Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə481/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   477   478   479   480   481   482   483   484   ...   500
20 YANVAR BAKI QIRĞININDA 
ERMƏNĠ-DAġNAK ĠZĠ 
 
20  Yanvar  Bakı  qırğını  Azərbaycanın  faciə  dolu  tarixindən  bir  qanlı 
səhifədir.  Xalqımızın  həyatına  fəlakət,  qan  gətirən  günlərimizdəndir.  Qorbaçov 
hökumətinin  baĢbilənləri  qoĢunun  Bakıda  qayda-qanun  yaratmaq  və  qan 
tökülməsinin  qarĢısını  almaq,  daha  doğrusu,  ermənilərin  və  ya  Ģəhərin  rus 
əhalisinin təhlükəsizliyini təmin etmək adı altında yeridildiyini desələr də, məqsəd 
tamam  baĢqaydı.  Bəs  onda  20  Yanvar  Bakı  qırğınının  Azərbaycan  tarixinin, 
taleyinin,  mənəviyyatının  kontekstində  oynadığı  rol  barədə  nə  demək  olar?!  Bu 
bəlanın baĢverma səbəbi nədir, günahkarları kimlərdir?! 
Bəli,  hadisə  var,  baĢ  verən  kimi  tarixə  dönür.  Öz  adıyla,  öz  ünvanıyla 
qırmızı  və  ya  qara  xətlə  tarix  səhifəsinə,  eləcə  də  xalqın  qan  yaddaĢına  həkk 


275 
 
olunur.  Hansı  xətlə,  rənglə  yazılmasından  asılı  olmayaraq  bu  hadisələrin  eləsi  də 
var ki, o dünənin əsarətinə, ölümünə fərman verir, gətirdiyi sarsıntıdan, qəm-kədər 
yükündən  asılı  olmayaraq  bu  günün  və  sabahın  müjdəçisinə,  tarixin  və  xalqın 
qəhrəmanlıq səhifəsinə çevrilir. 20 Yanvar qırğını da məhz tariximizin bu qəbildən 
olan,  həm  fəlakətli  və  faciəvi  bir  günü  özündə  ehtiva  edən,  həm  də  fədakarlığı 
yaĢadan  bir  gündür.  Azərbaycan  xalqının  azadlıq  uğrunda  apardığı  mübarizədə 
əhvali-ruhiyyəsinin  ifadəsinin  göstəricisidir.  Müstəqillik  və  istiqlal  mübarizəsinin 
ilk mərhələsində, qan tökmələrindən biri olan bu faciə öz miqyasına görə bəlkə də 
birincisidir.  Yenə  də  bu  faciədə  Rusiyanın  iĢğalçılıq  siyasəti  erməni  daĢnak 
faĢistlərinin  çirkin,  məkrli  niyyətləri  ilə  uzlaĢdı,  üst-üstə  düĢdü.  Ermənipərəst 
mərkəzin daĢnak xislətli rəhbəri Qorbaçovun, mənəvi və siyasi əxlaqsızlığın, milli 
ədavət qızıĢdırıcılarının sürfəsindən mayalanmıĢ cütünə - erkəkciyinə və diĢiciyinə 
dönmüĢ  Balayanla  Silvanın  psixopat  düdüyünə  züy  tutması  Azərbaycan  xalqının 
səbir  kasasını  doldurub-daĢdırırdı.  Qorbaçovun  daĢnak  isteriyasının  erməni 
sadizminə  yoluxması,  açıq-aĢkar  Azərbaycan  xalqına  ögey  münasibət  bəsləməsi, 
Qarabağ probleminə, onun həlli məsələsinə üçəm, beĢəm standartlardan yanaĢması 
Azərbaycanın uduzması demək idi. Xalq artıq üzləĢdiyi erməni bəlasına çarə tapa, 
əncam  çəkə  biləcək  öz  dövlətini,  öz  hakimiyyətini  qurmaq  tələbi  ilə  çıxıĢ  edirdi. 
Xalqın  qətiyyəti,  dönməzliyi, dözümlülüyü, mübarizliyi Moskvanın kürkünə birə 
salırdı. Sözdən söz  çıxaranlar deyirdilər ki,  Ata  BuĢla  Qorbaçovun dekabrın 7-də 
(1989)  Maltada  görüĢlərində  Azərbaycanda  vüsət  alan  milli  azadlıq  hərəkatını 
hərbi güclə susdurmaq məsələsini də müzakirə ediblər. Rusiya Bakı qırğınını ABġ-
ın  Panamada  törətdiklərinə  kompensasiya  edəcəkdir,  söz-söhbəti  gəzirdi.  Xalqın 
əqidəsini,  əzmini  qırmaq,  Azərbaycan  SSR-in  Sovet  Ġttifaqından  ayrılması 
təhlükəsini  aradan  qaldırmaq  üçün  Bakıya  qoĢun  yeridilməsi  labüd  idi.  O  vaxtlar 
SSRĠ  Ali  Soveti Ġttifaq Sovetinin sədri iĢləyən Primakovun təbirincə  desək,  buna 
bir addım yol qalırdı. Bakını iĢğal etməkdə ordunun əsas məqsədi xalqın gözünün 
odunu  almaq,  xalq  hərəkatını  yatırtmaq,  Xalq  Cəbhəsinin  təĢkilat  strukturlarını, 
dayaqlarını  birdəfəlik  darmadağın  etmək  idi.  Azərbaycan  Xalq  Cəbhəsinin 
antierməni  siyasəti  yürüdən  və  zorakılıqda  əli  olan  təĢkilat  kimi  mərkəzdə  adı 
hallandırılırdı. Bakının iĢğalı əməliyyatına rəhbərliyi bilavasitə öz əlinə alan SSRĠ 
Müdafiə naziri, erməni yeznəsi Yazov ordunun məqsədini birbaĢa bəyan edirdi ki, 
məqsədimiz  Xalq  Cəbhəsi  təĢkilatını  dağıtmaq  və  onun  dayaq  dəstələrini  sıradan 
çıxarmaqdır.  Siyasilər  isə  papaq  altda  ot  yolurdular:  QoĢun  Bakıda  qayda-qanun 
yaratmaq,  erməniləri  müdafiə  etmək,  Ģəhərin  rus  əhalisinin  təhlükəsizliyini 
qorumaq,  təmin  etmək  üçün  yeridilir  -  deyirdilər.  Arada  iĢğal  söhbəti  varsa, 
erməni-daĢnak  faĢistləri  bu  girəvəni  əldən  verərdilərmi  heç?!  Mərkəz  erməni-
azərbaycanlı  münaqiĢəsinə  ögey-doğmalıq  münasibətini  göstərməkdə  davam 
edirdi.  265  min  azərbaycanlının  Qərbi  Azərbaycandan  didərgin  salınması,  450 
nəfər  Azərbaycan  türkünün  qətlə  yetirilməsi,  50  nəfərdən  çoxunun  Ģikəst 
edilməsindən sanki, nə daĢnak xislətli Qorbaçovun, nə erməni yeznəsi Yazovun, nə 


276 
 
də  Ermənistan  SSR-də  lövbər  salmıĢ  7-ci  rus  ordusunun  komandanı,  erməni 
mənĢəli  sovet  generalı  Samsonovun  xəbəri  vardı.  Təkcə  1989-cu  ilin  son  beĢ 
ayında  daĢnak  terror  qrupları  91  dəfə  Ermənistan  SSR  ərazisindən  Azərbaycanın 
sərhəd kəndlərinə basqılar etmiĢdi. 52 nəfər Azərbaycan vətəndaĢı qətlə yetirilmiĢ, 
166 nəfər dinc sakin güllə yarası almıĢdı. Nə Qorbaçov, nə Yazov, nə də Samsonov 
bu  cinayət  qarĢılığında  tük  belə  tərpətməmiĢdilər.  Sanki  SSRĠ  hökuməti  SSRĠ 
Konstitusiyasına  görə  Azərbaycan  SSR-in  ərazi  bütövlüyünü,  əhalisinin 
təhlükəsizliyini qorumaq öhdəliyini deyil, əhalisini məhv etmək, torpaqlarını hissə-
hissə  qoparıb  Ermənistan  SSR-ə  ilhaq  etmək  vəzifəsini  yerinə  yetirmək  üçün  ali 
hakimiyyət  kürsüsündə oturmuĢdur.  Öz  üzərinə bu sayaq öhdəliklər götürmüĢdür. 
Öz təxribat iĢlərini altdan-altdan əlaltıları-xalqına etinasız münasibət bəsləyən yerli 
idarəçilərin,  respublika  rəhbərlərinin  əliylə  görməkdəydilər.  Bakını  iĢğal  etməyin, 
Bakıya  qoĢun  yeritməyin  yolunu  axtarıb-arayırdılar.  Tapırdılar  da:  1)  qaçqınlarla 
yerli  camaat  arasında  narazılıq  yaratmağa  cəhd  göstərdilər.  Lakin  alınmadı.  Ən 
böyük düĢmən - erməni-daĢnak faĢistləri xalqın qarĢısındaydı; 2) bir neçə partiya, 
sovet orqanlarına basqılar etmək təĢəbbüsündə olmaq təxribatına əl atdılar. Təəssüf 
ki, buna nail oldular. Cəlilabadda məlum aksiya törədildi. Bununla da Azərbaycan 
SSR  AS-nin  15  sentyabr,  5  oktyabr  sessiyalarının  kulminasiya  nöqtəsi  olacaq  29 
dekabr  1989-cu  ildə  keçirilməsi  nəzərdə  tutulan  sessiyanın  baĢ  tutmasına  imkan 
verilmədi.  Hakimiyyətin  demokratik,  dinc  yolla  dəyiĢdirilməsi  yolunun  bərqərar 
olması  ehtimalı  aradan  qaldırıldı.  Xalqın  üzünə  demokratiya  qapıları  biryolluq 
bağlandı; 3) son pillədə isə detekanın əliylə  milli zəmində toqquĢmaları törətmək 
və Bakıya qoĢun yeritmək tədbirinə önəm vermək idi; 
Ən  nəhayət,  Azərbaycan  Xalq  Cəbhəsinin  Milli  Müdafiə  ġurası  yaratmaq 
bəyanatı  ilə  çıxıĢ  etdiyi  gün  -  13  yanvar  1990-cı  il  tarixdə  Bakı  Ģəhərində  xüsusi 
xidmət  orqanlarının  əli  ilə  erməni  qırğınlarına  rəvac  verildi.  Lakin  Xalq  Cəbhəsi 
fəallarının köməyi ilə yanvar ayının 15-dək vəziyyət sabitləĢdi. Mərkəz isə yanvar 
ayının  13-15-ci  günlərində  baĢ  verənləri  çeynəməkdə,  iğtiĢaĢa  yeni  çalarlar 
qatmaqda,  fitnəkarlıq  aktları  barədə  söz-söhbətlərini  gəvələməkdə  davam  edirdi. 
Azərbaycanda  silahlı  dövlət  çevriliĢi,  hərbi  hissələrin  yaradılması,  islam 
fundamentalizmi,  Bakıda  guya  ruslar  əleyhinə  hərəkatın  baĢlaması  haqqında 
cəfəngiyatlar  uydururdular.  Axı,  nəyin  bahasına  olursa-olsun  Bakıya  qoĢun 
yeritmək  lazım  idi.  Azərbaycana  güzəĢt  edilə  bilməzdi.  Yanvarın  20-də  XC-nin 
izdihamlı mitinqi gözlənilirdi. Bakı isə o günədək iĢğal edilməliydi. Azərbaycanın 
Sovet  Ġttifaqından  ayrılmasına  yol  vermək  olmazdı.  Tarixi  ənənəyə  də  əməl 
edilməliydi. Qafqazın iĢğalında erməni amilindən istifadə etmək ənənəsindən məhz 
bu gün də Bakının iĢğalında istifadə olundu. Səfərbərlik haqqında fərman olmasa 
da,  erməni  diasporunun  nəzərəçarpacaq  dərəcədə  və  səviyyədə  gücə  malik  olan 
Rusiyanın  cənub  əyalətlərində  Krasnodar,  Stavropol  ölkələrində  və  Rostov 
vilayətində  ehtiyatda  olan  hərbiçilərin  toplantısı  keçirildi.  Bakıya  yeridiləcək 
qisasçı  ordunun  tərkibinə  erməni  millətindən  ehtiyatda  olan  600  nəfər  əsgər  və 


277 
 
zabit,  180  nəfər  diasporda  adları  hallanan  daĢnak  terrorçusu  daxil  edildi.  Daha 
doğrusu,  «verbovka»  olundular.  Erməni-daĢnak  faĢistləri  tərəfindən  ələ  alınmıĢ 
ermənipərəst  Qorbaçov  20  Yanvar  Bakı  qırğınının  törədilməsinə  «dobro»  verdi. 
Bakıda  kifayət  qədər  ordu  hissələrinin  olmasına  baxmayaraq,  ordunun  kənardan 
gətirilməsinin açıq-aĢkar nə niyyətə edildiyi faĢ oldu. Bunun ancaq daĢnak  əlaltısı 
Qorbaçov  və  onun  ətrafındakı  ermənilər  tərəfindən  ordunun  tərkibinə  erməni-
daĢnak  ünsürlərinin  yeridilməsi  ilə  bağlı  edildiyinə  heç  bir  Ģəkk-Ģübhə  yeri 
qalmadı.  Krasnodardan,  Stavropoldan,  Postov  vilayətindən  çağırılmıĢ  ehtiyatda 
olan əsgərlərə - daĢnaklara (istər terrorçu olsun, istərsə də erməni znovoru) xüsusi 
qəddarlıq  dərsləri  keçmək  lazım  deyildi,  artıq  onlar  buna  hazır  idilər.  Səfərbər 
olunanlar  Azərbaycan  türkünü  qırmaq,  öldürmək  hərisləriydilər.  Qisasçı 
ermənilərin 
tərkibinə 
yeridildiyi 
ordunun 
formalaĢdırılması 
bununla 
məhdudlaĢmırdı.  Ermənipərəst  Qorbaçovun,  erməni  yeznəsi  Yazovun  öz  daĢnak 
xislətləriylə  daĢnak  dost-aĢnalarına  verdikləri  vədlər  müqabilində  belə  çox  iĢlər 
gördülər.  Lakin  heç  nə  bildikləri,  bazar  möhtəkiri  sandıqları  Azərbaycan  sınan 
qoza  oxĢamırdı.  20  Yanvar  gecəsində  Bakını  al  qana  boyamaq  üçün  Kremldə 
qantutarlar 
da 
hazırladılar.  Bəs  nələr  hazırlamadılar?  Bilmədiklərimiz 
bildiklərimizdən  qat-qat  çoxdur,  bəlkə  də  min  dəfə  artıqdır.  Bakı  demokratiya 
selində  üzürdü.  Bakını  bu  selin  özündə  boğacaq  emissarlar  artıq  paytaxtda 
oturmuĢdular.  Əməliyyat  hazırlayırdılar.  Bu  əməliyyata  quru,  hərbi  dəniz,  hərbi 
hava  və  hərbi  desant  qoĢunlarının  iri  hissələri,  SSRĠ  DTK-nın  və  SSRĠ  DĠN-nin 
xüsusi təyinatlı qoĢunları qatılmıĢdılar. 
Qana  susamıĢ  ordu  1990-cı  il  20  Yanvarda  gecəyarısı,  gecənin  bağrını 
iriçaplı  güllə  atəĢləriylə  yarır.  Qorbaçov  gizli  fərman  verir.  Fövqəladə  vəziyyət 
elan edilmədən, habelə respublikanın Ali Soveti ilə razılaĢdırılmadan qeyri-qanuni 
Ģəkildə  Bakıya  qoĢun  yeridilir.  Qorbaçov  hökuməti  tərəfindən  açıq-aydın  xalqı 
xəbərdar etmədən, xalqın varlığına qəsd edilir, cinayətkarcasına açıq hərbi təcavüz 
aktı həyata keçirilir. Hücumdan öncə SSRĠ DTK-nın alfa xüsusi qrupu tərəfindən 
Azərbaycan SSR DTK-nın əməkdaĢı Starçenkonun bilavasitə iĢtirakı və bələdçiliyi 
ilə  Azərbaycan  Televiziyasının  enerji  bloku  partladılır.  Bakı  güllələnir  o  gecə! 
Bakı al qana qərq edilir o gecə! Azərbaycan türkünün azadlıq harayı rus tanklarının 
tırtılları altına salınır, əzilir o gecə! Ġnamlar, ümidlər dara çəkilir insan bədənində o 
gecə!  Azərbaycan  xalqı  öz  faciəsi  ilə  üzbəüz,  təkbətək  qalır  o  gecə!  Xalqın  milli 
mənliyi, milli qürur, milli iftixar hissləri tapdanır o gecə! Zorakılıq və atəĢ səsləri 
ilə həkk olunur Azərbaycan xalqının qan yaddaĢına o gecə! 
Erməni-daĢnak    faĢistlərinin    atəĢfəĢanlığıdır    20    Yanvar    gecəsi.  Qansız, 
goreĢən, kəmfürsət daĢnak terrorçularının fürsət düĢür əllərinə o gecə. NəĢələnmiĢ, 
narkotik qəbul etmiĢ əsgərlər daĢnak terrorçularına qoĢulur, onların diqtəsi altında 
bir-birindən üstün, xüsusi amansızlıqlarla qətl hadisələri, vəhĢilik aktları törədirlər. 
Xəbərdarlıq etmədən silahsız adamlara güllələr atırlar.  Ġstifadəsi qadağan edilmiĢ, 
insan  bədənində  müxtəlif  istiqamətlərdə  hərəkət  edən  güllələrdən  istifadə  edirlər. 


278 
 
Küçədən  keçən  bütün  Ģəhər  sakinləri  və  iĢığı  yanan  evlər  gülləbaran  edilir.  Dinc 
sakinlər  öz  mənzillərində  qətlə  yetirilir.  Ölüm  insanları  o  müdhiĢ  gecədə  küçə 
qapılarında, avtobuslarda, iĢ yerlərində haqlayır. Minik maĢınları öz sərniĢinləri ilə 
birgə  tankların,  PDM-lərin  altına  salınır.  Yaralılara  kömək  etməyə  tələsən  təcili 
yardım  maĢınları  atəĢə  tutulur.  Yerlərdə  yaralılara  təcili  yardım  göstərən  tibb 
iĢçiləri güllələrə tuĢ edilir. Həkimlərə də güllə atılır, ölən həkimlər var. Yaralılara 
da  güllə  atılır.  Yaralananları  səhərə  kimi  yerdən  götürməyə  qoymurlar.  Onlara 
kömək edənləri döyürlər, söyürlər. Qabırğaları sındırılır, qol-qıçları əzilir. 5,45 mm 
kalibrli güllələrdən yara alanların əzabı qat-qat artır, ölümləri labüdləĢir. Saqqallı 
əsgərlər, daĢnak terrorçuları onların iniltisindən həzz alır. Bu saqqallı əsgərlər, heç 
cürə  demək  olmaz  ki,  sovet  ordusuna  məxsusdular.  Onlar  ancaq  bu  ad  altında 
Bakıya  soxulan  daĢnak  terrorçularından  baĢqa  kim  ola  bilərdilər?!  Məhz  bu 
cəlladlar  ələ  salamat  keçənləri  də  döyür,  Ģil-küt  edirdilər.  Ölülərin  qiymətli 
əĢyaları, əsginazları oğurlanır, mənzillər qarət olunur, vətəndaĢlar soyulurdu. Göz 
altına  alınanlar  təhqir  edilir,  onların  insanlıq  ləyaqəti  alçaldılırdı.  Bütün  bunlar, 
habelə  silahsız  adamların  qabaqcadan  təĢkil  edilmiĢ  qırğını,  qəddarlıqla  müĢahidə 
olunan  qətllər  məgər  erməni-daĢnak  faĢistlərinin  bu  qətliamda  iĢtirakını 
təsdiqləmirmi?! 
Bəli,  o  gecə  insanlar  qırılırdı...  O  gecə  təkcə  küçələrin,  evlərin  deyil, 
xəstəxanaların da iĢıqları söndürülmüĢdü. Xəstəxanalarda cərrahiyyə əməliyyatları, 
tibbi  yardımlar  Ģam  iĢığında,  qəzet,  kağız  bükmələrinin  alovu  altında  aparılırdı. 
ġəhidlər və Ģahidlər Ģəhadət verirdi o gecə! O gecə Bakının 171 dinc sakini qətlə 
yetirildi,  beĢ  nəfər  itkin  düĢdü,  800  nəfər  yaralandı,  841  nəfər  göz  altına  alındı. 
Yüzə  yaxın müxtəlif markalı avtomaĢın tankların altında əzildi. Onlarla nəqliyyat 
vasitəsi  gülləbaran  edildi.  Binalar  dağıdıldı,  zədələndi.  ġəhərə  və  Ģəhər 
təsərrüfatına  5  milyard  rus  rublu  dəyərində  maddi  ziyan  vuruldu.    Sovet  ordusu 
tərəfindən  daha  altı  nəfər  AXC  üzvü  Lənkəranda  qətlə  yetirildi.  AXC-nin  bütün 
rayon  mərkəzlərindəki  dayaq  dəstələri  sovet  ordusunun  təcavüzünə  məruz  qaldı. 
Qırmızı ordu qızıl qanımızla  qəddarcasına tariximizə Qara  Yanvar səhifəsi yazdı. 
Qəlbi saflığımız, bəĢəri dəyərlərə hörmətimiz, inamımız çox baha baĢa gəldi bizə o 
gecə.  Bakının  dinc,  əliboĢ,  əliyalın  əhalisinə  qarĢı  soyuqqanlılıqla  düĢünülmüĢ, 
qəddarlıqla həyata keçirilən qanlı faciə xalqın birliyini, mətinliyini, ləyaqət hissini 
birdən-birə  endirdi  o  gecə.  Cinayətin  təĢkilatçıları  -  Sov.  ĠKP-nın  BaĢ  katibi 
Qorbaçov,  SSRĠ  AS  Ġttifaq  Sovetinin  sədri  Primakov,  Sov.  ĠKP  MK  katibi 
Girenko, Sov. ĠKP MK-nın məsul iĢçisi Mixaylov; iĢtirakçıları SSRĠ MN-i Yazov, 
SSRĠ DĠN-i Bakatin, SSRĠ DTK sədri Kryuçkov və hərbi hissələrin komandirləri, 
zabit  heyəti;  icraçıları  hərbi  qulluqçular  (əsgərlər)  20  Yanvar  Bakı  qırğınını 
törətdiklərinə  görə,  görəsən,  Tanrı  cəzasındandamı  yan  keçəcəklər?!  Xalqın 
müdafiəsini  təĢkil  etməyə  borclu  olan  yerli  vəzifə  mənsubları  -  Ə.Vəzirov, 
A.Mütəllibov, Y.Polyaniçko, E.Qafarova, V.Hüseynov 20 Yanvar Bakı qırğınının 
qarĢısını  almaqda  fəaliyyətsizlik  göstərmələrinin,  xalqın  Ģərəfini,  namusunu, 


279 
 
mənliyini  tapdalatdıqlarının  görəsən  heç  fərqinə  vardılarmı?!  Xalqın  qınağına 
keçməyin nə olduğunu dərk etmək iqtidarında heç oldularmı?! 
Xalqın  önündə  bu  sayaq  gedənlərin  -  öz  millətinin,  xalqının  aqibətinə, 
taleyinə bu qədər biganə olmaları, etinasızlıq göstərmələri, olub-keçənləri belə ört-
basdır etmə cəhdləri adamda ancaq təəssüf hissi doğurur. Öz vəzifələri, mənsəbləri, 
Ģəxsi  mənafeləri  naminə  nələr  etmədilər,  etmirlər,  bu  vəzifə  düĢkünləri,  Ġlahi! 
Fəlakəti sovuĢdurmaq və ya miqyasını azaltmaq gücündə olmayan yerli idarəetmə 
aparatının  nümayəndələri  Bakıya  qoĢun  yeridilməsinə  qarĢı  nə  açıq,  nə  gizli 
etirazlarını bildirdilər, nə də xalqın etimadını itirdiklərinə görə vəzifələrindən istefa 
verdilər.  Xalq  hərəkatının  liderləri  isə  20  Yanvar  Bakı  qırğınının  asanlıqla  həyata 
keçirilməsinə  bir  növ  Ģərait  yaratmıĢ  oldular.  Qorbaçov  hökuməti  mənliyi 
tapdanmıĢ  zavallı  xalqın  həqiqət  istəyini  qərənfillərlə  bəzəmiĢ  qara  mafələrə  - 
tabutlara  çevirib  xalqın,  zavallı  insanların  öz  çiyinlərinə  yüklədi.  Bakı  boyda 
xiyabanlara  qərənfillərdən  xalı  döĢəndi.  Qırmızı  qərənfillər  günahsız  qanlara  ağı 
dedi. Göz yaĢlarıyla odlandı qərənfillər. Qara geyimli, gözləri bulud-bulud dolmuĢ, 
kökslərinə  dağ  basılmıĢ  dəfn  mərasiminin  iĢtirakçılarının  heyrətamiz  görkəmləri 
qarĢısında  Xəzər  dənizi  lal  sükuta  daldı.  Sahildə  insan  dənizi  dalğalanırdı. 
Konturları  qara  boyalarla  çəkilmiĢ  bu  hüznlü  mənzərənin  ehtiĢamından  yer-göy 
lərzəyə  gəlirdi.  Ümumxalq  matəmi  idi.  Kədərdən  doğan  bu  birlik  xalqın 
əyilməzliyini, əzəmətini nümayiĢ etdirirdi. 
Bəli,  xalqı  sarsıtdı,  lakin  əyə  bilmədi  o  gecə!  Qorbaçov  hökuməti  dərk 
etmədi  ki,  70  illik  imperiyanın  süqutunun  əlamətlərindən  biriydi  o  gecə!  Son  iki 
əsrdə  müstəmləkəyə  çevrilmiĢ  bir  məmləkəti  zorakılıq  və  silah  gücünə  əsarətdə 
saxlamaq  mümkün  olan  Ģey  deyildi.  Bakı  susmadı.  Özünə  son  və  əzəli  dönüĢ  və 
döyüĢ  yolu  sandığı  istiqlal  mücadiləsinə  daha  böyük  əzmlə  qalxdı.  Bakı  nəhrə 
döndü.  Böyük  öndərimiz  M.Ə.Rəsulzadənin  «Bir  kərə  yüksələn  bayraq  bir  daha 
enməz» çağırıĢını özünə müqəddəs kəlam bildi. 
20  Yanvar  Bakı  qırğını  sübut  etdi  ki,  Azərbaycan  türkünü  qanına  qəltan 
etmək olar, lakin  iĢıqlı  gələcəyə,  Azərbaycanı dünyəvi dövlətlər sırasında görmək 
arzusuna olan ümid və inamını öldürmək, qırmaq, heçə endirmək əsla olmaz! 
20  Yanvar  milli  yaddaĢımıza  yazılan  salnamədir.  20  Yanvar  gecəsi 
keçdiyimiz  yol alın  yazımız,  verdiyimiz  qurbanlar isə  müqəddəs Vətənə, Vətənin 
varlığına can borcumuzdur! 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   477   478   479   480   481   482   483   484   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin