimi də eşq mərəzinə tutulandan əqli ilə
yad münasibətdə bulunmuşdu. Eşqi əqlinin əlindən hakimiyyəti
alıb. “Eşq ilə mən aşinayəm, Əql ilə yad olmuşam”. Füzuli də
əqlindən məşuqəsinə şikayət edir: “Əql yar olsaydı, tərki-eşqi yar
etməzmidim? İxtiyar olsaydı, rahət ixtiyar etməzmiydim?”.
Yunus İmrənin görüşlərində elm də eşq ilə bir araya gəlmir.
Eşq elə bir sirdir ki, elm də bu sirri açmaqda acizdir.
Elm ilə, hikmət ilə kimsə irməz bu sirrə Bu bir əcaib sirdür elmə, kitaba sığmaz. Böyük Nizami demişdir:
Bu dünya eşqdir, qalan fırıldaq, Eşqdən başqa şey boş bir oyuncaq.
Ölməz Məhəmməd Füzuliyə görə:
Eşq imiş hər nə varsa aləmdə, Elm bir qilü-qal imiş ancaq. Cəlal Bəydili (Məmmədov) (“Həqq didarın görən şair” ön
söz. 1. s. 5) yazır: “Füzuli kimi dərviş Yunus da elm ilə eşq ara-
sındakı çarpışmanı eşqin xeyrinə həll edir”. Eşqin, aşiqliyin bü-
tün hallarını göstərən Yunus İmrənin divanı haqqında F.Köprülü
yazır: “Divan”ının böyük qismi eşq fəryadlarıyla doludur”. Yunis
İmrənin eşq fəryadları hakim ideologiyaya qarşi üsyandır. Eşq
onlarla müharibədə qalibiyyətdir. Ancaq onu da etiraf edək ki,
bəşər ədəbiyyatında bəşər tarixində bu yolda Füzuli fəryadına