DƏDƏ QORQUD ARAŞDIRMALARI Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətüzə,elüzə Mənim də bir adım gəlsin dilüzə... Yunis İmrə Məhəmmədhüseyn Şəhriyardan neçə əsr əvvəl
yaşasa da biri şeir, digəri poema yazsa da buna baxmayaraq,
Şəhriyarın bu poemasında Yunus İmrə ruhu var. Yunus İmrənin
dost harayı, dost birliyi, bütün ayrılıqların, hicranların bitməsi
arzusu, diləyi var. Məhəmmədhüseyn Şəhriyarın “Yalan dün-
ya” şeirində də dünyanın fani, gəlimli-gedimli olması, xeyir və
şərin qoşa, ekiz qardaş olması, dünyanın işlərindən, sirlərindən,
“min bir rəngindən”, ölümlərindən baş çıxarılmaması... fəlsəfi
düşüncələri Yunus İmrə görüşləri ilə fəlsəfi eyniyyət təşkil edir.
Hər iki “Yalan dünya” dərin məzmun, böyük fəlsəfi məna kəsb
edir, hər iki əsər mənəvi, dünyəvi, əxlaqi mahiyyət daşıyan
şeriyyətdir. Bu mövzuya bir çox şairlər müraciət etmişdir. Xəstə
Qasımın “Yalan dünya”sından bir bənd nümunə gətirməyi də
məqsədli bilirik:
Bu dünya fanidir, fani, Bu dünyada qalan hanı? Davud oğlu Süleymanı Qızıl taxtdan salan dünya.
Məmməd Araz demişdir: “Dünya sənin, dünya mənim, dün-
ya heç kimin”. XIV əsrin ana dilli şeirinin ilk böyük nümayəndəsi
Qazi Bürhanəddin də dünyanın faniliyindən, etibarsızlığından
gileylənmişdir. Verilən az ömrü faydalı, mənalı yaşamağı təlqin
etmişdir. Məşuqəsini vəfalı olmağa, verilən ömrü hicran cəfası ilə
yox, onunla birgə keçirməyə səsləyir: