Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə45/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   41   42   43   44   45   46   47   48   ...   194
 
Toxuma məmulatı 
 
Mezolit dövründə hörmə texnikasının təkmilləşməsi və  bəsit  əl iyi (teşi) vasitəsi ilə 
əyriciliyin meydana gəlməsi sayəsində yun ip, kəndir və bir qədər sonralar isə pambıq lifindən 
hazırlanan  iplik,  erkən orta əsrlərdən başlayaraq  ipək teli  (keçi sap)  toxuma məmulatlarının 
başlıca xammalına çevrilmişdir.  
İp  əyirmək üçün yun əvvəlcə didilib daraq  vasitəsi ilə daranır, kətan döymə yolu ilə 
soyulub  liflənir, pambıq isə çiyiddən təmizlənib  mahlıc  halına salınırdı. Beləliklə,  dəzqah 
toxuculuğu, başqa sözlə, parça və xalça-palaz istehsalı üçün ölkədə əlverişli zəmin yaranmışdır. 


 
53
Bütün bu texniki  irəliləyişlər, basma (basmaqəlib) və qələmkarlıq məmulatlarının yaranmasına 
da təkan vermişdir.  
Mingəçevir qazıntılarından tunc dövrünə aid parça qalıqlarının tapılması faktı
2
 artıq həmin 
dövrdə parça istehsalı sahəsində dəzgah toxuculuğunun mövcud olduğunu söyləməyə əsas verir.  
Bəsit toxucu dəzgahı olan yer hanası hörmə  əməliyyatından  əriş-arğac sisteminə malik, 
çal-çarpaz keçirmə üsulu ilə icra olunan  toxuma texnikasına keçməyə imkan vermişdir. Tədricən 
yer hanası ilə yanaşı, dik hana da meydana qəlmişdir. 
Məhsuldar qüvvələrin sonrakı inkişafı  nəticəsində baş verən texniki irəliləyişlər  təpkən 
vasitəsilə hərəkət etdirilən mütəhərrik toxucu dəzgahlarının yaranmasına gətirib çıxarmışdır. 
Məlum olduğu kimi, üfüqi dəzgahların ayaqla işlədilən mütəhərrik növü ilk dəfə hələ yeni 
eranın I-III əsrlərində meydana gəlmişdir.
3
 Onun ilk vətəni  ərazi və  mədəni-tarixi  əlaqə 
baxımından Azərbaycana yaxın olan Mesopotamiya, Suriya və  İran olduğu güman edilir.
4
  İlk 
orta əsrlərdə Azərbaycanın İranla siyasi-inzibati və mədəni-texniki əlaqələri nəzərə alınarsa, nirə 
və  şana  sisteminə malik, təpkənli toxucu dəzgahlarının ölkəmizdə  məhz həmin dövrdə 
yayıldığını söyləmək olar.
5
 Bu faktı erkən orta əsrlərə aid arxeoloji qazıntılardan  əldə olunan 
parça qalıqlarının texnoloji təhlili də aydın göstərir. Antik dövr və orta əsrlərə  məxsus parça 
toxuculuğu üçün səciyyəvi olan bu tip təpkənli mütəhərrik dəzgahlar XIX əsrdə Azərbaycanda 
hələ  də istifadə olunmaqda idi. Həm də Azərbaycanda «şərbaf dəzgahı», «cecim dəzgahı», 
«mahud dəzgahı», «şal dəzgahı», «kətan dəzgahı», «xalça (palaz) hanası», «yer hanası» «bağ 
dəzgahı» («şalabəndçü», «xonçar dəzgahı», «dağar») və s. adlarla bəlli olan və  təkmillik 
baxımından bir-birindən seçilən toxucu dəzgahlarının müxtəlif tipoloji növləri mövcud 
olmuşdur. Toxucu dəzgahlarının bu bəsit növləri müxtəlif tarixi dövrlərdə yaransa da, onların 
çoxu XIX əsrə qədər gəlib çatmışdır. 
Ənənəvi dəzgah toxuculuğu, tipoloji cəhətdən  parça  və  xalça-palaz  məmulatı istehsalı 
olmaqla iki istiqamətdə inkişaf etmişdir.         

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin