99
Hikmət, fəzilət və səadətin vəhdəti. Mənəvi sifət fəzilət deməkdir. Çünki, mərifət
və hikmət fəzilətə bağlıdır. Birlikdə isə mənəviyyat deməkdir. Ərəstu, Əflatun, Farabi,
Xacə Nəsir hikməti ilk fəzilət hesab etmişlər.
Səadət ancaq hikmət fəzilət və kamalla yetişir deyən Nizami hamıdan
öncə onu
poeziyaya gətirmişdir. Hikmət və əxlaq arasında xüsusi bir rabitə vardır. Bunların birini
digərindən ayırmaq və təklikdə düşünmək mümkün deyil.
Nizami təfəkküründə hikmət.
Əgər
Nizami əsərlərindəki hikmət, ağıl və nəsihətli sözləri seçəsi olsaq,
o zaman
böyük bir kitabın meydana gələcəyinə heç şübhə yeri qalmır. Bunu şairin öyüd və
nəsihətləri mövzusunda yazan onlarla müəllif təsdiq etmişlər.
Nizami yaradıcılığında islam təfəkkürü ayrıca bir yer tutur. Şair
bu hikmət
təfəkkürünü şeir vasitəsilə çatdırmağa müvəffəq olmuşdur. Nizaminin hikmətində əsas
yeri insan və onun əxlaqı tutur. Mərifət də bura daxildir. Nizami nədən yazmasına
baxmayaraq bunlardan yerli yerində istifadə etmişdir. Bəlkə elə əsas
səbəb də budur ki,
Nizami əsərləri daha oxunaqlı olmuş, insanlar tərəfindən sevilmişdir.
Dostları ilə paylaş: