Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə170/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   166   167   168   169   170   171   172   173   ...   194
Bürünc qablar. Təşəkkül tarixi hələ erkən tunc dövründən başlanan  tökmə  məmulatı misə 
müxtəlif aşqarlar qatmaq yolu ilə  əldə edilməklə, çox mürəkkəb inkişaf yolu keçmişdir. Aşqarın 
tərkibindən asılı olaraq qədim metal ustaları mis ərintisindən həm  tunc,  həm də  bürünc  əldə 
etmişlər. Ona görə də arxeoloji abidələrdən həm tunc, həm də bürünc məmulatına təsadüf olunur. 
Bürünc mis ərintisinə yarıbayarı nisbətdə  sink filizi qatmaq yolu ilə  əldə edilmişdir. Mis 
ərintisinə  mərgmüş, sürmə, qalay, qurğuşun xəlitələrindən bu və ya digərini qatdıqda tunc əldə 
olunurdu. Qalay istisna olmaqla, bu metal filizlərinin yerli yataqlarının bolluğu üzündən 
Azərbaycanın arxeoloji abidələrində tunc məmulatına daha çox təsadüf edilir. Bununla belə, tunc 
başlıca olaraq əmək aləti və soyuq silahların istehsalına sərf olunduğundan həmin məmulat növləri 
dəmir və poladdan hazırlanmağa başlayandan sonra tədricən  əməli  əhəmiyyətini itirib aradan 
çıxmışdır. Bundan fərqli olaraq, bürünc daha çox qab istehsalına və  bəzək  əşyalarının 
hazırlanmasına sərf olunması səbəbindən məhdud miqyasda da olsa, uzun müddət davam etmişdir. 
Sonralar bürüncü zinət istehsalı sahəsindən  zərgərlik, qab istehsalı sahəsindən isə  misgərlik 
məmulatları sıxışdırıb çıxarmışdır. Bununla da ənənəvi tökməçilik sənəti tənəzzülə uğrayıb aradan 
çıxmışdır. 
Texniki cəhətdən tökmə üsulu bu və ya digər məmulat növünün yumşaq mum modelini 
hazırlayıb onun üzərinə  qılaf rolunu oynayan gil (üzlük) çəkməyə  əsaslanırdı. Qəlib quruyandan 
sonra bişirilib saxsı halına salınır və onun içindəki mum əriyib tökülürdü. Həmin boşluğa bürünc 
ərintisi tökməklə lazımi məmulat növü əldə edilirdi. Soyuyub hazır hala düşmüş  məmulatı 
qılafından çıxarmaq üçün saxsı qəlibi sındırmaq lazım gəlirdi. Beləliklə, hər bir məmulat növü üçün 
yeni model və onun formasına müvafiq təzə qəlib düzəldilirdi. 
Bürünc əşyalar, əsasən, hakim zümrələrin sifarişi ilə tökülüb hazırlanırdı. Ona görə də onlar 
çox yaraşıqlı düzəldilirdi.  
Tökmə üsulu ilə hazırlanmış bürünc məmulatının bəzi nümünələri zəmanəmizədək gəlib 
çatmışdır. Bunların arasında hazırda Rusiya Dövlət Ermitajında saxlanılan bürünc gülabdan Y-YII 
əsrlərə aid avtafa, YI -YIII əsrlərə aid bürünc məcməyilər, XIII-XIY əsrlərin yadigarları olan 
bəzəkli bürünc qazanlar, xüsusilə 1399-cu ildə Teymurləngin sifarişi ilə Təbrizdə hazırlanmış iki 
tonluq nəhəng tiyan xüsusi yer tutur.
66
 
Azərbaycan bürünckarlarının tökmə üsulu ilə hazırladıqları bu tipdən olan bürünc qab 
nümunələri dünyanın digər ölkələrinə  də yayılmışdır. XII əsrdə Naxçıvanda hazırlanmış dodağı 
novçalı bürünc dolça nümunələri Nyu-York və Paris şəhərinə gedib çıxmışdır.
67
 
Vaxtı ilə Azərbaycanın tökmə ustaları tərəfindən düzəldilmiş yüksək bədii məziyyətlərə malik 
digər məişət əşyaları da dünya muzeylərinin fəxri eksponatlarına çevrilmişlər. Bu cəhətdən 1319-cu 
ildə Təbrizli Yusif Əhməd oğlu tərəfindən düzəldilmiş bürünc kasa Londondakı məşhur Viktoriya 
və Albert muzeyinin bədii sənət nümunələri arasında fəxri yer tutmuşdur.
68
 XII əsrin sonu və XIII 
əsrin əvvəllərində Şirvanın tökmə ustaları tərəfindən böyük məharətlə düzəldilmiş başqa bir bürünc 
tiyan Londonda qərar tutmuşdur. 4 ədəd orijinal formalı qulpa malik olan bu tiyan olduqca nəfis 
şəkildə ornamental nəqşlər və süjetli kompozisiya nümunələri ilə bəzədilmişdir.
69
 


 
197

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin