705. 25 avqust 1993-cü il: DaĢnak terror birləĢmələri Cəbrayıl rayonunun
Dağtumas kəndinə basqın edirlər. Dədə-baba yurdunu tərk etməyən 22 nəfəri, kənd
xəstəxanasının baĢ həkimi Əli Mahmudovu, kənd ağsaqqalı Əli Quliyevi, kəndin
baytar həkimi Qüdrət Rüstəmovu, 1916-cı il təvəllüdlü Osmanova BənövĢə
Ġbrahim qızını, 1918-ci il təvəllüdlü Mehrəliyev Əziz Salman oğlunu, 1930-cu il
təvəllüdlü Məmmədov Məhəmməd Əvəz oğlunu və oğlu Səxavəti, 1930-cu il
təvəllüdlü Hacıyev Məhəmmədəli Ədil oğlunu, onun həyat yoldaĢı Nəcəfova
Gülarə Ġsmayıl qızını və baĢqalarını güllələyirlər. Girov düĢən qadınların zinət
əĢyaları, kiĢilərin var-dövləti əlindən alınır. DaĢınan və daĢınmaz əmlakları talan
və qarət edilir, evlərə od vurulur. Evsiz-eĢiksiz qalmıĢ 3 min əliyalın, dinc kənd
əhalisi yurd-yuvasından didərgin salınır;