181
Turizm bölgələri.
Azərbaycan ərazisində ehtiyatlarının müxtəlifliyi, inkişaf səviyyəsi və perspektivliyinə görə seçilən 8
turizm bölgəsi vardır.
Bakı-Abşeron turizm bölgəsi
Azərbaycan Respublikasının şərqində, Xəzər dənizi sahilində yerləşir və əlverişli coğrafi mövqeyə
malikdir. Bölgə dərketmə, müalicə-sağlamlıq, idman, işgüzar turizm növləri üzrə ixtisaslaşmışdır. Xəzərin
Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Zuğulba, Novxanı sahillərindəki qumlu çimərliklər turizmin inkişafı
baxımından əlverişlidir. Balneoloji iqlimə malik bölgədə
"Gənclik" Beynəlxalq Turizm Mərkəzi, "Neptun" turist bazası
və sanatoriya-kurort mərkəzləri (Bilgəh, Mərdəkan, Buzovna)
fəaliyyət göstərir. Bakıda İçərişəhərin tarixi-memarlıq
abidələrindən olan Buxara və Multani karvansaralarından müasir
dövrdə turist obyektləri kimi istifadə olunur. Bakı Əyləncə
Mərkəzi, "Akva-park", "Luna-park", "Lido" istirahət və əyləncə
mərkəzlərində turistlərə yüksək xidmət göstərilir. Dərketmə
turizminin mərkəzi olan Bakıda gəlmə və getmə turizmi inkişaf
etdirilir. Bakı şəhərində 5462 yerlik 40 TYO (turist yerləşdirmə
obyekti) (30 mehmanxana və 10 digər TYO (turist yerləşdirmə
obyekti)) fəaliyyət göstərir. Bakıdakı İçərişəhər kompleksi
(Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, karvansara və
b.), Bibi-Heybət məscidi, "Atəşgah" məbədi, Xəzəryanı müdafiə
qurğuları, qalalar, karvansaralar və ovdanlar kompleksi
(Mərdəkan qalası və qüllələri, Nardaran və Ramana qalaları) və
başqa maraqlı tarixi abidələrdir. Şəhərdən 70
km cənubda
Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Altıağac MP, Abşeron
MP, "Cənnət bağı" istirahət zonası (Xızı) yerləşir. Bakının cənub-qərbində "Şıx" kurort kompleksi fəaliyyət
göstərir. Turistlər Bakıdan 4 istiqamətdə: respublikanın qərb, şimal-qərb, şimal və cənub bölgələrinə səyahətə
çıxırlar. Müasir Olimpiya (Bakı, Maştağa) və digər idman kompleksləri idman turizminin inkişafına imkan
yaradır.
Dostları ilə paylaş: