V.S.POLİKARPOVUN MƏDƏNİYYƏT ANLAYIŞINA YANAŞMALARININ SİSTEMLƏŞDİRİLMƏSİ & Sistemli yanaşma - mədəniyyəti sosial hadisə və cəmiyyətin universal xüsusiyyəti
kimi nəzərdən keçirir. Müəllif ehtimal edir ki, bu yanaşma
mədəniyyəti süni surətdə maddi və ruhi mədəniyyətə ayırmaqla,
mədəniyyət fenomeninin anlanılmasını məhdudlaşdınr, çünki,
yaradıcı proses və mədəniyyətin mürəkkəb daxili quruluşu ilə bağlı
problemlər kölgədə qalır.
Ф Fəaliyyətyönümlü yanaşma - mədəniyyəti ya yaradıcı fəaliyyət prosesi, ya da spesifik
fəaliyyət üsulu kimi nəzərdən keçirərək, dəyişgən ətraf aləm
şəraitində sivilizasiyanın saxlanması və yeniləşməsinə yardım
edir. Tədqiqat və lokal mədəniyyət, mədəniyyətin tarixi tipləri,
mədəniyyət
və
sivilizasiya
münasibətlərinin
əsasını
fəaliyyətyönümlü yanaşma təşkil edir.
Ф Dəyərləndirici ( aksioloji) yanaşma - mədəniyyəti, başda insanın özü olmaqla, dəyərlər sistemi
kimi nəzərdən keçirir. Mədəni fəaliyyətin
məqsədi “Homo
Sapiens” saxlanmasıdır. Aksioloji yanaşma onunla fərqlənir ki, o,
cənmiyyətin bütün sosial hadisələrini mədəniyyətə aid etməyərək,
cəmiyyətin dağıdıcı proseslərini antimədəni adlandırır.