193
birəlli (parç, tayqulp) qoyurdular. Küpdən su birəlli ilə götürülərdi.
Kiçik ölçülü küplər
bərni, qalqa, bəqqə adlanmaqla müxtəlif məqsədlərdə işlənirdi. Pendir və
ya şor küpəsi nisbətən böyük olurdu.
Təsərrüfat küpləri forma və həcm etibarilə bir-birindən seçilən müxtəlif tipoloji növləri (küp,
ləh, ximçə, bərni, qalqa, küpə) zəmanəmizədək gəlib çatmışdır.
Lənkəran-Astara bölgəsində su quyularını kənar çirkab sularından mühafizə etmək üçün
«quyubaşı» adlanan çəlləkvari saxsı məmulatı geniş yayılmışdır.
Azərbaycan əhalisinin məişətində istifadə olunan dulus məmulatı arasında
maye qabları
özünün əməli əhəmiyyətini uzun müddət qoruyub saxlamışdır.
Su səhəngi (bardaq, cürdək). Keçmişdə içməli su ya bulaqdan gətirilər, ya da kəndirlə
quyulardan çəkilərdi.
Ona görə də, hər bir ailədə su daşımaq üçün saxsı səhənglər işlənərdi. Ölçü
etibarı ilə bunlar müxtəlif boyda və formada olardı. «Cürdək» adlanan balaca səhənglər suyu sərin
saxladığından çöl təsərrüfat işlərində daha çox işlənərdi. Səhəngin nisbətən böyük növü «bardaq»
adlanırdı. Kiçik ölçülü, uzun boğazlı
kuzə şirli bəzəyi ilə seçilirdi.
Aftafa- Formaca şüşə sürahıya oxşayırdı. Onun gövdəsinin aşağısı nisbətən dar, yuxarıya
doğru getdikcə gen olub, boğazı yenidən daralırdı. Su axıtmaq üçün ön hissəsində lülək, arxa
tərəfində dəstək düzəldilirdi. Ən çox «əl suyu» vermək üçün istifadə olunurdu. Kasıb ailələrdə
avtafada çay qaynadılırdı.
Ağartı qabları. XIX əsr ev məişətində işlənən saxsı məmulatının bir qismini
ağartı qabları
təşkil edirdi. Bunların arasında
godus, kasa, yağ bardağı (bərni),
xeyrə,
qatıq güvəci, masqura
xüsusi yer tuturdu. Bu qrup qablar tipoloji cəhətdən daha zəngin olmuşdur.
55
Bunların
böyük
əksəriyyəti özlərinin əməli-məişət əhəmiyyətini uzun müddət qoruyub saxlamışdır.
Dəhmərdan – müxtəlif böyüklükdə və formada (girdə və uzunsov) olurdu. Böyük ölçülü
dəhmərdan «xeyrə»ni xatırladır, lakin ondan bir qədər kiçik olurdu. Paxırı çıxmadığı üçün onda çox
vaxt xörək saxlanar, yumurta çalınar, qaymaq tökülüb saxlanardı. Bunlardan əlavə ona xörək
çəkilib müştərək yeyilmək üçün süfrə üzərinə qoyulardı.
56
Yağ bardağı qulplu və qulpsuz, dar və gen ağızlı olmaqla müxtəlif tipoloji növə malik idi.
Bunların əksəriyyətinin içi, bəzilərinin isə hər iki üzü şirli olurdu. Şirli qab yağlaşovu bayıra
sızdırmadığından yağı uzun müddət itkisiz saxlayırdı.
57
Qatıq güvəci. Ölçü etibarilə güvəclər müxtəlif böyüklükdə hazırlanırdı. Formaca onlar ayaq
tərəfdən dar olub yuxarı getdikcə genişlənir, ortadan başlayaraq yenidən yığcam şəkil alırdı.
Keçmişdə şəhər və oturaq kənd əhalisinin
ev məişətində bir qayda olaraq, qatıq güvəcdə çalınardı.
Kiçik ölçülü küvəclər yemək zamanı
masqura kimi də istifadə olunurdu. Ona qatıq tökülərək
süfrəyə qoyulurdu. Balaca güvəcdə bəzən bir nəfərlik qatıq çalınardı.
58
Keçmişdə, adətən,
«kəhrikazma»nın qarşısını almaq məqsədi ilə yüksək kalorili yağlı xörəklərin yanında süfrəyə xırda
masquralarda çalınmış qatıq (kasamas) qoyulurdı. «Kasamas» qatığı keçmiş məişətdə süfrə
mədəniyyətinin yüksək göstəricilərindən sayılırdı.
Xörək güvəci (çölmək). Qazan kimi istifadə olunan xörək güvəcində ən çox bozbaş, fisincan
bişirilərdi. Bəzən onda səbziqovurma, hətta dəmyəçilov da bişirilərdi.
59
Naxçıvan bölgəsində xörək
güvəci «çölmək», Qərbi Azərbaycanda isə «qazan» və ya «tava» adlanırdı.
Masqura formaca xırda kasaya bənzəməklə, müxtəlif böyüklükdə olurdu. Şirli
boya ilə
bəzədilmiş masquranın rəngləri ağ, göy, güllü, zərli olmaqla, milə-mil, buta və qeyri nəqşlərlə
bəzədilirdi. Əsasən, xörək yanında içərisinə sirkə-sarımsaq, qatıq tökülüb süfrəyə qoyulurdu. Çox
vaxt isə bunda «kasamas» deyilən qatıq çalardılar.
60
Küpə mətbəxdə müxtəlif məqsədlərlə işlədilməkdən əlavə, soyuqdəymə zamanı «qançır»
məqsədi ilə xəstənin kürəyinə küpə qoyulardı. Küpəni götürdükdən sonra ülgüclə onun şişkin yerini
çərtərək qan götürür, yaxud
həcəmət qoyulurdu.
Nehrə. Azərbaycanın Şərq rayonlarında yağ hasil etmək üçün saxsı nehrələrə üstünlük
verilirmişdir. Erkən tunc dövründən bəlli olan saxsı nehrələr çox böyük təkamül yolu keçmişdir.
Saxsı nehrələrin boğazdan azacıq aşağı hissəsində üfüqi
vəziyyətdə yerləşən qulpu, onun altında isə
yağ çalxama prosesində yaranmış qazlı havanın çıxması üçün 1 sm diametrdə kiçik deşik
qoyulurdu. Saxsı nehrələr xüsusilə oturaq maldarların məişətində geniş yer tutmuşdur.
61
Saxsı məmulatları arasında
məişət müxəlləfatı (dibək, çıraq, qıf, silvic, daxıl, dəmi, manqal