Folklor, Mifologiya, Etnoqrafiya
Əgər Allah istəyirsənsə, dünyanı da, axirəti də, bütün kövnü-
məkanı da burax. Elə gəl bizə». (4, s. 17)
«Yenə gəl, yenə, nə olursan ol, istər kafir ol, istər oda sitayiş
et, istər bütə, istər yüz dəfə tövbə etmiş ol, istər yüz dəfə pozmuş
ol tövbəni, ümidsizlik qapısı deyil bu qapı, necəsən elə gəl» –
səslənişi bütün könüllərə bir qucaq açmaqdır.
Mövlanə insanları, bəşəriyyəti sevirdi. O, insanların hamısı-
nı saf və təmiz görmək istəyirdi. Mövlanə insana onun zahirinə
və elminə görə qiymət verilməsinin əleyhinə çıxırdı. O, zahiri
gözəlliyin aldadıcı, həmçinin elmli adamın biliyi ilə mənəvi aləmi
arasında kəskin təzad ola biləcəyi barədə dönə-dönə deyirdi:
«Dünya insanın can düşmənidir. Dünyaya tapınan insan
aləmin sultanı olsa da ölüdür. Bu aləm fani oldu, sabit aləmi axtar.
Surətin heç oldu, mənaya sığın».
Mövlanə dünyanın dörd ünsürdən yarandığını qeyd edərək
deyir:
Həyatın var olması, ziddin vəhdət işığı,
Dünyamızı yaşadan, ziddlərin barışığı.
Dörd ünsürün sülhündən, yaranmışdır bu cahan,
Bu ziddlər gər cəngdəsə, dünya olar cavidan
Həyatdasa düşmənin, barışığın və sülhün,
Ölümü özün üçün, qəbul etmək tək düşün. (1, s.116)
Mövlanə başqa bir əsərdə deyir:
Tanrı özü istəsə, qəm şadlığa dönəcək,
Ayağın zəncirini, qırıq-qırıq edəcək.
Külək, torpaq, su, odu, Tanrıya imanlı bil,
Mənə, sənə, cansıza, Tanrı üçün canlı bil,
Haqqın yanında atəş, həmişə qiyamdadır,
|