Əliyeva Yeganənin dediklərindən: — Biz Saday dayıgilin evinin zirzəmisində idik. Ayın 26-da saat
10-11 radələrində çörək zavodunun alt tərəfindən çay aşağı gedirdik. Birdən bizi atəşə tutdular. Lətif kişinin
həyat yoldaşı, Saday qıçından yaralandı. Bizi tutub Sevindiyin evinə gətirdilər. Ermənilər oranı qərargah
etmişdilər. Bir nəfər «Yeganə, Yeganə...»—deyə çığırırdı. Onu tanıya bilmədim. O qədər döyüşmüşdülər ki,
üzü-közü qan içindəydi, tanınmaz olmuşdu. O məndən soruşdu: —Tanımadın? Ələskər müəlliməm. Şəkibəni
görməmisən ki?!
— Yox—dedim. Şəkibə Ələskər müəllimin həyat yoldaşı idi.
Süleyman həyətdə bir təndirə girib gizlənmişdi. Təndirin ağzını açıb Süleymanı o qədər döydülər ki...
Atası Lətif kişi də orda idi. Ancaq nə edə bilərdi. Bir də bilirdilər ki, Süleyman Əlif Hacıyevin qardaşıdır.
Ancaq Lətif dayının familiyası Məmmədov olduğundan Əlifin atası olduğunu bilmədilər. Yoxsa...
[43-44]
Bizi Stepanakertə gətirdilər. Ölümcül halda olan Süleymanı yolda bir şələ tulladılar. Ələsgər müəllimlə
Saday da canlarını tapşırdılar.
Dostları ilə paylaş: |