Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə20/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   16   17   18   19   20   21   22   23   ...   507
Ə d ə b i y y a t

Mahnılar [Notlar]: 

fortepiano ilə oxumaq 

üçün /Ş.Axundova; söz. 

M.Dilbazi, N.Əhmədov, 

G.Kazım, N.Həsənzadə, 

İ.Coşqun, B.Vahabzadə, 

T.Bayram; [red. 

O.Kazımov].-Bakı: İşıq, 

1978.- 45 s.

Əmirxanov, S. Bəstəkar 

Şəfiqə Axundova 

[Mətn] /S.Əmirxanov, 

M.Əmirxanova, 

N.Əsgərbəyli; elmi red. 

V.Əliyev.- Bakı: MarsPrint, 

2000.- 70 s.

Səməd, M. Axundova 

Şəfiqə Qulam qızı [Mətn]: 

/M.Səməd //İncəsənət 

ustaları: [oçerklər].- Bakı, 

1987.- S.75.

Təhmirazqızı, S.  

Nəğmədir həyat [Mətn] 

/S.Təhmirazqızı; red. 

R.Zöhrabov.- Bakı: Nafta-

Press, 2005.- 378 s.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.sheki-medeniyyet.az

21

90 

illiyi

Bəstəkar


16

Teatr.Kino

 İlham Namiq Kamal 

1949  

YANV

AR

İlham Namiq Kamal oğlu Əhmədov 

1949-cu il yanvar ayının 9-da Bakıda 

doğulmuşdur.  1966-cı  ildə  31  saylı 

orta məktəbi bitirərək M.Əliyev adına 

Azərbaycan Dövlət Teatr İnstitutunun 

dram  və  kino  aktyorluğu  fakültəsinə 

daxil olmuşdur. SSRİ Xalq artisti Adil 

İsgəndərovun  və  Azərbaycanın  Xalq 

artisti Rza Təhmasibin kursunda təhsil 

almışdır. 

1968-ci  il  dekabr  ayının  16-da  o, 

institutun tədris teatrının aktyor trup-

pasına qəbul edilmişdir. 

O, 1971-ci il noyabrın 25-dən 1972-

ci  il  fevral  ayının  2-dək  Azərbaycan 

Dövlət  Gənc  Tamaşaçılar  Teatrının 

aktyor truppasında  işləmişdir. Fevral 

ayının  3-dən  Akademik  Milli  Dram 

Teatrında fəaliyyətə başlamışdır.

20  mart  1989-cu  ildə  istedadlı 

gənc  rejissor  Hüseynağa  Atakişiye-

vin  təşkil  etdiyi  Gənclər  Teatrında 

aktyorluğa  başlamışdır.  Bu  kollektiv 

26  yanvar  1993-cü  ildən Azərbaycan 

Dövlət Gənclər Teatrı  adı ilə  fəaliyyət 

göstərmişdir.  İlham  Namiq  Kamal 

dörd il bu gənc kollektivin səhnəsində 

işləməklə  yanaşı,  eyni  zamanda 

1989-1991-ci  illərdə  paralel  olaraq 

Azərbaycan Dövlət Musiqili Komedi-

ya Teatrında da çalışmışdır. 

1993-cü  il  iyun  ayının  14-də  bu 

truppadan  çıxmış  və  özünün  “İlham” 

Miniatür Teatrını yaratmışdır. Hazırda 

direktor və bədii rəhbər olduğu bu te-

atrda həm quruluşçu rejissor, həm də 

aktyor kimi çalışır. Teatrda hazırlanan 

bütün tamaşalara quruluş verir və on-

ların əksəriyyətində baş rollarda oyna-

yır.

İlham Namiq Kamal oğlu Əhmədov 



1  dekabr  1982-ci  ildə  “Azərbaycan 

Respublikasının  Əməkdar  artisti”, 

2002-ci ildə “Xalq artisti” fəxri adları 

ilə təltif edilmişdir. 2000-ci ildə “Qızıl 

Dərviş”  mükafatı  laureatı  olmuşdur. 

2009-cu il dekabr ayının 24-də Prezi-

dent  Aparatı  yanında  Ali  Attestasiya 

Komitəsi  tərəfindən  professor  elmi 

adına  layiq  görülmüşdür.  2004-cü 

ildən 2012-ci ilə qədər Prezident mü-

kafatçısı, 2012-ci ildən isə Prezidentin 

fərdi təqaüdünə layiq görülmüşdür.

İlham Namiq Kamal 2005-ci ildən 

etibarən  Azərbaycan  Dövlət  Mu-

siqili  Komediya  teatrında  aktyor-

rejissor  kimi  çalışır.  Azərbaycan 

Dövlət  Mədəniyyət  və  İncəsənət 

universitetində  “Estrada  və  musiqi-

li  teatr  aktyoru”  kafedrasının  müdiri, 

professordur. 

Hazırda həm Akademik Milli Dram 

Teatrının  yüksək  dərəcəli  aktyoru, 

həm  də  “İlham”  Miniatür  Teatrının 

rəhbəridir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin