54
fərqli texnoloji istehsal xüsusiyyətləri yaranmışdı. Məsələn, yun ip, iplik və ya parça
isti, ipək isə
soyuq boyama üsulu ilə boyanırdı. Pambıq və kətan parçaların da özünə məxsus boyaq maddələri
və boyaq üsulu təşəkkül tapmışdır.
Xammalın növündən asılı olaraq, ənənəvi toxuculuq məşğuliyyətinin müxtəlif sahələri:
həsir, xalça-palaz, ağlabənd, (şərid, bağ) və
parça toxuculuğu təşəkkül tapmışdır.
Azərbaycanda parça (kətan, qumaş, yun, ipək) istehsalının
şalbaflıq, kətançılıq, bəzzazlıq
və
şərbaflıq olmaqla, tarixən dörd sahəsi yaranmışdır. Hətta bunların bir qisminin daxilində
məmulat növləri üzrə dar ixtisaslaşma da baş vermişdir. Məsələn, ipək parçaların istehsalı
keci
və
xam ipək toxuculuğu olmaqla, bir-birindən fərqli istiqamətlərdə inkişaf etmişdir.
Azərbaycanda ipəkçilik təsərrüfatı erkən orta əsrlərdən etibarən təşəkkül tapdığından keçi
toxuculuğunun tarixi də həmin dövrə təsadüf edir. Keci sapdan zəngin çeşiddə
cecim məmulatı
toxunmuşdur.
Keci sap bişirmə üsulu ilə baramadan
hasil olunmuş pilədən əl iyi vasitəsi ilə əyirilirdi.
Cecim istehsalı, əsasən, kümdarlıqla məşğul olan kəndlərdə geniş yayılmışdı. Digər kəndlərin
əhalisi onu ya satınalma, ya da mübadilə yolu ilə əldə edirdi.
Keçmişdə kümdar qadınlar öz ailələrinin ehtiyacını ödəmək, qismən isə satış məqsədi ilə
keci sapdan «həmyan», «obagəzər», «alaköynək», «şalvar», «çuxa», «tətinlik», «xasqırmızı»,
«aloyşa», «alaca», «yorğan üzü», «döşək üzü» və s. adlarla bəlli olan müxtəlif növ
cecim tipli
parçalar toxuyurdular.
Keçmiş ev məişətində, xüsusilə, əhalinin kasıb təbəqələri arasında cecim toxunuşlu
parçalara tələbat böyük idi. Evin döşəməsi üzərinə düzülmüş
nimdər (döşəkcə),
mütəkkə, balınc,
püşti, dör döşəyi, yataq döşəyi, kürsü yörğanı, yorğan üzü, süzəni, camaxadan və taxça üçün
pərdə, yük örtüyü, buxarı qabağı, canamaz, süfrə, gərdək və s. cecim tipli parçalardan
düzəldilirdi. Bir sıra geyim növləri
(köynək, şalvar, arxalıq, çuxa, qurşaq, dolaq), habelə
heybə,
yəhərqaşı, çul, ladı, gərək torbası, duz torbası, çanta və s.
kimi məişət ləvazimatı cecimdən
düzəldilirdi.
6
Keci məmulatından fərqli olaraq, xam ipəkdən
toxunan parçaların istehsalı ilə «şərbaf»
adlanan peşəkar ustalar, həm də xüsusi
şərbaf karxanalarında məşğul olurdular.
Şərbaf karxanalarında toxuma və naxışlama proseslərinin tələbindən asılı olaraq müxtəlif
növ əmək alətləri və dəzgahlardan istifadə olunmuşdur. Bir qayda olaraq, xam ipək telləri
mançılıq vasitəsilə baramadan açılıb sarınandan sonra bir sıra texniki əməliyyatlardan keçirdi.
Bütün bunlardan sonra xam ipək toxuma
prosesinə məruz qalmaqla, mütəhərrik
şərbaf
dəzgahları vasitəsi ilə zərif ipək parçalara çevrilirdi.
Dar peşə ixtisaslaşması xam ipək toxuculuğu daxilində də baş vermişdir. Bunun
nəticəsində
basmaqəlib üsulu ilə əlavə bəzək vurulmuş kəlağayı istehsalı xüsusiləşib ayrıca
istehsal sahəsinə çevrilmişdi. Hətta orta əsrlərdə Azərbaycanın ipək toxuculuğunda bu və ya
digər parça məmulatı (
diba, zərbaf, zərxara, atlaz, tafta, mov, darayı, qanovuz və s.) istehsalı
üzrə də dar peşə ixtisaslaşması baş verdiyi nəzərə çarpır. Məsələn,
güləbətin, yəni qızıl və ya
gümüş telləri sarınmış xüsusi növ ipək tellərindən hazırlanan
zərbaf və
zərxara tipindən olan
parçaların toxuma texnologiyası digər ipək parçalardan seçilirdi. Hətta
diba nisbətən mürəkkəb
istehsal texnologiyasına malik olduğundan «dibac», yəni diba toxuyan
peşəkar ustalar tərəfindən
toxunurdu.
7
Ənənəvi parça növləri bəzən bu və ya digər geyim üçün nəzərdə tutulub ədədi qaydada
toxunulurdu. Belə halda geyim növü ilə parçanın adı eyniləşirdi. Məsələn, bir ədəd çuxa və ya
şalvara yetəcək ölçüdə, ədədi qaydada toxunan mahud, yaxud şal parça tikəsi müvafiq geyim
növünün adı ilə «çuxa» və ya «şalvar» adlanırdı. Gəncə-Qazax bölgələrində «məndulə» adı ilə
yayılmış arxalıq kənardan gətirilmə eyniadlı yun parça növündən tikildiyi üçün əhali arasında
həmin istilahla tanınırdı. Eyni hal cecim tipli parçalarda da nəzərə çarpırdı. Cecim toxunuşlu
«yorğan üzü», «döşək üzü», «canamaz», «yük pərdəsi», «taxça pərdəsi», «mütəkkə üzü» və s. bu
qəbildən olub ədədi qaydada toxunur və eyni istilahla həm parçanı,
həm də məmulat növünün
adını bildirirdi.
Dostları ilə paylaş: