177
azərbaycanlı ailəsi meĢə qırmağa səfərbər edilərək Rusiyanın müxtəlif regionlarına
köçürülür. Stalinin bu bədnam köçürmə əməliyyatı səngimək bilmir..
...Stalin hökumətinin baĢladığı çirkin köçürmə əməliyyatı 1947-ci ildə
açıqdan-açığa Azərbaycan türkünə qarĢı hörmətsizlik həddinə çatdırılır. SSRĠ NS-
nin 23 dekabr 1947-ci il tarixli 4083 və 10 mart 1948-ci il tarixli 754 saylı qərarları
ilə Ermənistan SSR-dən 150000 Azərbaycan türkünün Azərbaycan SSR-ə
deportasiya edilməsi heç bir beynəlxalq və dövlətdaxili hüquq çərçivəsinə
sığmayan bir aksiya olur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 144654 nəfər
Azərbaycan türkü Ermənistandan - öz doğma tarixi-etnik torpaqlarından kütləvi
Ģəkildə Azərbaycan SSR-in Mil-Muğan zonasındakı həyat niĢanəsi olmayan, ilan
mələyən düzlərə köçürülür. Həm də bu köçürülmə iĢinə nəzarət və onun həyata
keçirilməsi istər Kremldə, istərsə də Azərbaycanda iĢ baĢında olan ermənilərə
həvalə edilir. Azərbaycan SSR-də bu iĢə erməni millətindən olan N.A.Brutens
(Azərbaycanı olmazın bəlalara düçar edən, ermənipərəst Qorbaçovun köməkçisi
daĢnak K.N.Brutensin atası) və R.Ġ.Sevumyan rəhbərlik edirlər. Qərar forma,
məzmun, məna və məntiqi cəhətdən hüquqi aktların qəbul olunmuĢ norma və
tələblərinə əsla cavab vermir. «Könüllülük» adı altında azərbaycanlıların məcburi
surətdə dədə-baba torpaqlarından çıxarılıb nə burada yerləĢdirilməsi, nə də
Azərbaycanda pambıqçılığı inkiĢaf etdirmək kimi əsas mahiyyət daĢımırdı. Bu
köçürülmə erməni-daĢnak faĢistlərinin əzəli arzusu olan türksüz, monoetnik
Ermənistan yaratmaq yönündə atılan növbəti addımlardan biri idi...
Dostları ilə paylaş: