195
nimçənin üzəri çox vaxt saya, bəzən də naxışlı olurdu. Nimçəyə, adətən, «quru» xörək çəkilirdi.
Lazım gəldikdə onun içində xörək də qızdırırdılar. Nimçədə xörək saxlanıldıqda, isti qalmaq üçün
onun üstünə
sərpuş qoyulurdu.
Ağartı qabları
daha çox elat məişəti ilə bağlı olub, tipoloji cəhətdən
sərnic,
qablama və
badya
ilə təmsil olunurdu.
Sərnic başlıca
ağartı qabı olub ev məişətində işlənən maye qabları arasında xüsusi yer tuturdu.
Formaca o, satıla bənzəməklə, iki qulplu düzəldilir və içərisinə su, süd, yaxud ərinmiş yağ
tökülürdü. Sərnicin böyüyünə inək, camış, kiçiyinə qoyun, keçi sağılırdı.
Qablama mis camdan xeyli böyük, həm də oturacağı çox vaxt dımıqsız hazırlanırdı.
Qablamaya, adətən, ağartı məhsulları və un tökər, onda umac hazırlayardılar.
Dostları ilə paylaş: