71
Məlum olduğu kimi, Azərbaycanda tarixən müxtəlif qoyun cinsləri (bozax, herik, dönmə,
mazıx, balbaz, qaradolaq, qala, şahsevən və b.) yetişdirilmişdir. Qoyun cinslərindən asılı olaraq
yunun keyfiyyətində fərq nəzərə çapırdı.
Bundan əlavə, qırxım mövsümündən asılı olaraq, qoyun
yunu qaba və ya zərif, cod və yaxud yumşaq, liflərin uzun («yanağı»), yaxud qısa («küzəm»)
olması, habelə rəng çaları (ağ, boz, çal,qara, qonur, qumral və s.) etibarilə bir-birindən
fərqlənirdi. Bu və ya digər məmulat növünün hazırlanmasında yun növlərinin hər birinin istehsal
xüsusiyyətləri, hansı məqsəd üçün istifadə edilməyə yararlı olduğu nəzərə alınırdı. Yunun
istehsal xassələri arasında onun liflərinin uzun və ya qısa olması mühüm əhəmiyyət kəsb edirdi.
Bu səbəbdən uzun lifli «yolma» yun, adətən, «qırxma» yundan fərqləndirilirdi.
127
Yun ipin boyağı yaxşı götürməsi yunun rəng çalarından və zəriflik
xüsusiyyətindən xeyli
dərəcədə asılı idi. Ona görə də bu və ya digər məmulat növü üçün xammal tədarükü zamanı bu
cəhıətə xüsusi diqqət yetirilirdi. Məsələn, quzu küzəmi həddən ziyadə zərif olub hər cür rəngi,
xüsusilə də qara boyanı yaxşı götürür və şəvə parıltısı verirdi.
128
Yuxarıda adları çəkilən yun növlərinin hər birinin özünə məxsus ənənəvi tətbiq sahəsi
mövcud idi. Yun toxuculuğu mərkəzlərində qısa lifli quzu küzəmi başlıca olaraq,
şal və ya
Dostları ilə paylaş: