733. 28 oktyabr 1995-ci il: DaĢnak terrorçuları tərəfindən Bakı
metropoliteninin «Ulduz» və «Nərimanov» stansiyaları arasında elektrik qatarında
terror aktı törədilir. 289 nəfər (137 qadın, 28 uĢaq) həlak olur, 269 nəfər yaralanır;
Qeyd: Çoxsaylı insan tələfatı ilə nəticələnən bu terror aktına heç bir təhlil
və ekspertiza aparılmadan elə həmin gün dövlət nümayəndələri «texniki səbəbdir»
deyə, yanğın hadisəsi kimi boz don geydirirlər. Lakin zaman keçdikcə hadisənin
terror aktı olması faktını gizlətmək mümkün olmur. Nəhayət, ermənilər tərəfindən
törədilən terror aktı kimi qiymətləndirilir;