Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə65/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   61   62   63   64   65   66   67   68   ...   194
mahud istehsalına, subay davar üzəmi keçə, yapıncı, çopoz basmaq üçün, yapağı yun xalça-palaz 
toxuculuğuna, xüsusilə, arğac və ilmə ipinə sərf olunurdu. 
Toxuma məqsədi ilə yuyulub çubuq  və ya  yay vasitəsilə atılmış yun, əvvəlcə  daraq  ilə 
daranıb əlçimlənir və «piltə» halına salınırdı. Sonra əlçim edilmiş yun piltələri əl iyi (teşi) və ya 
cəhrə ilə əyrilib yalınqat ip halına salınırdı. Sonra yalınqat ip bir neçə qatdan ibarət yumaqlanıb 
bükdərilirdi.
129
 
Azərbaycanda cəhrənin bütöv  və qurama toplu olmaqla, müxtəlif tipoloji növləri 
yayılmışdır. Xarrat çarxı vasitəsi ilə xüsusi peşəkar ustalar tərəfindən yonulub hazırlanan bütöv 
toplu cəhrədən fərqli olaraq, qurama cəhrəni dülgərlikdən az-çox səriştəsi olan hər bir kəs özü də 
düzəldə bilirdi. 
Ənənəvi ipəyirmə vasitələri təkcə  əl iyi və  cəhrədən ibarət olmamışdır. Keçmişdə 
Azərbaycanın bir sıra etnoqrafik bölgələrində  vəlvələ, fırlağan, novşa, dük  və  s.  kimi  bəsit 
ipəyirmə vasitələrindən də istifadə olunduğu qeydə alınmışdır.  
Yun ip toxuma prosesinə  qədər daha bir sıra texniki əməliyyatlara məruz qalırdı.  İlk 
növbədə o, işin tələbindən asılı olaraq, ikişər, üçəm, yaxud dördqat edilməklə yumaqlanır, sonra 
bükdərilib «qırtız» vasitəsilə qırtızlanır, nəhayət axırda boyanmaq üçün kələf halına salınırdı.
130
 
Yun ipin təbii boyaqlar vasitəsi ilə müxtəlif rənglərə boyanması sahəsində Azərbaycan 
toxucuları çox zəngin  əməli təcrübə  əldə etmişdilər. Nəsildən-nəslə keçərək davam edən bu 
empirik xalq təcrübəsi boyaqçılıq sənətinin, xüsusilə, peşəkar küp boyaqçılığının yaranması ilə 
nəticələnmişdir. 
Mövcud statistik materialları  nəzərdən keçirdikdə  bəlli olur ki, vaxtilə Azərbaycan 
əhalisinin geyim dəbində  şal, mahud   cecim  tipli parçalar mühüm yer tutmuşdur. XIX əsrin 
80-ci illərindən bəhs edən mənbələrdə  təkcə Qazax qəzasında hər il 5000 ədəd,
131
  Şamaxı  və 
Göyçay qəzalarında isə 5000-dən 6000-ə qədər satlıq şal
132
 istehsal olunduğu xəbər verilir. 
Maraqlı haldır ki, Azərbaycanın qərb, qismən də  şərq və  cənub bölgələrində  şalı yer 
hanasında qadınlar, mərkəzi (Şirvan) bölgəsində isə mütəhərrik şal dəzgahında, həm də «şalbaf» 
adlanan kişi ustalar toxumuşlar. «Qafqaz təqvimi»nin 1856-cı ilə aid buraxılışından göründüyü 
kimi, Bakı qəzasının 3 kəndində (Əmircan, Bülbülə və Suraxanı) cəmləşmiş parça (bez, mahud) 
toxuculuğu ilə, həmçinin kişilər məşğul olurmuş.
133
 Başqa bir mənbədə isə mahud (şal) 
toxuculuğu ilə  qəzanın digər kəndlərində qadınların məşğul olduğu xəbər verilir.
134
 Bu 
faktlardan belə  məlum olur ki, keçmişdə Abşeronun  əksər kəndlərində yer hanasında qadınlar 
«qılıncı  şal»,  Əmircan, Bülbülə  və Suraxanıda isə mütəhərrik  şal, yaxud mahud dəzgahında 
kişilər «təpmə şal» toxumuşlar. 
Zəmanəmizədək çox məhdud sayda yun parça növü gəlib çatmışdır. Həmin parça növlərini 
və onların adlarını  əks etdirən istilahların yeknəsəq səciyyə daşımasının səbəblərini nəzərdən 
keçirdikdə aydın olur ki, bu məsələdə Azərbaycan təbiətinin çox vaxt isti keçən iqlim şəraiti ilə 
yanaşı, həm də burada çox geniş çeşidə malik olan digər parça növlərinin (pambıq, ipək, kətan) 
hərtərəfli inkişafı mühüm rol oynamışdır.  Əlbəttə, adları yazılı  mənbələrdə qalmamış, yaxud 


 
72
yaddaşlardan silinmiş  ənənəvi yun parça növləri də az deyildir. Görkəmli fransız səyyahı Jak 
Şarden orta əsrlərdə Azərbaycan və  İranda yüzlərlə parça növü istehsal olunduğunu xəbər 
verir.
135
 Onların çoxunun adı  zəmanəmizədək gəlib çatmamışdır. Azərbaycanın  ənənəvi yun 
parçaları da bu qəbildən idi. 
Şal.  Orta  əsr məxəzlərində, xüsusilə  ərəbdilli mənbələrdə «suf» kimi təqdim edilən yun 
parça növü zəmanəmizə  «şal» adı ilə  gəlib çatmışdır. Məlum olduğu kimi, yazılı  mənbələrdə 
sufun, başqa sözlə, yun parçanın müxtəlif növlərinin adları (mürəbbe, mühəttəm, təfsilə

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin