- Universitetin Azərbaycan ilə əlaqələri hansı
səviyyədədir?
- Anadolu Universitetinin “Azərbaycan Proqram-
ları” yeni olsa da cəlbediciliyini təmin edə bilmişdir.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin
müstəqillik sütunlarını insan kapitalı ilə möhkəm-
ləndirir. Hesab edirəm ki, Anadolu Universitetinin
“Azərbaycan Proqramları”nın gerçəkləşməsi də Azər-
baycan dövlətinin başçısının elm və təhsil sahəsindəki
rəngarəngliyə diqqət göstərməsindən irəli gəlmişdir.
Müasir dünyada elm və təhsil sahəsini ən ciddi
rəqabət əhatə etmişdir. Rəqabətə davam gətirməyən
təhsil müəssisəsi özünü qoruya və inkişaf etdirə bilməz.
Bu sahədə rəqabətin yeganə göstəricisi məzunların
bilik səviyyəsi və onların kadr kimi qəbul olunmasıdır.
Dostları ilə paylaş: |