Nizaminin şəxsiyyəti Nizami elə bir şəxsiyyətdir ki, o, fitri şairlik istedadı ilə kifayətlənməmiş, dövrünün
tarixi, onun simaları, ictimai, siyasi məsələləri öz ölməz xəmsəsində əks etdirmişdir. O,
dövrünün adamlarının bütün təbəqələrindən yazmış, şeirin və hikmətin vəhdətini təşkil
edərək öz işinin dəyərini bilmişdir. Nizami dənizi o qədər dərindir ki, bu dənizdən
damla-damla oğurlasalar belə qurtarıb bitən deyil. «Yeddi gözəl»i yazarkən Nizami yaşa
dolduğunu etiraf etsə də, bunu müdrükləşəndə daha yaxşı yazacağına əmin idi. Təbii ki,
belə də oldu. Nizami oğlu Məhəmmədə nəsihət verərkən ona savadlı bir peşə seçməyi
tövsiyə edir, həkim olmasını arzulayır. Savadlı sənətkar Nizamiyə görə şairlikdən
yüksəkdir.
Nizami pulla şeir yazanlara qarşı çıxır, onları qızıl və gümüşə satılmamağa çağırır.
Çünki, onda söz qiymətdən düşür. Neçələrini görmüşəm ki, qızılla bəzədilsə də, qılıncla
başları kəsilib. O, işarə etmişdir ki, qızıl karvanı eşqdir.
Şərəfnamədə şair deyir: «Mən qızıl-gümüş hərisi deyiləm eşq aləminin hərisiyəm
ki, orada hər şey vardır». Buradan Nizaminin təbiəti və amalı aydın olur. Bu baxımdan
o, şahlardan qaçır, özünü onlardan yüksəkdə sayır. «Xosrov və Şirin» yazılıb şaha
təqdim edildikdə Nizami məcburən əyilmək istəyib təzim etmək fikrini şah görüb
qoymur. Əvəzində «Həmduniyan» adlı bir kəndi şairə baxışlayır. Məlum olur ki, bu
kəndi Abxazlar qarət edib, xırda bir kənddir, ancaq kiçik əkin sahələri var.
Cavanlıq köç edəndə Nizami hiss edir ki, çöhrəsinin qızartısı saralmaya doğru
gedir. Qocalıqdan şikayət edən şair cavanlıqda oyaq və huşyar olmağı tövsiyə edir.
Beləliklə, Nizamiyə nəzər saldıqda əxdaqı, şairliyi, səbri, iffəti, qaneliyi, nəzakəti,
evə-ailəyə münasibəti, şəhərinə vurğunluğu, qohumlara istiqanlılıq, qısa danışıqlı
şəxsiyyət ancaq məsum ola bilər. Bu nöqteyi-nəzərdən Nizami zəmanəsindəki bütün
insanların ən ümdəsi sayılır.