Kuad Mammadov
Kulturologivn effeklivli h»vat va faalivvata aparan vol
rifah və inkişafa, insanın və cəmiyyətin təkmilləşməsinə yol açan -
bilikdir. İntellektual mədəniyyətin iki strateji institutu olan elm və
təhsil sosial-mədəni və iqtisadi tərəqqini təmin edir. İnsanın, elmi
biliklərin alınması və düzgün istifadəsinə əsaslanan, mədəni inkişafı
çətinlik və neqativ hadisələrin aradan qaldırılması, davamlı inkişaf və
həyat keyfiyyətinin əldə edilməsi üçün geniş imkanlar açır.
Ruhi mədəniyyətin davamlılığı xalqın mənəvi sağlamlığı, rifahı və
onun həyat keyfiyyəti ilə müəyyən edilir. Əgər mədənityyət sosial
sistem kimi, normal fəaliyyət göstərməyərək, xalqın tərəqqipərvər
inkişafında
hərəkətverici
qüvvə
rolunu
itirmişdirsə,
o,
dəyişdirilməlidir. Bu o deməkdir ki, o, cəmiyyətin mədəni inkişafı və
davamlı sosial inkişafin əldə edilməsi naminə aksioloji, ideoloji,
intellektual, məzmun,
struktur və təşkilati baxımdan korrektə
edilməlidir.
Ruhi mədəıniyyətin istər milli, istərsə də beynəlxalq səviyyədəki
inkişafı zamanın tələblərinə cavab verən məsələlərə uyğun olaraq
həyata keçirilməlidir.
Milli səviyyədə müasir cəmiyyətin ruhi mədəniyyəti ikili sosial
vəzifəni
yerinə
yetirməlidir:
milli
ənənələrin
və
mədəni
özünəməxsusluğun varisliyini təmin etməli və bəşəri inkişafın
tərəqqipərvər təcrübəsinin yaradıcılıqla mənimsənilməsi əsasında
həyat
fəaliyyətinin
texnologiyaları
olan
mədəniyyətin
modemləşdirilməsinə yardım etmək. Bu prosesdə ən mühüm rolu,
tərəqqipərvər inkişafin yol və texnologiyalarını göstərən elm,
həmçinin, xalqın ümumiliyi və mədəni dəyərlər sistemini əks etdirən,
aksiologiya oynayır.
Şərqin və Qərbin mədəni
dəyərlərinin sintezi,
mədəniyyətin
ümumbəşəri dəyərlərinə əsaslanan dünya mədəniyyəti və yeni həyat
fəlsəfəsi formalaşdırılmasının aktuallığı, artıq beynəlxalq səviyyədə,
labüddür. İnkişafın qlobal idarə edilməsinin başlıca vəzifəsi müxtəlif
xalqların
mədəniyyət və maraqlarının
bəşəriyyətin ümumi
maraqlarına cavab verən universal demokratiya prinsip və
dəyərləri
əsasında harmonizasiyasıdır.
Sülhün və xalqın əmin-amanlığmın asılı olduğu, həm milli, həm də
beynəlxalq səviyyəli məsələlərin prioritet
problemlərini
seçmək
vacibdir. Bu - insanların yüksək intellektual, etik, istehsal,
330
Fuad Maıpmadov
Kullurologiva cffektivli havat va faalivvol» aparan vol
kommunikasiya, idarəetmə mədəniyyətinə, həyat fəaliyyətinin
davamlı texnologiyalarına yiyələnməsi, sülh mədəniyyəti və gender
bərabərhüququnun təsdiqi, sosial məsuliyyət və siyasi mədəniyyəti
səviyyəsinin
yüksəldilməsi,
istehlak
mədəniyyəti
və
bölgü
münasibətlərinin təkmilləşdirilməsi, xalqlann özünəməxsusluğu və
mədəni müxtəlifliyinin qorunması,
ekoloji və
w,wnhüquqi
təhlükəsizliyinin təmin edilməsi sahəsində biliklərinin artırılmasıdır.
Bu problemlərin effektiv həlli üçün, qlobal idarəetmədə kulturoloji
təhsil, ekspertiza,
sistemli kulturoloji tədqiqatlar üzrə yeni
yanaşmalar, yeni baxışlar, dünya mədəniyyətinin inkişafı proseslərinin
təkmilləşdirilməsində
konsolidasiyanın
yeni
formalarının
gücləndirilməsi tələb edir. Bunlann arasında, insanların yüksək ruhi
inkişafına istiqamətlənmiş
beynəlxalq kulturoloji təhsil- bilik və
bacarıqlar, mütəşəkkillilik və məsuliyyətlilik, mənəviyyatlılıq və
məqsədyönlü yaradıcı fəaliyyət mühüm əhəmiyyət kəsb etməyə
başlayır.
Cəfakeş dünyanın şəfasına praktik yardım göstərmək üçün, həyat
mədəniyyəti, sülh mədəniyyəti,
beynəlxalq ticarət və
dünya
iqtisadiyyatının müasir texnologiyaları, insan və təbiət ekologiyası,
informasiya-kommunikasiya texnologiyalan, beynəlxalq hüquq və
qlobal idarəetmə, beynəlxalq jurnalistika,
vətəndaşlann qeyri-
hökumət sektorunda effektiv fəaliyyəti üzrə təlimini nəzərdə turan
kulturoloji təhsilin mükəmməl sistemini tələb olunur.
Zamanın
tələblərinə cavab verən qlobal vətəndaş cəmiyyəti mədəniyyətinin
inkişafına yardım etmək üçün, qloballaşma proseslərinin peşəkar
kulturoloji ekspertiza və monitorinqini həyata keçirməyə qabil olan
yüksək sosial-mədəni, iqtisadi və siyasi potensiala malik şəxsiyyət və
liderlərin hazırlanması vacibdir.
İnsanın həyat tərzinə,
vətəndaşlann sosial fəallığına ölkənin
siyasətinə və iqtisadiyyatına, onun başqa ölkələrlə münasibətlərinə
Dostları ilə paylaş: