164. DaĢnak lideri Xr.Mikaelyan «Ġnqilabçının düĢüncələri» (Cenevrə, 1906, səh.54) kitabında yazır: «Avropa yox, qoy bütün ermənilər bilsin ki, nə
qədər ki erməni torpağı tökülən qanla istilənməyib, heç nə əldə edə bilməyəcək»;
Yenə orada - «Rusiyanın hər yanından erməni gəncləri kütləvi Ģəkildə Qafqaza axıĢıb gəlirdilər. Ermənilərin ruh yüksəkliyi səmimiydi. Bütünlükləonları
bura çəkib gətirən bir məqsəd, bir istək vardı - «Böyük Ermənistan» uğrunda
döyüĢə atılmaq»;
165. Erməni jurnalisti Robert Arakelov «Dağlıq Qarabağ: Faciənin müqəssirləri məlumdur» (Bakı, «ġərq-qərb», 1991) kitabında istehza ilə yazır: «Erməni qəzet və jurnallarında mən erməni xalqının böyüklüyünü, onların
sivilizasiyanın inkiĢafında, elm və mədəniyyətin tərəqqisində müstəsna rolunu
eĢitdim, oxudum. Bu qəzet və jurnallardan ilk dəfə bildim ki, hələ tarixi dövrə
qədər ulduzlu səmanın ilk atlasını ermənilər yaradıblar, rəngli televizorların da
yaranması bu gün ermənilərin adı ilə bağlıdır, demə, Hind-Avropa dillərinin hamısı
da erməni dilinin əsasında yaranmıĢdı»;