Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə64/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   60   61   62   63   64   65   66   67   ...   95
2.
 
İş və çalışqanlıq.   
Bəşər övladı öz işi və yaratdığı yaxşı  nə varsa fəxr etməlidir.  İş isə ancaq 
çalışmanın nəticəsində öz bəhrəsini verir. İş insanın cövhəridir. Nizamiyə görə  iş  və 
çalışqan insanın yeri behiştdir. Şair tənbəlliyi pis bir adət kimi tənqid etmişdir. «Yeddi 
Gözəl» poemasındakı Fitnə surəti iş və çalışqanlığın nə olduğunu Bəhram Gura anladır. 
Farslarda: «Yaxşı iş görmək, çox iş görməkdəndir» atalar sözü şairdə öz yerini alır.  
3.
 
Niyyət və görmə.  
Nizami  şifahi xalq ədəbiyyatından bəhrələndiyi üçün «Niyyətin hara, mənzilin də 
ora», «Zəhmət çəksən, bəhrəsini görərsən» kimi ifadələri əsas götürərək bu fikirləri öz 
əsərlərində təsdiqləməyə çalışmışdır.  Nizamiyə görə niyyətin hamı üçün yaxşı olmalıdır 
ki, nəhayətdə sənin özünə də xoş niyyət qismət olsun. Bunları «Yeddi Gözəl» əsərindəki 
qadınların söylədikləri nağıllardan duyuruq. Bunları yada salmaqla şairin əqidəsi aydın 
olur ki, hər gördüyünə yaxşı yanaş, niyyətini xoş et ki, dünya və allah səndən razı qalsın. 
Nizaminin dünyagörmüş insanlarla oturub-durması və onlardan öyrənməsi gələcək işinə 
böyük təkan vermişdir.  
Eşq  
Bəşəriyyətin ən ali və ülvi hisslərinin ifadəsi eşqdir. Bunu Nizamidən üstün heç kəs 
söyləyə bilməmişdir.  


106 
 
 
Eşqdir mehrabı uca göylərin,  
Eşqsiz ey dünya nədir dəyərin?  
Eşqsiz olsaydı xilqətin canı,  
Dirilik sarmazdı ulu cahanı. (71-245)  
Şirinin Xosrova, Fərhadın  Şirinə, Leylinin Məcnuna və  Məcnunun Leyliyə  eşqi 
pak, saf, təmiz və ülvi hisslərlə dolu eşqi hamıya  şamil olmalıdır. Eşq də  əxlaqın 
içərisindədir. Eşq ilə yaşayanların həyatı uzun, özləri sağlam, mənəviyyatları pak olur.  
Eşq elə bir sonsuzluqdur ki, ta insan özünü tanıyıb dərk edənə qədər danışılıb, hələ 
də davam edir, nə qədər dünya şairləri eşq və məhəbbətdən yazmışlarsa da, yenə bitmək
tükənmək bilmir. Eşq və aşıq Nizami əsərlərində çox canlı bir şəkildə ifadə olunmuşdur. 
Nizami eşqdən böyük  ruh yüksəkliyi ilə yazsa da, onu əxlaqın tərkib hissəsi kimi 
görmüşdür. Elə əxlaqsız adamdan pak eşq gözləməyin özü də cahillikdir.  
Şeyx və  həkimin qayəsi doğru-dürüstlükdür. Özü də etiraf edir ki, Nizami ancaq 
düzlükdən ucalmışdır. Eşqə  gəldikdə isə insanlar ona giriftar ola biləndən sonra başa 
düşə bilərlər. Şairə görə eşqsiz insan quru bir ağacdır. Onun yenidən göyərməsi mümkün 
deyil. Nizami bu sözləri ancaq şeir, ədəbiyyat xatirinə deməmiş, öz qadını Afaqı ülvi bir 
məhəbbətlə sevdiyini etiraf etmişdir.   

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin