Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə231/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   227   228   229   230   231   232   233   234   ...   500
HaĢiyə  2:  (1)  TalıĢ  kəndi  XVI  əsrdə  səfəvilər  dövründə  bura  köçürülən 
QızılbaĢlardan olan talıĢ ayamalı türk tayfası tərəfindən salınmıĢdı. XIX əsr erməni 
müəllifi  Raffi  yazır  ki,  «Qara  yüzbaĢı»  ləqəbli  Abov  adlı  erməni  öz  icması  ilə 
birlikdə XVII əsrin əvvəllərində ġirvanın Nic kəndindən köç edib Qarabağın TalıĢ 
kəndinə  sığınır.  Sonralar  onun  nəslindən  olan  Usub  öz  ətrafına  topladığı  silahlı 
dəstəsiylə  Gülüstan  qalasını  zəbt  edib  burada  məskunlaĢır.  Nadir  Ģah  ƏfĢar 
tərəfindən  ona  məlik  titulu  verilir,  Gülüstan  məlikliyi  bu  sayaq  yaranır;  (2)  Raffi 
yazır  ki,  Mirzə  bəy  adlı  erməni  öz  rəiyyəti  ilə  birlikdə  1682-ci  ildə  Göyçə 
mahalından  didərgin  salınır.  Bu  icma  da  Qarabağa  gəlir  və  Vərənd  kəndində 
məskunlaĢır.  Onun  vərəsəsi  ġahnazara  məlik  rütbəsi  Nadir  Ģah  ƏfĢar  tərəfindən 
verilir;  (3)  Raffinin  yazdığına  görə,  Zəngəzurun  Mağavız  kəndindən  olan  Yesay 
adlı  erməni  Sünik  xanını  öldürdüyündən  rəiyyəti  ilə  birgə  1687-ci  ildə  yurd-
yuvasından  qaçqın  düĢür.  Qarabağın  Çeləberd  kəndinə  sığınır.  Onun  varisi 
Allahqulu  da  məliklik  titulunu  Nadir  Ģah  ƏfĢardan  alır.  Deyilənə  görə,  yarınıb-
yalmanmaq  ustası  olan  Allahqulu  Nadir  Ģaha  xoĢ  gəlmək  üçün  o,  taxt-taca 
yetiĢməyə  5  km  qalmıĢ  Nadir  Ģahın  hüzuruna  sürünə-sürünə  gedir.  DaĢnak 
psixopatı Zori Balayan da məlik Allahqulunun nəslindəndir. Bu məlun da RF-dan 
dəstək  almaq  üçün  min  cür  tülkü  oyunbazlığından  çıxır,  hər  cür  alçaqlıqlara  baĢ 
vurur; (4) Raffi yazır ki, Dizak məliyi Yeqan XVIII əsrin əvvəllərində öz icması ilə 
birlikdə  Qarabağa  Loru  mahalından  (bir  qisim  müəlliflər  isə  onun  Ġran  mənĢəli 
olduğunu qeyd edir) gəlib və Qarabağın Tuğ kəndinə sığınıb. Ona da məlik rütbəsi 
Nadir  Ģah  ƏfĢar  tərəfindən  verilib;  (5)  Ġrandan  gəlib  Xınzırıstanda  məskunlaĢan 
Mirzəbəy  adlı  erməniyə  isə  Xaçın  məliyi  rütbəsi  XVIII  əsrin  ikinci  yarısında 
Qarabağ xanlığının qurucusu Pənahəli xan tərəfindən verilmiĢdir. 
Ümumiyyətlə,  XVIII  əsrədək  Qarabağda  xəmsə  məlikliyi  kimi  təsisatlar 
olmamıĢdır.  Nadir  Ģah  ƏfĢar  Ģahlığını  qəbul  etməyən,  səfəvilərə  öz  sədaqətlərini 
nümayiĢ etdirən Qarabağ bəylərbəyiliyini parçalamaq, gücünü zəiflətmək məqsədi 
ilə  bir  sıra  tədbirlər  görmüĢdür.  Yuxarı  Qarabağda  isə  məlikliklər  təsis  etmiĢdir. 
Onların birbaĢa Ģaha tabeçiliklərini təmin etməklə bu iĢin nə kimi fəsadlar törədə 
biləcəyinin  fərqinə  varmadan  ermənilərin  yerli  hakimiyyətə  düĢmən  münasibətdə 
olmalarına,  bu  ruhda  tərbiyə  olunmalarına  rəvac  vermiĢdir.  Odur  ki,  Xəmsə 
məlikləri yarandıqları gündən özlərini həmiĢə Qarabağın düĢmənlərinə həmməslək 
və  müttəfiq  seçmiĢlər.  Xüsusilə,  bu  məliklərin  özləri  və  onların  varisləri  Qarabağ 
xanlığının, eləcə də Azərbaycanın Rusiya tərəfindən iĢğal olunmasında və 200 ilə 
yaxın  bir  müddətdə  əsarət  altında  saxlanmasında  «müstəsna»  xidmətlər 
göstərmiĢlər,  daha  doğrusu,  Azərbaycan  əleyhinə  kifayət  qədər  xəyanət  və 


155 
 
satqınlıqlar  etmiĢlər.  Varisləri  bu  günün  özündə  də  satqın  və  xəyanətkar 
babalarının yolunu davam etdirirlər... 
...XIX  əsrin  ilk  günlərindən  və  illərindən  baĢlayaraq  ermənilər  rus 
qoĢunlarına  bələdçi,  casus,  tərcüməçi  olmaqla,  hər  cür  maddi  yardım  göstərirlər. 
Satqınlıq  və  xəyanətkarlıqlarla  kifayətlənməyib,  həm  də  könüllü  silahlı  dəstələr 
təĢkil  edərək  bu  ordunun  sıralarında  Azərbaycan  türklərinə  qarĢı  vuruĢublar.  Bu 
dövrdə  təkcə  köç  vasitəsilə  etnik  tərkibdə  ermənilərin  mütləq  üstünlüyünü  təmin 
etmək  mümkün  deyildi.  Bunu  nəzərə  alan  iĢğalçı  çar  generalları  Azərbaycan 
türklərini sıxıĢdırıb öz tarixi ata-baba torpaqlarından çıxarır və ya qətlə yetirirdilər. 
14  may  1805-ci  ildə  Ġbrahimxəlil  xanın  və  qanlı  general  Pavel  Sisianovun 
Kürəkçayda  bağladıqları  müqaviləyə  görə,  Qarabağ  xanlığı  Rusiyanın  tərkibinə 
keçir. Elə  həmin  ildən ermənilərin Qarabağa köçü baĢlayır. 1822-ci  ildə  Qarabağ 
xanlığı  ləğv  edilərək  Qarabağ  əyalətinə  çevrilir.  1823-cü  ildə  ilk  rəsmi 
siyahıyaalma  aparılır  və  müəyyən  edilir  ki,  Yuxarı  Qarabağ  ərazisində  yaĢayan 
18563  ailədən  yalnız  1559-u  və  ya  8,4%  erməni  ailələridir.  1827-ci  ildə  isə 
ermənilərin  sayı  artırılaraq  10-15%-ə  çatdırılır  və  bu  faiz  artan  xətlə  davam 
etdirilir. 
1826-1828-ci  illərdə  Ġrəvan  xanlığının  Qırxbulaq,  Zəngibasar,  Vedibasar, 
Dərəkənd,  Saatlı,  Talin,  Sərdərabad,  Aparan,  Dərəçiçək,  Göyçə  və  Dərələyəz 
nahiyələrinin  437  yaĢayıĢ  məntəqəsindən  cəmi  38-də  ermənilər  yaĢamıĢdır.  Rus 
iĢğalından sonra bu mənzərə baĢdan-baĢa ermənilərin xeyrinə dəyiĢməyə baĢlayır. 
1818-1828-ci illərdə Ġrəvan xanlığı ərazisində əvvəllər  Azərbaycan türkləri 
yaĢayan 420 kənd çar ordusu tərəfindən viran qoyulur. Bunlardan 100 kənddə Ġran 
və  Türkiyədən  köçürülən  ermənilər  yerləĢdirilir.  410  min  hektar  torpaq  sahəsi 
gəlmə  ermənilər  tərəfindən  mənimsənilir.  1828-ci  il  mart  ayının  21-də  85  min 
Azərbaycan türkünün, 22 min erməninin yaĢadığı bir əraziyə çar hökuməti «erməni 
vilayəti»  adı  verir.  Hətta  çar  I  Nikolay  1833-cü  il  fevral  ayının  27-də  erməni 
dövlətçiliyinin  mühüm  atributu  olan  gerbi  də  təsdiq  edir.  Lakin  Azərbaycan 
xalqının  daxili  bütövlüyü,  vətənpərvərlik  hisslərinin  güclü  olması,  milli-mənəvi 
dəyərləri  «erməni  vilayəti»  qurumunun  möhkəmlənməsinin  qarĢısında  sipərə 
dönür.  Nəhayət,  ermənilərə  əlahiddə  imtiyazlar  verən  vilayət  statusu  özünü 
doğrultmadığından  1840-cı  il  aprel  ayının  10-da  ləğv  edilir.  Lakin  bununla  belə, 
1828-ci ildə «erməni vilayəti» adlı söz birləĢməsi, ərazi vahidi ifadəsi ilk dəfə çar 
Rusiyası  tərəfindən  çəkildi  və  Cənubi  Qafqazda  meydana  atıldı.  Əslində 
ermənilərin ərazi məfhumu və Qafqazda dövlət qurmaq cəhdi və sevdası məhz bu 
addan sonra rəsmən gündəmə gəldi. Qərbi Azərbaycan ərazisində, onun Naxçıvan 
və Ġrəvan xanlıqlarının torpaqlarında bic doğuĢlu ad özünə ünvan tapdı. Ermənilər 
elə  həmin  ildən,  həmin  gündən  baĢlayaraq  etnik  üstünlüklərini  təmin  etmək  üçün 
azərbaycanlıların  bu  inzibati  ərazi  vahidində  təqib  olunmasına,  ermənilərin  say 
artımının əldə edilməsinə baĢlayırlar. 


156 
 
1828-1872-ci illər ərzində 146 kənddən azərbaycanlılar sıxıĢdırılıb çıxarılır. 
15  kənd  isə  xarabazarlığa  çevrilir.  Varlığı  yer  üzündən  silinir.  46  il  ərzində  571 
kənd azərbaycanlılarsız qalır. Bu kəndlərdən 208-də gəlmə ermənilər məskunlaĢır. 
1905-1907-ci  illərdə  XX  əsrin  ilk  soyqırımını  Azərbaycan  türklərinin 
qətliamını  törədən  erməni-daĢnak  faĢistləri  Gəncə  və    Ġrəvan  quberniyalarında 
Azərbaycan  türkləri  yaĢayan  200  kəndi  canlı  aləmdən  təcrid  edir,  xarabazarlığa 
çevirirlər. 
1918-1920-ci  illərdə  Ġrəvan  quberniyasının  azərbaycanlılar  yaĢayan  1301 
kəndindən  959-u,  Qarabağda  isə  150  kənd  erməni-daĢnak  faĢistləri  tərəfindən 
dağıdılır.  Ġrəvan  quberniyasında  əvvəllər  azərbaycanlılar  yaĢayan  200  kənd 
bütövlükdə, 70 kənd isə qismən erməniləĢdirilir. Azərbaycanlılara məxsus 633 min 
hektar torpaq ermənilər tərəfindən mənimsənilir. 
28  may  1918-ci  ildə  erməni-daĢnak  faĢistləri  Qərbi  Azərbaycanın  bir 
hissəsində  -  Gümrü  (Aleksandropol)  Ģəhəri  və  onun  ətraf  ərazisində,  Azərbaycan 
türkünün  tarixi  torpaqlarında  Ermənistan  Respublikası  yaradıldığını  elan  edirlər. 
Beləliklə, Qərbi Azərbaycan torpağında ilk erməni dövləti yaranır. Erməni-daĢnak 
faĢistləri öz istəklərinə çatırlar. 
29  may  1918-ci  ildə  Gümrünün  (Aleksandropol)  Osmanlı  imperiyası 
tərəfindən  zəbt  edilməsi  ilə  əlaqədar  olaraq  erməni-daĢnak  hökuməti  Azərbaycan 
hökumətindən xahiĢ edir ki, Ġrəvanı paytaxt etmək üçün erməni hökumətinə versin. 
Azərbaycan hökuməti, daha doğrusu, Fətəli xan Xoyskinin Nazirlər ġurası Dağlıq 
Qarabağ  iddiasından  əl  çəkmək  Ģərti  ilə  Ġrəvan  və  Üçmüəzzin  qəzalarını  erməni-
daĢnak hökumətinə peĢkəĢ edir. 04 iyun 1918-ci ildə Antanta dövlətlərinin təzyiqi 
altında  Osmanlı  imperiyası  və  yeni  yaradılmaqda  olan  Azərbaycan  Xalq 
Cümhuriyyəti  Qərbi  Azərbaycan  torpağında  sahəsi  cəmi  9,8  min  km
2
  olan  bir 
ərazidə yaradılan Ermənistan Respublikasını tanımalı olur. 
29  noyabr  1920-ci  ildə  bolĢevik-daĢnak  qaragüruhu  Ermənistan  SSR-in 
yaradılması  münasibəti  ilə  torpaqları  zəbt  olunmuĢ  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  tərkibinə  daxil  olan  Zəngəzuru  və  Dərələyəzin  bir  hissəsini 
Ermənistan SSR-in tərkibinə daxil edir. Bununla kifayətlənməyən bolĢevik-daĢnak 
qaragüruhu 1920-ci ilin dekabr ayında AXC-nin tərkibinə daxil olan və 6 min km
2
 
bir ərazini əhatə edən Göyçə və Qaraqoyunlu mahallarını da Azərbaycan SSR-dən 
qopararaq Ermənistan SSR-ə ilhaq edirlər. 
Ümumiyyətlə, 1920-ci ildə Sovet hökuməti Azərbaycan SSR ərazisinin 20 
min  km
2
-ni  kəsib  Ermənistan  SSR-in  ərazisinə  qatır.  Halbuki  daĢnak  Ermənistan 
Respublikasının ərazisi cəmi 9,8 min km
2
 olmuĢdu. Oktyabr Sosialist Ġnqilabından 
sonra  rusların  himayəsi  və  havadarlığı  altında  kommunist-bolĢevik  cildinə  girmiĢ 
erməni-daĢnak  faĢistləri  qədim  Oğuz  torpaqlarında  –  Qərbi  Azərbaycanda 
yaradılan  qondarma  Ermənistan  SSR-də  dövrə  uyğun  öz  gizli  erməniləĢdirmə 
siyasətinin  əsaslarını  hazırlayırlar.  Həmin  vaxtdan  baĢlayaraq  bəzən  pillə-pillə, 
bəzən də sürətlə bu mənfur siyasətlərini həyata keçirmək iĢinə rəvac verirlər. 


157 
 
1922-ci  ildə  bolĢevik-daĢnak  qaragüruhu  Dərələyəz  mahalının  Azərbaycan 
SSR-də qalan hissəsini də Ermənistan SSR-in tərkibinə daxil edir. Beləliklə, Qərbi 
Azərbaycan  torpaqlarında  ərazisi  29,8  km

olan  Ermənistan  SSR  bərqərar  edilir. 
Bununla da  Azərbaycan SSR  torpaqlarının Ermənistan SSR tərəfindən hissə-hissə 
qoparılması prosesinə ayaq verilir. 
Erməni əlahiddəliyi bir də özünü onda göstərir ki, 1923-cü ildə Azərbaycan 
SSR-də heç bir hüquqi əsası olmayan bir Ģəraitdə DQMV yaradılır. 
ZSFSR  MĠK-nin  18  fevral  1929-cu  il  tarixli  3  saylı  iclasında  Azərbaycan 
SSR-in  Cəbrayıl  qəzasının  Nüvədi,  Ernəzir  və  Tuğut  kəndlərinin  torpaqlarının 
baĢqa  bir respublikanın  –  Ermənistan  SSR-in Mığırı qəzasına verilməsi  haqqında 
qərar qəbul edilir. Bunun ardınca elə həmin ildəcə çöldən-çölə Qars müqaviləsinin 
Ģərtləri kobud Ģəkildə pozulur. Belə ki, əlavə olaraq Naxçıvan MSSR-na məxsus 9 
kənd 657 km
2
-lik ərazisi ilə birgə Ermənistan SSR-in ərazisinə qatılır. Halbuki belə 
bir  qərar  dövlətin  ərazi  dəyiĢikliyi  ilə  bağlı  olduğundan  ancaq  və  ancaq  ümumi 
səsvermə  yolu  ilə  həll  edilə  bilərdi.  1930-cu  ildə  Zaqafqaziya  Mərkəzi  Ġcraiyyə 
Komitəsinin  qərarı  ilə  Naxçıvanın  Aldərə,  Lehvaz,  Astazur  kəndləri  də 
Ermənistana ilhaq edilir. 
1930-cu  ildə  çar  Rusiyası  dövründə  ġuĢa  qəzasının  Gülüstan  məntəqəsi 
adlanan  ərazisində,  DQMV  azmıĢ  kimi,  ġaumyankənd  rayonu  yaradılır.  Onun 
ərazisinə  16  kənd  və  2  Ģəhərtipli  qəsəbə  daxil  edilir.  Azərbaycan  SSR  ərazisində 
rayon inzibati ərazi vahidi yaradılır. 
1938-ci  ildə  Gədəbəy  rayonunun  Köhnə  BaĢkəndi  öz  ərazisi  ilə  birgə 
Ermənistan  SSR-in  Çəmbərək  rayonuna,  Naxçıvan  MSSR-nın  Sədərək  və  Kərki 
kəndlərinin ərazisinin xeyli qismi Ermənistan SSR-in ərazisinə ilhaq edilir. 
1945-ci ilin noyabr ayında Ermənistan KP MK-nın 1-ci katibi H.Arutyunov 
Stalinə müraciət edərək DQMV-nin Ermənistana birləĢdirilməsini xahiĢ edir. Lakin 
erməni-daĢnak faĢistlərinin bu istəyi hələ ki, baĢ tutmur. 23 dekabr 1947-ci ildə isə 
Stalinin, Mikoyanın və Tevosyanın iĢtirakı ilə SSRĠ Nazirlər Soveti özünün 4083 
saylı  qərarını  qəbul  edir.  Bu  qərara  əsasən  Ermənistandan  azərbaycanlıların 
Azərbaycana  köçürülməsi  planlaĢdırılır.  Qərarın  11-ci  bəndində  isə  Ermənistan 
SSR  NS-nə  icazə  verilir  ki,  boĢaldılan  azərbaycanlı  evlərinə  xaricdən  gələn 
ermənilər yerləĢdirilsin. 
1948-1953-cü  illərdə  könüllü  köçürmə  adı  altında  azərbaycanlılar  yaĢayan 
229  kəndin  əhalisi  Ermənistan  SSR-dən  deportasiya  edilir.  Azərbaycanlılara 
məxsus 160 min hektar torpaq sahəsi ermənilər tərəfindən mənimsənilir. 
1950-ci  illərdə  Azərbaycan  SSR-in  min  illər  boyu  istifadə  etdikləri 
Zəngəzur  yaylaqları  Sovet  hökuməti  tərəfindən  maldarlar  üçün  qadağan  zonasına 
çevrilir. Həm də ermənilər bu dövrdə Kəlbəcər əhalisinin Azərbaycan SSR-in aran 
rayonlarına  köçürülməsinə,  ərazisinin  yaylaq  yeri  kimi  bölüĢdürülməsi  barədə 
mərkəzi  SSRĠ  hökuməti  qarĢısında  məkrli  bir  siyasətin  formalaĢdırılmasına 


158 
 
çalıĢırlar. Bu məkrli plan baĢ tutmasa da, 2800 hektar Kəlbəcər torpağı Ermənistan 
SSR-ə bağıĢlanır. 
1953-cü  ilin  dekabr  ayında  Ermənistan  SSR  Azərbaycan  SSR-in  Gədəbəy 
rayonunun  730  hektarlıq  ərazisini  mübahisəli  hesab  edərək  onun  qaytarılmasını 
SSRĠ  hökumətindən  tələb  edir.  Moskva  nümayəndə  heyəti  yerdə  yoxlama 
apararkən  müəyyən  edir  ki,  qeyd  olunan  ərazi  Ermənistan  SSR  ilə  heç  bir  təmas 
xəttinə  malik  deyil  və  sərhəddən  50  km  aralıda  yerləĢir.  Ermənistan  hökumətinin 
iddiası əsassız hesab edilir. Lakin ermənilər bu məsələni 1968-ci ildə təkrar ittifaq 
səviyyəsində  qaldırırlar.  Moskvada  lövbər  salmıĢ  ermənilərin  əli  ilə  Sov.ĠKP  MK 
özünün 23 iyun 1968-ci il tarixli sərəncamı ilə məsələni mübahisəli hesab edir. Bu 
dəfə  komissiya  1898  və  1903-cü  illərin  xəritələri  üzrə  bu  mübahisəyə  son  qoyur. 
Arxiv araĢdırmaları zamanı aydın olur ki, 1953-cü ildə Bakıda xəritələri tərtib edən 
2  erməni  –  Kələntərov  və  Qadaqçiyev  fırıldaq  iĢlədərək  belə  bir  ərazi 
mübahisəsinin  yaranmasına  qəsdən  fitva  veriblər.  Bütün  bunlara  baxmayaraq, 
ermənilər  1986-cı  ildə  bu  məsələni  M.S.Qorbaçovun  qarĢısında  qaldırırlar. 
M.S.Qorbaçov bu məsələni öz Ģəxsi nəzarətinə  götürür. Lakin hadisələrin sonrakı 
gediĢi ermənilərin bu torpaq iddialarını həyata keçirmələrinə mane olur. 
1828-ci  ildən  keçən  140  il  ərzində  Qərbi  Azərbaycandakı  Azərbaycan 
türklərinə məxsus torpaqların 87,1%-i ermənilər tərəfindən mənimsənilir. 
1969-cu  ilin  mayında  Laçın  rayonunun  Qaragöl  yaylağı,  Qazax  rayonunun 
Kəmərli kənd ərazisinin bir hissəsi, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin 
bir hissəsi, Qubadlı rayonunun Çayzəmi ərazisi - ümumilikdə 18000 hektar torpaq 
Ermənistan SSR-ə ilhaq edilir. 
1982-ci  ildə  Qazax  rayonunun  Ġnçədərə  yaylağı,  Kəmərli,  Aslanbəyli, 
Qaynaqlı kəndlərinə məxsus 5000 ha ərazi Ermənistan SSR-ə ilhaq edilir. 
1988-1991-ci  illərdə  azərbaycanlılar  yaĢayan  172  türk  kəndinin,  94  qarıĢıq 
kəndin  türk  əhalisi  Qərbi  Azərbaycandakı  (Ermənistan  SSR)  tarixi  torpaqlarından 
erməni-daĢnak faĢistləri tərəfindən qaçqın salınır. Sonuncu Azərbaycan kəndi olan 
Nüvədi  8  avqust  1991-ci  ildə  boĢaldılır.  Beləliklə,  erməni-daĢnak  faĢistləri 
monoetnik,  türksüz  Ermənistan  Respublikası  yaratmaq  «proqramını»  həyata 
keçirməyə  müvəffəq  olurlar.  Azərbaycan  türklərinə  məxsus  8  min  km
2
-dən  çox 
torpaq mənimsənilir. 
Bununla  kifayətlənməyən  erməni-daĢnak  faĢistləri  DQMV-nin  Ermənistan 
Respublikasına  qatılması  üçün  Azərbaycan  Respublikasına  qarĢı  elan  olunmamıĢ 
lokal  terror  müharibəsinə  baĢlayırlar.  Nəticədə  Azərbaycan  Respublikasının  20% 
torpaqlarını iĢğal edirlər. 900 yaĢayıĢ məntəqəsinin türk əhalisini yurd-yuvasından 
didərgin  salırlar.  RF  ilə  hərbi  ittifaqa  girən  ER  DQMV-ni  Ermənistana 
birləĢdirmək  niyyətdən  heç  cür  əl  çəkmək  istəmir.  Günü  bu  gün  də  AR-nın 
ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarını iĢğal altında saxlayır. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin