65
müxtəlif sayaqla bir-birini əvəzləyib qovuşmasından ibarət tərtiblənirdi. Bunun üçün, əsasən, əriş
düzümü zamanı müxtəlif rəngli sapların alabəzək tərtibatından istifadə olunurdu. Bununla
yanaşı, cecim toxuculuğunda nəbati məzmunlu digər naxış-bəzək nümunələrinə də təsadüf
olunurdu. Belə olan halda alabəzək zolaqlar cecim üçün fon təşkil edir, ara ipəyi (atma)
vasitəsilə əmələ gətirilən nəbati məzmunlu ornamental rəsmlər isə parça məmulatının naxış
xüsusiyyətini və çeşni əlamətini qabarıq surətdə təzahür etdirirdi. Məhz bu səbəbdən cecim
çeşniləri zolaqların səciyyəsinə görə deyil, məhz həmin ornamental bəzəklərə görə «dırnaqlı»,
«gül yarpağı», «qönçəli», «butalı», «badamlı», «tovuz» və s. adlarla fərqləndirilirdi.
Cecim məmulatı təkcə bəzək-naxış xüsusiyyətlərinə görə deyil, habelə istehsal
texnologiyası baxımından da bir-birindən seçilirdi. Belə ki, cecimlərin bir qismi «ikiüzlü»,
müəyyən hissəsi isə «birüzlü» toxunurdu. Bu da onların istifadə olunma məqsədlərindən irəli
gəlirdi. İkiüzlü toxunan cecimlər el arasında «həmyan» adlanmaqla, daha keyfiyyətli olur və
yüksək qiymətləndirilirdi. Onun istehsalına xeyli artıq xammal və əmək sərf olunurdu. Bəzək
tərtibatı baxımından ikiüzlü («həmyan») cecimin müxtəlif çeşniləri: «tovuz», «məlikəli»,
«alaköynək», «belibağlı», «obagəzər» və s. mövcud olmuşdur.
70
Keçmişdə zolaqlı həmyan ən çox Şuşa qəzasının Lənbəran kəndində istehsal olunarmış.
Zolaqlı cecimin «obagəzər» adlanan digər növü isə yenə də həmin qəzanın Ağcabədi və
Xəlfərəddin kəndlərində toxunarmış.
71
«Köynək» və ya «alaköynək» adlanan cecim növü həmyanla eyni ölçülərdə, yəni 8 gireh
enində və 12 xan arşını uzununda toxunurdu.
72
Şalvar, arxalıq, çuxa tikmək üçün nəzərdə tutulan eyniadlı keci parçalar, həmçinin,
həmyansayağı ikiüzlü, lakin yekrəng toxunarmış.
Bunlardan fərqli olaraq, «yorğan» və ya «döşəküzü» (eni yarım arşın, uzunu 6 xan arşını)
həm bişirmə kecidən, həm də sarıma xam ipəkdən, bəzən isə bunların hər ikisinin qatışığından
toxunurdu. Belə halda, adətən, əriş (uzatma) tayları xam ipək telindən, ara ipəyi isə keci sapdan
ibarət olurdu.
Bəzək tərtibatına görə, döşək üzü «gül yarpağı» və «dırnaqlı» adlanmaqla iki çeşiddə
toxunurdu. Döşək üzü xam ipək qatışığı ilə toxunduqda «çarqat», yəni dörd qat adlanırdı. Onun
əriş uzatmaları bir qayda olaraq, dörd qatdan ibarət bükdərilirdi.
Bəzəkli cecimlərdən fərqli olaraq, «saya» adlanan naxışsız
döşəküzü «ağyerli» və
«ağəbirli» olmaqla iki çeşiddə toxunurdu.
73
Birüzlü toxunan cecimlərin tipik nümunəsi «saya» adlanan keci parça növü, adətən,
yekrəng, həm də nazik və bəzəksiz toxunurdu. Az dözümlü və mafraq olan saya cecimin
istehsalına qismən az material (keci sap, boyaq) sərf olunduğundan o, nisbətən ucuz başa gəlir və
aşağı qiymətləndirilirdi.
Dostları ilə paylaş: