62
olandan sonra bir sıra texnoloji əməliyyatlardan (yuyulub təmizlənmə, ağardılma, bişirilib
sıxlaşdırılma və s.) keçirdi. Bundan əlavə, hazır pambıq parçaların böyük qismi habelə boyama,
yaxud basma-qəlib üsulu ilə naxışlanıb bəzəkli hala salınır, beləliklə də dekorativ-tətbiqi sənət
məhsuluna çevrilirdi.
Bunların arasında boyaq
məmulatı
(şilə, qədək) xüsusi yer tuturdu. Pambıq parçaların
naxışlanıb bəzədilməsi ilə xüsusi karxanalarda, həm də peşəkar boyaqçı və qəlibkeş ustalar
məşğul olurdular. Bu məmulat növlərinin hər birinin özünə məxsus bəzək texnologiyası təşəkkül
tapmışdır.
Pambıq parça məmulatının bəzi növlərinin bəzədilib naxışlanmasında isə həm boyama,
həm də basmaqəlib (basmanaxış) üsullarından müştərək istifadə olunmuşdur.
Etnoqrafik materialları əbədiyyat məlumatları ilə tutuşdurduqda məlum olur ki, XIX
əsrədək gəlib çatmış ənənəvi pambıq parçalar
(bez, codana, calamaya, mitqal, ağ) ən çox
boyama, qismən isə basmaqəlib
üsulları ilə bəzədilmişdir. Boyaq üsulu ilə bezdən
şilə, qədək,
bezin qaba (cod) növü olan codanadan isə
çadra hazırlanırdı. «Calamaya» və ya «humayın ağı»
adlanan zərif ağdan basma-qəlib üsulu ilə
çit hazırlanırdı.
Azərbaycan əhalisinin kasıb zümrələrinin məişətində boyama üsulu ilə ağ bezdən
hazırlanan
şilə və
qədək o dərəcədə mühüm yer tutmuşdur ki, ilk baxışda elə görünürdü ki, sanki
burada bez yalnız boyaq materialı məqsədi ilə kasıblar üçün toxunulurmuş.
Ağardılmış bezi qırmızı
rəngə boyamaqla, ondan
şilə, mavi
(göy) rəngə boyadıqda isə
qələk əldə edilirdi. Adlarının etimoloji mənası Azərbaycan dilinin leksik materialı ilə o qədər də
səsləşməyən bu pambıq parça növləri
57
XIX əsrdə Azərbaycan əhalisinin müxtəlif sosial
zümrələrinin geyim mədəniyyəti və məişətində hələ də mühüm yer tutmaqda idi. Şilədən bir sıra
qadın geyimləri tikilməkdən əlavə, həm də balınc və mütəkkə üzü, taxça və camaxatan pərdəsi
düzəldilir, habelə ondan boxça və hamam fitəsi kimi də istifadə olunurdu.
Keçmişdə qədəkdən ən çox köynək, bulaşa, kişi arxalığı tikilərmiş. Bu mənada qədək bir
növ kasıb libası, abır paltarı üçün ən münasib və sərfəli parça materialı sayılarmış. Bununla belə,
yerli bez istehsalı kənardan, ən çox isə Rusiyadan idxal olunan ucuz pambıq və kətan parçaların
rəqabətinə dözməyib XIX əsrin ikinci yarısından etibarən tənəzzülə uğramağa başlamışdır.
Bununla əlaqədar olaraq, yerli bezdən hazırlanan şilə və qədək istehsalı da aradan çıxmışdır.
Ucuz fabrik parçalarının idxalı nəticəsində tənəzzülə uğrayan bezdən fərqli olaraq,
codana
daha möhkəm və davamlı olması səbəbindən xeyli müddət özünün istehsal əhəmiyyətini qoruyub
saxlamış və kənardan idxal olunan ucuz manufaktura ağının rəqabətinə dözə bilmişdir.
Codananın möhkəmliyini təmin etmək üçün, adətən, onun uzatma və atmacı nisbətən yoğun
əyrilməkdən əlavə, həm də möhkəm bükdərilirdi.
58
Pambıq parçalara, xüsusilə də, zərif toxunuşlu
ağ (hümayin ağı) və basma üsulu ilə ondan
hazırlanan
çit parçalara əhalinin varlı təbəqələrinin də məişət və geyim tələbləri böyük idi. Ona
görə də pambıq parçalara əhalinin müxtəlif zümrələrinin geyim və məişət tələbatı bütün orta
əsrlər boyu dəyişməz olaraq qalmışdır. Bütün bu amillər Azərbaycanda pambıq bitkisinin
becərilməsini və ondan müxtəlif növ qumaş parçalar toxunmasını zəruri etmişdir.
Lakin XIX əsrin sonlarına doğru nəinki yerli pambıq parçalar, habelə ipək qatışığı ilə
toxunan ənənəvi qumaşlar tənəzzülə uğrayıb aradan çıxmışdır. Əvvəlcə İngiltərədən, sonralar isə
Mərkəzi Rusiyadan idxal olunan yüksək keyfiyyətli fabrik parçaları ucuz başa gəlmələri
səbəbindən tədricən yerli pambıq parça istehsalını sıxışdırıb aradan çıxarmışdır.
59
A.S.Piralovun
yazdığına görə, bunun üçün, yəni yerli pambıq parçaların istehsalının aradan çıxmasına yarım
əsrədək vaxt gərək olmuşdur. Kustar pambıq parça istehsalı ilə bərabər pambıq bitkisinin
becərilməsi də aradan çıxmağa başlamışdır.
60
Dostları ilə paylaş: