69
qaydada toxunurdu. Mənbənin yazdığına görə, 54 misqal xalis ipək telindən hər birinin uzunu
2,25 arşın, eni 1,75 arşın olan 34 ədəd kələğayı hasilə gəlirdi.
110
Şamaxı karxanalarında toxunan ipək parçalar, xüsusilə, darayı və tafta yerli bazarlarda
satılmaqdan başqa, Moskva, Həştərxan, Tiflis, Bakı, Quba, Dərbənd, Şəki, Şuşa şəhərlərinə
göndərilir, kələğayı və çarşab isə bütün bunlardan əlavə, həm də Türkiyə və İrana ixrac
olunurdu.
111
XIX əsrin ilk qərinəsində Gəncədə satılan Şamaxıya məxsus ipək parçalardan bəhs
olunarkən onların ölçüləri, rəng və bəzək çeşidləri, habelə toxuma texnikası barədə ötəri, lakin
olduqca gərəkli məlumat verilir. Bu məlumatlardan aydın olur ki, o zaman Şamaxıda eni 1 arşın,
uzunu 10 arşın olan zolaqlı rəngli mov parça toxunulurmuş. Yaxud, darayının «cüfttel» adlanan,
eni 1,25 arşın, uzunu 10 arşına çatan tünd yaşıl və mavi rəngli növləri istehsal olunurmuş.
Şamaxı taftası müxtəlif rənglərdə olmaqla, eni 4 çərək, uzunu 4 arşın ölçüdə toxunurmuş.
Kələğayı alabəzək olmaqla, eni və uzunu 1 arşından 2,5 arşınadək müxtəlif ölçülərdə
toxunulurmuş. Yorğan üzü 2,5 arşın eni və 3 arşın uzunu olmaqla, həmçinin, ədədi qaydada
istehsal olunurmuş.
112
İpək parça istehsalı Azərbaycanın digər şəhərlərində də davam etdirilirdi. XIX əsrin 30-cu
illərində təkcə Şuşa şəhərində 132 toxucu dəzgahı olan 42 şərbaf karxanası fəaliyyət göstərirdi.
1829-cu ildə həmin karxanalarda 7200 ədəd müxtəlif növ ipək parça, 740 ədəd kələğayı, 6100
ədəd kəmsənfə toxunmuşdur. İpək parçaların (
darayı, çadra, kəmsənfə və s.) hər topunun eni 4
çərəkdən 1 arşınadək, uzunu isə 25 arşın ölçülərdə toxunurdu.
113
Kəmsənfə pambıq qatışıq qırmızı parça olub, uzatması ipək telindən, atmacı isə pambıq
sapdan toxunur, əsasən də köynək və şalvar tikmək üçün işlənirdi.
114
Həmin dövrdən bəhs edən digər bir mənbədə vaxtilə Dərbənd şəhərində ipək parça
toxumaq üçün 200 dəzgah olduğu və həmin dəzgahlarda müxtəlif rənglərdə
tafta və
darayı
toxunduğu, habelə həmin parçaların keyfiyyət etibarı ilə Şamaxı mallarından heç də geri
qalmadığı xəbər verilir.
115
Yuxarıda gətirilən faktlardan göründüyü kimi, Azərbaycanın ənənəvi ipək parçalarının bir
qismi
(atlaz, tafta, darayı, mov, qanovuz, yorğanüzü, çarşab, çadra, kəlağayı ) XIX əsrin
sonlarına, başqa sözlə, yerli şərbaf karxanaları tənəzzülə uğrayıb aradan çıxana qədər davam
etmişdir. Bunların arasında təkcə kəlağayı istehsalı uzunömürlü və davamlı olmuşdur.
Azərbaycanın kustar ipək parça istehsalının tənəzzülə uğramasının başlıca səbəblərindən
biri maddi-texniki baxımdan zəif olan yerli şərbafxanaların Rusiyadan ixrac olunan ucuz və
yaraşıqlı parçaların rəqabətinə dözməməsi olmuşdur. Bu işdə xarici
bazarda xam ipəyə və
barama məhsuluna tələbatın artması ilə əlaqədar yerli bazarlarda ipəyin qiymətinin kəskin
surətdə bahalaşması da mühüm rol oynamışdır. Belə şəraitdə yerli şərbaflar üçün elə bir mənfəət
götürə bilmədikləri kustar ipək parçaları toxuyub satmaqdansa, heç bir zəhmət çəkmədən onu
xammal halında satmaq sərfəli idi. Xam ipək məhsulunun qiymətinin bahalaşması nəticəsində
məhdud maliyyə məsrəfinə malik olan və heç bir yerdən kredit yardımı ala bilməyən yerli
şərbaflar öz fəaliyyətlərini əvvəlki miqyasda davam etdirmək imkanından məhrum olmuşdular.
Belə şəraitdə onlar ya ipək parça istehsalını azaltmaq məcburiyyətində qalır, ya da karxananı
tamam bağlamalı olurdular.
116
Azərbaycanın ənənəvi ipək parça toxuculuğunda kəskin tənəzzül XIX əsrin 90-cı illərinin
ortalarında başla mışdır.
117
Bakı qubernatorunun 1882-ci ilə dair hesabatında bildirilirdi ki,
əvvəllər külli miqdarda istehsal olunan ipək parçalar demək olar ki, daha hazırlanmır və xaricə
ixrac olunmur, yaxud çox məhdud miqdarda göndərilir. Buranın
yüksək keyfiyyətli mov və
qanovuz parçaları xarici fabriklərin çox vaxt Zaqafqaziya baramasından toxunan aşağı
keyfiyyətli, bekar malları ilə əvəz olunmuşdur. Əgər Zaqafqaziyanın həmin xam ipəyi yerlərdə
emal olunub toxunsa, əhali bundan külli miqdarda gəlir götürə bilər, dövləti isə xaricdən ipək
parça idxal etmək xərclərindən azad edərdi.
118
Lakin bu hal baş verə bilməmiş, Azərbaycanın
başlıca şərbaflıq mərkəzi olan Şamaxı qəzasında ipək parça istehsalının tənəzzülü davam
etmişdir. S.İ.Qulişambarov Azərbaycanın ənənəvi ipək parça istehsalının bu dövrki tənəzzülünün
əsas səbəbini Moskvanın fabrik mallarının, xüsusilə də, Asiya məzmunlu
nəqşlərə malik
parçalarının burada peyda olmasında görürdü. Moskva ipək parçalarının idxalı nəticəsində yerli
70
parçalar o dərəcədə qiymətdən düşmüşdür ki, bu karxanaların nə üçün hələ də işləməsi təəccüb
doğurur.
119
Həmin fikri görkəmli ipəkçilik mütəxəssisi N.N.Şavrov da səsləndirərək yazırdı ki,
yerli parçaların satışı olduqca məhdud səciyyə daşımaqla, Moskvanın ucuz və yüksək keyfiyyətli
toxuma məhsulları tərəfindən sıxışdırılıb istifadədən çıxarılırdı.
120
Bir zamanlar Azərbaycana şan-şöhrət qazandıran ənənəvi ipək parça istehsalının düçar
olduğu acınacaqlı taleyinə acıyan H.B.Zərdabi yazırdı: Şirvan xanlarının keçmiş paytaxtı Şamaxı
şəhəri həmişə ipək toxuculuğunun mərkəzi olmuşdur. Şamaxılılar sözün əsl mənasında elə
beləcə, kəndlərdə olduğu kimi, ipək toxumaqla məşğul olan adi kustarlar deyildilər, onlar yalnız
bu sənətlə yaşayan peşəkar toxuculardır. Ona görə də fabrikin yerli ipək toxuculuğuna mənfi
təsiri kəndlərdə və Şamaxı şəhərində eyni deyildi. Kənd kustarları ipək toxuma fəaliyyətlərini
tərk edib, kənd təsərrüfatı ilə məşğul olmağa başladıqları halda, şamaxılılar
ucuz fabrik
məhsulları tərəfindən sıxışdırılan mov və qanovuz istehsalını dayandırmış, bunun əvəzində
Dostları ilə paylaş: