N Ə T I C Ə
1. Naxçıvan MSSR-də səhiyyənin inkişaf etdirilməsi
haqqında beşillik (beşinci və altıncı) və yeddiillik planlarda
nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə yerinə yetirilirdi.
2. Xəstəxanaların, onlarda olan çarpayıların, ambulator
müəssisələrin sayı artdı, əhaliyə göstərilən ixtisaslaşdırılmış
tibbi xidmət genişləndi.
3. SSRI Nazirlər Sovetinin, tibb işçilərinin əmək
haqqının artırılması haqqında olan qərarı (1955) respublikanın
tibb işçilərinin maddi vəziyyətini yaxşılaşdırdı.
1965-ci ildə həkimlərin sayı 1953-cü ilə nisbətən 1,6
dəfə, orta tibb işçilərinin sayı 1,8 dəfə artdı. Habelə, həkim –
mütəxəssislərin: stomatoloqların, ftiziatorların, nevropato-
loqların, cərrahların, pediatrların, mama – ginekoloqların sayı
çoxaldı.
1953-1965-ci illərdə təkmilləşdirmə və ixtisaslaşdırma
kurslarından keçən həkimlərin sayı 5,3%-lə 16,1%, orta tibb
işçilərinin sayı isə 3,4%-lə 7% arasında olmuşdur.
4. Qadın və uşaq əhalisinə göstərilən tibbi xidmət xeyli
yaxşılaşmışdı. Feldşer – mama məntəqələrinin, kolxoz doğum
evlərinin, ginekoloji və uşaq çarpayılarının, uşaq yasli –
baxçalarının və onlardakı yerlərin sayı artdı.
Pediatr sahələri kiçildi, tək və çox uşaqlı analara
müavinətin həcmi genişləndi.
Naxçıvan MSSR-i hökuməti uşaq və anaların
mühafizəsinin yaxşılaşdırılması üçün dəfələrlə müvafiq
tədbirlər planı qəbul etmişdir.
5. Səhiyyə büdcəsi artmaqda davam etdi. Ona görə
respublikanın tibb müəssisələrinin yeni aparatlarla və tibb
118
alətlərilə, avtomaşınla, yumşaq və bərk avadanlıqla təchizatı
yaxşılaşdı. Xəstəxanaların tikintisi genişləndi.
6. Sanitar – epidemiya əleyhinə stansiyalar daha da
iriləşdi, kənd səhiyyəsi yenidən quruldu: - səhiyyə şöbələri
ləğv edildi, rayon xəstəxanaları və sanepid stansiyalar
birləşdirildi. Birləşmənin başında baş həkim durdu. O, eyni
zamanda Dövlət Sanitar müfəttişi oldu. Belə birləşmə kənd
tibb müəssisələrinin işində profilaktik istiqaməti təmin etdi.
7. Sanitar mədəniyyətinin qaldırılması uğrunda
«göyçay» xalq hərəkatı genişləndi. Kənd və şəhərlərin daha da
abadlaşdırılması və yaşıllaşdırılması üçün xeyli iş görüldü.
Qırmızı Aypara Cəmiyyəti tərəfindən profilaktik və
sanitar sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsində
səhiyyə orqanlarına yaxından köməklik göstərildi.
|