Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə47/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   43   44   45   46   47   48   49   50   ...   194
Kətan məmulatı.  Qədim tarixə malik olan bəsit  burma, eşmə  və  hörmə  vərdişləri 
sahəsində  əldə edilən ilk əməli təcrübə sonralar əyirmə  üsulunun yaranmasına və bu zəmin 


 
55
əsasında geyim və digər məişət vasitələri üçün zəruri olan parça  toxuculuğunun meydana 
gəlməsinə səbəb olmuşdur. Toxuma texnikasının tədricən təkmilləşib inkişaf etməsi bol ehtiyata 
malik olan lifli bitkilərdən səmərəli şəkildə istifadə olunmasını zəruri etmişdir. 
Toxuculuğun başlıca xammalı olan ip (sap) əyirmək üçün o zamana qədər bəlli olan lifli 
bitkilər arasında  ən önəmlisi  kətan (kənaf) olmuşdur. Azərbaycanın ayrı-ayrı bölgələrində 
müxtəlif adlarla (kəndir, çətənə, vic, sigəzi və s.) bəlli olan bu lifli bitkinin istehsal xassələrinin 
mənimsənilməsi, xüsusilə onun saplağını  təşkil edən elastik və  zərif liflərin cecədən ayrılıb 
təmizlənməsi yollarının tapılması parça toxuculuğunun meydana gəlməsi üçün zəmin 
yaratmışdır. Bununla da yurdumuzun qədim sakinlərinin həyatında müstəsna rol oynayan yeni 
bir fəaliyyət sahəsi açılmışdır. Bu mənada Azərbaycan ərazilərinin dağətəyi rütubətli sahələrində 
yabanı halda bitən lifli bitkilər müstəsna rol oynamışdır. Bu bitkilərdən əldə edilən nazik və zərif 
tellər ibtidai parça toxuculuğunun ilk, həm də ən sərfəli xammalı olmuşdur. Yabanı kətan lifinin 
emal olunma üsullarının və texniki vasitələrinin təkmilləşməsi həm də onun becərmə yolu ilə 
yetişdirilməsinə gətirib çıxarmışdır. 
Kətan bitkisinin mədəni yolla becərilməsi onun liflərinin keyfiyyətinə yaxşı  təsir 
göstərmişdir. 
Azərbaycanda mədəni kətan bitkisinin becərilmə tarixini dəqiq müəyyənləşdirmək üçün 
faktik materiallar kifayət etmir. Doğrudur, qədim Mingəçevirdə arxeoloji qazıntılar zamanı tunc 
dövrünə aid kətan toxunuşlu parça qalıqlarına təsadüf edilmişdir.
8
 Bununla belə, onun yabanı, 
yaxud mədəni kətan lifindən toxunduğunu söyləmək çətindir. Çünki botaniki tədqiqatlar 
nəticəsində qədim Mingəçevir ətrafında yabanı kətan bitkisinin yetişdiyi müəyyən olunmuşdur.
9
 
Bu mənada Azərbaycan  ərazisi tarixən yabanı  kətanın qədim vətənlərindən biri olmuşdur. 
Məlum olduğu kimi, mədəni kətanın boyu, deməli həm də lifləri 2-3 m-ə çatmaqla, yabanı 
kətandan fərqlənir.  
Kətanın saplağını  əmələ  gətirən elastik liflər onu tikmə, hörmə  və  toxuma  işlərinin  ən 
sərfəli xammal növünə çevirmişdir. 
Azərbaycanda kətan parça toxuculuğu təkcə  qədim dövrdə deyil, erkən orta əsrlərdə
10
  və 
ondan sonra gələn tarixi mərhələlərdə  də davam etdirilmişdir. Yazılı  mənbələrdən göründüyü 
kimi, Azərbaycanda kətan və kənaf istehsalı X əsrdən etibarən əhəmiyyətli dərəcədə azalmışdır. 
İ.P.Petruşevski bu tənəzzülün səbəbini həmin dövrdən etibarən ölkədə pambıqçılığın inkişafı və 
pambıq parça istehsalının artması ilə izah etmişdir.
11
 Bununla belə, inkişaf etmiş orta əsrlərdə 
Azərbaycanda kətan parça istehsalı  məhdudlaşsa da, o tamam aradan çıxmamışdır. XIII əsr 
coğrafiyaşünası Yaqut əl-Həməvi o zamankı  Dərbənd  şəhərindən bəhs edərkən xəbər verir ki, 
burada və onun ətraf  əyalətində  kətandan elə paltarlar hazırlanır ki, beləsi nə Aranda, nə  də 
Azərbaycanda yoxdur.
12
 
XVIII  əsrin sonlarına aid arxiv sənədlərində  Dərbənd  əyalətindən bəhs olunarkən burada 
pambıq və ipəklə yanaşı, meşələrlə  əhatə olunmuş dağ  kəndlərində  kətan (kəndir) becərilməsi 
barədə məlumat verilir.
13
 XVIII əsrdə «kəndir» adı ilə tanınan kətan bitkisinin Quba xanlığının 
dağ kəndlərində hələ də becərildiyi barədə məlumat vardır.
14
 XVIII əsrin sonlarına aid başqa bir 
mənbədə kətan bitkisinin az miqdarda Qazax və Şəmşəddin sultanlıqlarında da becərildiyi xəbər 
verilir.
15
 
XIX əsrin əvvəllərində Quba əyalətinin Tip mahalına daxil olan Küpçal, Üçkün və Qəçrəş 
kəndlərində kətan (kəndir) bitkisinin əkilib becərildiyi və bundan 200 pud kəndir lifi hasil olduğu 
xəbər verilirdi.
16
 Quba əyalətində  kətan (kəndir) bitkisinin becərilməsi faktı XIX əsrin 
əvvəllərinə aid başqa bir mənbədə də təsbit olunur.
17
  
XIX əsrin ikinci yarısında Azərbaycanda kətançılıq məhdud miqdarda da olsa, fərdi kəndli 
təsərrüfatlarında davam etdirilirdi. XIX əsrin 80-ci illərinə aid bir mənbədə Quba qəzasının şimal 
hissəsindəki Üçkün, Qəçrəş, Küpçal, Susay, Gəray, Gican və Düztahir kəndlərində  kətan 
(kəndir)  əkilib becərildiyi xəbər verilir.
18
 Bu lifli bitkinin, habelə, qəzanın cənub hissəsindəki 
dağətəyi, qismən də dağ kəndlərində becərildiyi bildirilir.
19
 
Quba qəzasında kəndir lifindən əyirilmiş sapdan «sigəzi» adlanan kobud kətan parça növü 
toxunmaqdan  əlavə, ev məişətində  gərək olan bir sıra zəruri məişət və  təsərrüfat ləvazimatı 
(buraz, tay kəndiri, yük kəndiri, çidar, cilov, çatı, sinə-çula, ciyə, təlis, xaral, çuval, xurcun, 


 
56
kəndir palazı, balıq və quş toru və s.) hazırlandığı etnoqrafik ədəbiyyatda öz əksini tapmışdır.
20
 
Məlum olduğu kimi, qədim zamanlarda istifadə olunan əyirmə  və  eşmə  (burma) 
vasitələrinin böyük bir qrupu müəyyən təkmilləşmə  və  dəyişmələrə  uğrayandan sonra 
zəmanəmizədək gəlib çatmışdır. Xammalın növündən asılı olaraq, bunlar forma, ölçü və  çəki 
etibarı ilə bir-birindən müəyyən qədər fərqlənsələr də, işləmə prinsipinə və tipoloji oxşarlıqlarına 
görə çox yaxın olmuşlar. Hətta onların bəziləri universal səciyyə daşımaqla həm kətan, həm yun, 
həm pambıq, həm də ipək  əyirmə  və ya eşmə (bükdərmə)  əməliyyatlarında müştərək istifadə 
olunmuşlar.  Əl iyi  (teşi, əyircək, dük), yaxud müxtəlif quruluşlu  cəhrə  (dövr)  bu cür universal 
əyirmə  və  eşmə vasitələri sırasına daxil idi. Bu əmək alətləri ilə yun, kətan, pambıq və ipək 
(keci)  əyirib bükdərmək olurdu. Bu alətlərlə yanaşı, hər bir xammal növünün özünə  məxsus 
spesifik  əmək alətləri də yaranmışdı. Belə alətlərə  kətan və ipək emalı sahəsində daha çox 
təsadüf edilirdi. 
Kətan (kəndir) sap istehsalında tətbiq olunan əmək alətlərinin böyük bir qismi 
Azərbaycanın cənub-şərq və  şimal-şərq bölgələrində XIX əsr və XX əsrin  əvvəllərinədək 
qalmaqda idi. 
Lənkəran-Astara bölgəsində talış dilində «vic» və ya «vış» adlanan kətan (kəndir) lifi «vişo 
adlanan» xüsusi lifləyici dəzgah vasitəsilə hazırlanırdı. Bunun üçün kətan dəstələrini vışonun 
çənəsi arasına salıb döyəcləməklə,  əzişdirir və onların saplaqlarını cülədən ayırırdılar. Sonra 
kətanın saplağının özəyini təşkil edən cülə qırıntılarını liflərdən tamam təmizləmək üçün onları 
miz  üzərində «lato» adlanan taxta bıçaq (cüləkeş, sıyırğac) vasitəsilə  təkrar-təkrar sıyırırdılar. 
Liflərin uzun və  qısasını bir-birindən ayırmaq üçün çox vaxt kəndir lifi daraq  vasitəsilə 
daranırdı. Darama prosesi zamanı liflər həm də cülə  qırıntılarından təmizlənir və  «əlçim» 
adlanan xalis piltə halına düşürdü. Əlçimlənmiş kətan piltəsindən əl iyi
21

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin