Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi terminlər lüğəti
Xüsusi terminlər lüğəti
Ağır metallar
Metal xüsusiyyətlərini nümayiş etdirən və
keçid metallarının və bir sıra metalloidlərin,
lantanidlərin və aktinidlərin daxil olduğu
elementlərin yarımqrupu. Buna nümunə
kimi civə, xrom, kadmium, zəy və
qurğuşun aid edilir.
Ani buxarlanma
Temperatur və ya təzyiqin qəfildən aşağı
düşməsi səbəbindən neftdən qazların
və/və ya buxarların ani surətdə ayrılması
Anodlar
Müsbət yüklü elektrod
(batareya/akkumulyator, elektron cihaz,
yaxud elektrik avadanlığı ilə əlaqədar).